Показать сообщение отдельно
Старый 13.03.2009, 17:50   #592
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 73
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию


RESPUBLİKAÇI ALTERNATİV-in
18 mart 2009-cu il Referendumuna dair
BƏYANATI
13 mart 2009, Bakı

Respublikaçı Alternativ (REAL) martın 18-nə təyin edilmiş səsvermə ilə bağlı bəyan edir:

Təklif olunmuş konstitusiya düzəlişləri hüququn və sağlam siyasi prosesin mahiyyətinə ziddir.

Son prezident seçkiləri zamanı nə iqtidar partiyasının namizədi, nə də onun səlahiyyətli vəkilləri Konstitusiyaya düzəlişlər edəcəkləri barədə heç nə deməmişdirlər. Seçkilərdən cəmi bir ay sonra isə onların qəflətən belə təklif verməsi vətəndaşlara qarşı hörmətsizlikdir.

Real referendum yalnız əsl demokratik mühitdə mümkün ola bilər və o, məlumatlı seçicilərin iradəsini əks etdirməlidir. Yalnız açıq müzakirələr və aydın müddəalar vətəndaşı həqiqətən məlumatlı seçiciyə çevirir. Çox təəssüf ki, hazırkı Konstitusiya və düzəlişlər planı bu meyarlara cavab vermir.

Cəmiyyətin əsas qanunu olmaq əvəzinə, Konstitusiya proqram sənədinə çevrilib. Onun birbaşa tətbiqi imkanları çox azdır, müddəaları isə başqa qanunlara istinad etdikləri üçün çox vaxt aydın deyil. Üstəlik, bütövlükdə rəsmən təfsir olunmadığına görə Konstitusiya faktiki işləmir.

İşləməyən Konstitusiyaya düzəlişlərin edilməsinə iqtidarın nə ehtiyacı ola bilər? İndiki iqtidar legitim olmadığına görə səmimi deyil. Demokratik dəyərlərin və təsisatların sözdə qəbuluna rəğmən, əməldə o, tam tərsini edir. Nəticədə, demokratiya, insan haqları, azadlıq kimi yüksək dəyərlər real işləyən təsisatlara çevrilə bilmir. Respublika quruluşunun əsas sütunlarından biri olan Konstitusiya ilə bu cür rəftar Azərbaycanda cümhurriyyətçiliyi aşağılayır.

RESPUBLİKAÇI ALTERNATİV martın 18-nə təyin olunmuş səsverməni real referendum hesab etmir.

RESPUBLİKAÇI ALTERNATİV xatırladır ki, hazırda Prezident vəzifələrini icra edən şəxs Konstitusiya andı içərkən həmin zaman qüvvədə olan Konstitusiyaya görə iki dəfədən artıq təkrarən seçilməyəcəyinə rəsmən söz vermiş sayılır və müvafiq məhdudiyyətin aradan qaldırılmasına yönəlik düzəliş (qəbul edildiyi təqdirdə) geriyə şamil oluna bilməz.

RESPUBLİKAÇI ALTERNATİV hesab edir ki, təklif olunan düzəlişlər (onların təklif tərzini də nəzərə alaraq) Konstitusiyanı gücləndirmək əvəzinə daha da əhəmiyyətsizləşdirəcək.

RESPUBLİKAÇI ALTERNATİV Azərbaycanda cümhurriyyətçiliyi qorumaq üçün köklü hüquqi və siyasi islahatların tələb olunduğuna inanaraq, hazırki Konstitusiyaya düzəlişlər etmək əvəzinə, tamamilə yeni Konstitusiyanın işlənməsini və açıq siyasi prosesin nəticəsində qəbulunu vacib sayır.

RESPUBLİKAÇI ALTERNATİV martın 18-də bütün düzəlişlərin əleyhinə səs verəcək.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием