Показать сообщение отдельно
Старый 17.03.2009, 12:42   #85
Местный
 
Аватар для Isa Gambar
 
Регистрация: 23.02.2009
Сообщений: 136
Сказал(а) спасибо: 7
Поблагодарили 21 раз(а) в 16 сообщениях
Вес репутации: 11
Isa Gambar на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Scarlett Посмотреть сообщение
Иса бей,
Какое впечатление произвела нас вас эта встреча, и каких действий вы ожидаете от стран-членов Евросоюза по отношению референдума в нашей стране?
П.С. Замечая вашу занятость что проявляется в скорости ответов, и учитывая что ответ на мой вопрос будет не актуален после референдума, не могли бы Вы успеть ответить на мой вопрос до референдума?
Scarlett,
По взаимному согласию, в первую очередь по просьбе послов стран Евросоюза, мы ограничились кратким пресс-релизом об этой встрече, и я не могу что-либо добавить к этой информации.
О позиции Европы по отношению к референдуму можно судить по двум фактам.
Во-первых, по заявление Бюро Конгресса Региональных и Местных Властей Совета Европы, где был однозначный призыв приостановить проведение референдума до экспертизы Венецианской Комиссии СЕ, причем этот призыв был повторно озвучен после негативного ответа наших властей.
Во-вторых, по экспертной оценке Венецианской Комиссии, которая появилась к сожалению слишком поздно - только 16 марта. Ниже я выставлю этот документ, который довольно критичен.
Судя по этим двум фактам и некоторым нюансам, референдум сильно подорвет доверие к нашим властям и создаст немало проблем Азербайджану, но ожидать каких-то санкций или других резких шагов со стороны Евросоюза не стоит.

http://www.azadliq.org/content/Article/1511071.html
Venesiya Komissiyası referenduma dair rəyini açıqladı
16.03.2009

«Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə ümumilikdə islahat ruhu yoxdur. Ona görə də bəzi dəyişikliklərin məqsədini, onlara olan ehtiyacı və aralarındakı əlaqəni anlamaq çətin olur».

Avropa Şurası Venesiya Komissiyasının (VK) Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma dair rəyində belə deyilir.

Komissiya ümumiyyətlə Konstitusiyaya düzəliş və əlavələrin referenduma çıxarılması prosedurunun həddindən artıq sürətli olmasından narahatlığını ifadə edir. Rəydə deyilir ki, Konstitusiyaya əlavələr qanun şəklində qəbul oluna bilərdi.

VK bildirir ki, bəzi dəyişikliklər sırf terminalogiyanın adaptasiyasıdır. Bəziləri isə hakimiyyət bölgüsü prinsipini nəzərəçarpacaq dərəcədə dəyişir:

«Sualların çoxluğu seçicilər üçün çaşdırıcıdır. Prezident seçilməklə bağlı məhdudiyyətin aradan qaldırılması barədə müddəanın təqdimatı isə xüsusilə çaşqınlıq doğurur».

Venesiya Komissiyası bildirir ki, referenduma təqdim olunan dəyişiklikdə ləğvi təklif edilən müddəa öz əksini tapmır və sadəcə, maddənin yeni variantı seçicinin diqqətinə təqdim olunur:

«Halbuki, ləğv olunan və əlavə edilən müddəalar tamamilə fərqli mövfumlardan söz açır. Qanunun aliliyinin əsası hakimiyyət bölgüsüdür. Prezident üsuli-idarəsinə malik ölkələrdə hakimiyyət prezidentə məxsus olur, qanunverici və məhkəmə hakimiyyətləri nisbətən zəif olur. Buna görə də rejimin seçki yolu ilə mütəmadi dəyişməsi prezidentin əlində həddindən artıq güclü hakimiyyətin cəmləşməsinin qarşısını almağın yoludur».

VK bildirir ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin götürülməsi əldə olunan demokratik nailiyyətlərdən geriyə addımdır:

«Prezidentin ardıcıl seçiminə qoyulan məhdudiyyətlər, xüsusilə də demokratik strukturlarla mədəni şərtlərin tam möhkəm bağlı olmadığı ölkələrdə vacibdir».

Komissiyanın fikrincə, bu məhdudiyyətin Konstitusiyanın 101-ci maddəsindən götürülməsi Azərbaycanın hərtərəfli demokratiya yolundan ciddi şəkildə çəkilməsidir:

«Bəzən belə arqument gətirilirdi ki, iki müddətlik məhdudiyyət seçicilərin haqqını pozur. Amma nəzəri cəhətdən bu arqument cəlbedici görünsə də, praktikada məhdudiyyətlərə ehtiyac var. Çünki hazırkı prezident özünün mövqeyini möhkəmlətmək və yaxud yenidən seçilməsini təmin etmək üçün müxtəlif plebist vasitələrindən istifadə edə bilər».

