Показать сообщение отдельно
Старый 12.03.2009, 19:18   #79
Местный
 
Аватар для Isa Gambar
 
Регистрация: 23.02.2009
Сообщений: 136
Сказал(а) спасибо: 7
Поблагодарили 21 раз(а) в 16 сообщениях
Вес репутации: 11
Isa Gambar на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от SILENT Посмотреть сообщение
Cavablarlarınıza görə təşəkkürümü bildirirəm, amma cavablardan suallar döğur, izninizlə:

“İslahat” kəlməsini mən ən azı “əsaslı təmir”, ən çoxu “yenidənqurma” kimi qavrayıram. Məni nəticəsi əsil QURTULUŞ olacaq islahat maraqlandırır. Sizin daimi islahatlarınız hansı nəticəyə hesablanıb və real NƏTİCƏ nə zaman, hansı yol və üsulla əldə olunacaq?

Yəni formalizmə gedirsiniz. Ən azı ona görə ki, ölkədə partiyalar ideyalar üzərində deyil, siyasi fiqurların çiyinlərində qurulub. Partiya mənsubları da ideya yox, şəxs ətrafında toplanıblar. İstənilən halda, istənilən namizəd siyahısında adınız öndə olacaqsa, “Müsavat” deyəndə İsa Qəmbər başa düşüləcəksə, bu mühafizəkarlıq nəyə lazımdır?

Cavabınız söz döyüşdürmək üçün çox münasibdir. Belə nəticəyə varmaq olar ki, Müsavat Partiyası öz missiyasını yerinə yetirib, özü də artıqlaması ilə. Bunumu deyirsiniz? >>> ya bunu

Buna sözüm yox...

Bəli, ziddiyyət inkişafın reduktorudur, amma partiyadaxili antaqonist ziddiyyətləri buna şamil etmək absurddur. Cəmiyyətin fərqli və ziddiyyəti baxışlara malik olması təbiidir. Müxtəlif partiyalar siyasi ideya krekinqi üsulu ilə aktiv cəmiyyətin keyfiyyət ayrımıdır. Bunu cəmiyyətin siyasi təkamülünün yüksək mərtəbəsi də adlandırmaq olar. Bizdə isə bu təkamül prosesi 3-cü mərhələdə dayandı. Kütlə - AXC – şəxsyyət partiyaları və təşkilatları. Kütləni bir araya İDEYA yığmışdısa, onu dağıdan da bu ideyanın iflası oldu.
Qısası, xalqı bu amorf vəziyyətdən Böyük ideya çıxara bilər. Fərqindəsinizsə dünyanı fəth edənlər bunu ideya ilə həyata keçirirlər. Bəs sizin ideyanız nədir?

Mən elə bilirdim “Yeni Müsavatı” partiya, ideya yaradıb, sən demə, qəzet R.Arifoğlunun dədə malı imiş. Kamaləddin Heydərov 0-dan Fövqəladə Hallar Nazirliyini və N qədər digər infrastrukturun yaradıcısıdır, amma belə görürəm ki, R.Arifoğlunun hikkə və ambisiyası daha çoxdur...

Sizcə, “bu qəzetdə heç bir etnik separatizm yoxdur”sa, bəs, harada var? Sual ritorik deyil, xahiş edirəm, konkret cavab verin, siz əslində çox məlumatlısınız, amma susursunuz, niyə?


Dissidentsiniz?
1. Sualınızı dəqiqləşdirdiyinizə görə təşəkkür edirəm.
Bizim islahatlarımız Müsavat partiyasının proqram və nizamnaməsini təkmilləşdirməyə, partiyanın idarə edilməsini demokratikləşdirməyə, nəticədə partiyanı ölkəmizin ən güclü siyasi təşkilatı olaraq demokratik seçkilərdə qalib gəlib, xalqımızın problemlərini həll etməyə qadir bir vəziyyətə gətirməyə hesablanıb. Eyni zamanda bİzim İslahatlarımız digər partiyalara, hakimiyyətə və bütövlükdə cəmiyyətə nümunə göstərməklə Azərbaycanın demokratikləşməsinə hesablanıb.
Yalnız Müsavat partiyasının daxilində hansısa islahat aparmaqla QURUTULUŞa nail olmaq mümkün olsaydı biz bunu mütləq edərdik. Ancaq, məncə, belə bir islahat nəzəri olaraq da mövcud deyil.
Real NƏTİCƏ yalnız Müsavat partiyasının islahatları və hətta fəaliyyəti ilə deyil, bütövlükdə Azərbaycan cəmiyyəti uyğun daxili və beynəlxalq şərtlərdə zəruri fəallıq göstərəcəyi halda əldə olunacaq.

2. Maraqlıdır, indiyə qədər məni uzun müddət partiya sədri olmaqda ittiham edirdilər, indi də, Sizin təşəbbüslə, sədrlikdən getməkdə ittiham edəcəklər

Biz bu məsələyə formal yanaşmırıq. Mən sədrlikdən gedəcəm və əgər qeyri-adi bir hadisə baş verməyəcəksə, siyasi fəaliyyətimi sıravi müsavatçı kimi davam etdirəcəyəm. Yeni rəhbərliyə kənardan “rəhbərlik” etməyəcəm.
Mən şəxsiyyətin rolunu inkar etmirəm, amma, Müsavat partiyası güclü bir ideologiya əsasında yaranmış 100 illik bir partiyadır. Bu partiya başqalarına bənzəməz.



3. Yox, Müsavat partiyası hələ öz missiyasını bitirməyib. Mübarizə davam edəcək.

Göstərdiyiniz nümunə isə Müsavatın 100 illik çətin və şərəfli mübarizəsinin bir mərhələsidir.


5. a)Müsavat partiyasının daxilində antaqonist ziddiyyət yoxdur.
b) İdeya iflasa uğramayıb, mühafizəkar qüvvələrin, antimilli qüvvələrin və ictimai ətalətin güclü müqavimətinə rast gəlib.
c) Mənim ideyam Müsavatçılıq ideologiyasıdır.

6. “Yeni Müsavat” qəzetini 1989-cu ildə Rauf Arifoğlu yaradıb. 1993-cü ilin martında onun xahişi ilə mən təsisçilik funksiyasını üzərimə götürmüşəm. Bu əslində formal xarakter daşıyıb və mən heç bir zaman qəzetin işinə qarışmamışam. Qəzet heç vaxt partiya qəzeti olmayıb. Qəzetin kursunu, o cümlədən partiyamıza yaxın və ya uzaq olmasını qəzetin rəhbərliyi və kollektivi müəyyənləşdirib.
Bu qəzeti bəziləri türkçülüyə ifrat meyl etməkdə günahlandırıblar, amma, “etnik separatizm” ittihamını birinci dəfədir ki, eşidirəm. Nəyi nəzərdə tutursunuz?

7. Müsavatçıyam.
__________________
exceptis excipiendis

Isa Gambar вне форума   Ответить с цитированием