Показать сообщение отдельно
Старый 26.02.2009, 19:20   #29
Местный
 
Аватар для Isa Gambar
 
Регистрация: 23.02.2009
Сообщений: 136
Сказал(а) спасибо: 7
Поблагодарили 21 раз(а) в 16 сообщениях
Вес репутации: 11
Isa Gambar на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от SILENT Посмотреть сообщение
Salam İsa bəy!

1. Deyirlər Müsavat Partiyasında islahat keçirirsiniz. Harasında, necə, nə məqsədlə?

2. Siyasətdən gedəcəyiniz söylənilirdi – hara, niyə, nə məqsədlə, nə vaxt?

3. Siyasi partiyalar nə üçündür və hakimiyyətdən kənarlaşdırıldıqdan sonrakı 16 il ərzində Müsavat Partiyası bu kontekstdə nəyə nail olub?

4. Siyasi partiyaların əsas qayəsi hakimiyyətə gəlib dövlətə-xalqa qulluq etməkdirsə Müsavat Partiyasının bu mandatı ala bilməməyinin məsuliyyətini tək iqtidarmı daşıyır, yahu sizin və partiyadaşlarınızın da boynuna bundan "pay" düşür?

5. Müsavatdaxili çəkişmələr, haçalanmalar, ziddiyyətlər təkamülün təzahürüdür, ya xəstəliyin? Təkamüldürsə, niyə keyfiyyətcə yeni fazaya keçmir, xəstəlikdirsə, niyə müalicə olunmur?

6. “Yeni Müsavat” qəzetini kim “özəlləşdirib”, kimə qulluq edir və sizcə, bu nəşrə kürd separatizminin təsiri varmı?

7. Sizcə, kütlənin inamını, etibarını qazanmaq asandır, ya itirmək? Müsavatın, cümlə müxalifətin ilbəil xalqın gözündən düşməsinin səbəbində öz günahlarınızı görürsünüz, ya ki, xalq qədirbilməzdir?..
Salam, Silent,


1. 1992-ci ildə Müsavat bərpa edildiyi vaxtdan biz partiyamızın nizamnamə və proqramında yeniliklər edirik. Odur ki, bizdə islahatlar daimi xarakter daşıyır. Sizi hansı islahatlar maraqlandırır?
2. 2001-ci ildə Müsavatın 6-cı qurultayında mənim təklifimlə nizamnaməyə düzəliş edildi ki, bir şəxs iki dəfədən artıq partiyanın başqanı seçilə bilməz. Buna görə də 2010-cu ildə Müsavatın 8-ci qurultayında mən namizədliyimi başqan vəzifəsinə irəli sürməyəcəm. Siyasətdən getməyəcəm, sıravi müsavatçı kimi fəaliyyətimi davam etdirəcəyəm.
3. Bu çox geniş sualdır, qısaca onu deyim ki, mövcud şərtlərdə nəyə nail olmaq mümkün idisə, ona da artıqlaması ilə nail olunub.
4. Biz- müsavatçılar Azərbaycanda yaxşı və pis nə varsa hamısında öz payımızın olduğunu düşünürük.
5. Nəinki Müsavat kimi böyük təşkilatlarda, hətta kiçik qruplarda da ziddiyyətlər labüddür, önəmli olan ziddiyyətlərin zərərini azaltmaq, faydasını artırmaqdır. Biz də buna çalışırıq.
6. “Yeni Müsavat”ı R.Arifoğlu yaradıb, qəzetin əsas xəttini də o müəyyənləşdirir. Qəzetin çox nöqsanı ola bilər. Amma, məncə, bu qəzetdə heç bir etnik separatizm yoxdur.
7. İtirmək daha asandır. Mən heç bir zaman xalqı ittiham etməyin tərəfdarı olmamışam. Günahlardan isə hələ danışacağıq.

Isa Gambar вне форума   Ответить с цитированием