Hərbi əməliyyatlara görə seçkilərin təxirə salınması

Buna oxşar müddəaların bir çox ölkələrin Konstitusiyasında əksini tapdığını deyən VK, bununla belə, qeyd edir ki, təqdim olunan düzəlişin daha dəqiq dildə ifadə olunması yaxşı olardı:

«Müharibə şəraiti»ndə «hərbi əməliyyatlar» ifadəsi həddindən artıq mücərəddir. Dağlıq Qarabağda hazırkı vəziyyət «hərbi əməliyyatlar»sız «müharibə şəraiti»dir».

Komissiya məsləhət görür ki, «hərbi əməliyyatlar» ifadəsindənsə, Konstitusiyada artıq nəzərdə tutulan «fövqəladə və hərbi qanun şəraitində seçkilər təxirə salına bilər» kimi daha dəqiq ifadələrdən istifadə oluna bilərdi.

VK hesab edir ki, bu halda Konstitusiya Məhkəməsinin özünün səlahiyyətləri və həmin təxirəsalınmanın nə qədər sürəcəyi ilə bağlı məsələ açıq qalır.

32-ci maddəyə təklif edilən dəyişiklə bağlı

Komissiya deyir ki, bir tərəfdən, şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququnu təsdiq edən 32-ci maddədə və heç kimin öz inancını açıqlamağa və dini mərasimlərdə iştiraka məcbur edilməməsi ilə bağlı 48-ci maddəyə edilən düzəlişlər mülki hüquqlar sahəsində müəyyən irəliləyişi ehtiva edir:

«Lakin 32-ci maddəyə edilən düzəliş - «Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz» narahatlıq doğurur. Belə ki, İnsan hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq jurnalistlər və media ictimai maraq doğuran məsələlərlə bağlı məlumat və şərh verməkdə azad olmalıdırlar».

Komissiyanın fikrincə, 32-ci maddə arzuolunmayan jurnalistləri və xüsusilə də elektron medianı ictimai maraq kəsb edən tədbirləri işıqlandırmaqdan təcrid etmək üçün sui-istifadə edilə bilər.

VK misal kimi məmurun rüşvət alması səhnəsini videoya alan jurnalistin həmin məmur tərəfindən məsuliyyətə cəlb oluna biləcəyindən bəhs edir.

Bələdiyyələrlə bağlı təklif edilən dəyişikliyə dair

Venesiya Komissiyası 146-cı maddənin 3-cü hissəsinə təklif olunan düzəlişi «xüsusi narahatlıq doğuran düzəliş» adlandırıb. Bu düzəlişə görə, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Komissiya hesab edir ki, bu, Azərbaycanın qoşulduğu yerli özünüidarəetmə ilə bağlı Xartiya ilə təcrübədə ziddiyyət təşkil edə bilər. Belə ki, təklif olunan müddəada nəzarətin çərçivəsi dəqiq göstərilmir. Xartiyaya görə, bu cür nəzarət yalnız qanun və Konstitusiya prinsiplərinə uyğunluğu təmin etmək üçün həyata keçirilə bilər:

«Bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı təklif edilən dəyişikliyin arxasındakı məntiq aydın deyil. Bu cür nəzarət forması yerli özünüidarəetmə orqanlarının müstəqilliyini sarsıda bilər».

Venesiya Komissiyası 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verən dəyişikliyi müsbət yenilik kimi qiymətləndirir. Komissiyanın fikrincə, bu hüquq Azərbaycan vətəndaşlarını daha aktiv siyasi iştiraka təşviq edə bilər.

Nəticələr

Venesiya Komissiyası rəydə aşağıdakı nəticələrə gəlir:

Dəyişikliklər paketi müxtəlif təkliflərdən ibarət olsa da, məhdud sayda önəmli islahatı nəzərdə tutur. Ümumi məntiqi və islahatların lazımlılığı hər zaman aşkar deyil və dəyişikliklərlə bağlı seçilən prosedur tənqidlərə yol açır;

Əgər bundan sonra qanunlara müəyyən düzəlişlər edilərsə, bəzi dəyişikliklərlə bağlı narahatlıqlar ortadan qalxa bilər;

Bəzi əlavələr şübhəsiz ki, mövcud Konstitusiyanı təkmilləşdirir. Bununla belə, demokratik təcrübə ilə bağlı bəzi neqativ təkliflər narahatlıq doğurur. Bu, xüsusilə prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin ləğvinə aiddir. Belə ki, həmin məhdudiyyət prezidentin onsuz da güclü olan mövqeyini daha da möhkəmləndirir və Avropa praktikasına uyğun deyil;

Venesiya Komissiyası bu fikirdədir ki, təklif olunan dəyişiklik və əlavələr daha dərin konstitusiya islahatlarına olan ehtiyacı aradan qaldırmır. Belə bir islahat hakimiyyət qolları arasında daha yaxşı bölgüyə nail olmaq üçün lazımlı ola bilər. Komissiya Azərbaycan hökuməti müraciət edərsə, bununla bağlı öz təcrübəsi ilə bölüşməyə hazırdır.
__________________
exceptis excipiendis

Isa Gambar вне форума   Ответить с цитированием