26.01.2009, 05:27   #218
 
 
: 16.07.2008
: 155
() : 8
30 () 22
: 12



- , .

(" ", ), , . .

Pan, .


3. Müsavatın Azərbaycanda
Fəaliyyətinin Bərpası

1988-ci İldən Sonra Milli-Demokratik Hərəkat Və Müsavatın Bərpası Üçün Siyasi Şəraitin Yaranması
80-ci illərin axırlarında Azərbaycanda başlayan milli-demokratik hərəkat Sovet İttifaqında gedən proseslərin tərkib his*səsi kimi inkişaf edirdi. Belə ki, 80-ci illərdə bütün sosialist ölkələrində olduğu kimi, Sovet İttifaqında da, nə qədər pərdələnmə cəhdləri olsa da, dərin böhran halları müşahidə olunurdu. Ölkə iqtisadiyyatında mövcud olan durğunluq əlamətləri, təbii olaraq, ictimai həyatın digər sahələrində də öz əksini tapırdı.

Bu zaman Sovet cəmiyyətində yaranmış mürəkkəb vəziyyəti geniş və açıq şəkildə analiz etməyə başlayan kommunist rəhbərliyi belə nəticəyə gəldi ki, ölkənin iqtisadi və ictimai həyatında dərin durğunluq əlamətləri mövcuddur. Təhlillər əsasında aydın oldu ki, ölkədə milli gəlirin artım tempi sonuncu üç beşilliklərə görə iki dəfə azalmışdır. Eyni zamanda təkpartiyalılıq prinsipi üzrə formalaşan cəmiyyətin avanqard və hege*mon qüvvəsi hesab olunan Sovet İttifaqı Kommunist Partiyası (Sov. İKP) rəhbərliyində və dövlət aparatında iş qabiliyyətinin, tələb*karlığın, intizam və məsuliyyətin zəifləməsi getdikcə daha açıq şəkildə özünü göstərirdi[1]. Digər tərəfdən, totalitar siya*si rejimin, iq*tisadi sahədə zorakılığa əsaslanan ictimai münasibətlərin hakim olması, hər cür fikir azadlığının, fərdiyyətçiliyin təqib edilməsi cəmiyyətin tənəzzülünü doğuran amillər kimi çıxış edirdi.

Eyni zamanda Sovet İttifaqının iflası bir sıra xarici səbəblərlə də əlaqədar idi. Belə ki, kapitalist və sosialist sistemləri ara*sında hərbi paritet yaratmağa nail olan SSRİ-yə qarşı dünyanın demokratik dövlətləri qüvvələrini birləşdirirdi. Ümumdünya anti*kommunist liqasının fəaliyyəti genişlənmişdi. Beynəlxalq müsəlman dini mərkəzlərinin nümayəndələri də bu liqaya qoşulmuşdu. Ümumdünya islam liqası 1976-cı ildə kommunizmə qarşı müharibə elan etmişdi[2]. Xüsusilə, 70-ci illərin ortalarında SSRİ-nin Şərqi Avropada orta radiuslu raketlər yerləşdirməsi və 1979-cu ildə Əfqanıstana hücumu ilə əlaqədar olaraq, dünyanın demokratik qüvvələri sovet təhlükəsinə qarşı hərbi proqramlar işləyib hazırladılar. Lakin SSRİ-nin artıq bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən yeni hərbi proqramlara cavab verməyə imkanı yox idi[3].

Digər tərəfdən, əlindən qüdrətli hərbi potensialı, o cümlədən raket, nüvə, bioloji, kimyəvi və s. silah növləri olan böyük bir imperiyanın qiyam nəticəsində (kortəbii yolla) idarəolunma qabiliyyətini itirməsi inkişaf etmiş dövlətlər üçün təhlükə yarada bilərdi. Ona görə də ABŞ və Qərb dövlətləri Sovet İttifaqının kortəbii yolla dağıdılmasında maraqlı deyildilər. Bu sahədə ölkə rəhbərliyinin bir qrupunun maraqları Qərb dövlətlərinin maraqları ilə üst-üstə düşürdü. Ölkənin dərin siyasi və sosial-iqtisadi böhran ərəfəsində olduğunu dərk edən bu qrup cəmiyyətin yenidən qurulması üçün yeni strateji kursun əsasını qoydu. 1985-ci ilin aprelində bu qrup tərəfindən hakimiyyətə gətirilən Mixail Qorbaçov dərhal yenidənqurma siyasətini, xəttini elan etdi. Sov.İKP MK-nın 1985-ci ilin aprelində keçirilən plenumunda yeni strateji kursun - yenidənqurma konsepsiyasının əsası qoyuldu.

Beləliklə, cəmiyyətin mənəvi atmosferinin normal əlaməti olan aşkarlığın, tənqid və özünü tənqidin inkişafı, aşağıdan tənqidə şərait yaradılması üçün ciddi tədbirlər görülməyə və islahatlar aparılmağa başlandı. Artıq ölkə rəhbərliyi başa düşdü ki, yenidənqurma zərurətdir və onun gecikdirilməsi yaxın zamanlarda ciddi sosial, iqtisadi və siyasi böhranın güclənməsi ilə əlaqədar daxili vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər[4].

ABŞ və Qərb dövlətləri üçün yenidənqurmanın mahiyyəti nəhəng Sovet imperiyasını dünya marağına və tələbinə uyğun şəkildə dəyişdirməkdən ibarət idi. Dünyanın inkişaf etmiş döv*lətlərinin marağı və tələbini isə demokratik cəmiyyətlərin yara*dılma*sı təşkil edirdi. Qərb demokratiyası birinci növbədə Sovet imperiyasının təsir dairəsində olan Şərqi Avropa dövlətlərinin azad olması və bunun dinc yolla həyata keçirilməsi üçün bütün poten*sialını işə saldı. Nəticədə Şərqi Almaniya, Polşa, Çexoslo*vakiya, Ma***carıstan, Rumıniya, Bolqarıstan Respublikaları Sovet təsir da*irəsindən azad olub demokratik cəmiyyət qurmaq imkanı əldə etdilər. Müttəfiq Respublikalardakı dissidentlər müxtəlif təşkilatlar yaratmağa başladılar. Bu proses xüsusilə, Baltik ölkələrində daha sürətli xarakter aldı. Qərbin dəstəyinə arxalanan Baltik döv*lətləri dinc yolla imperiya tərkibindən çıxaraq müstəqillik əldə etdilər.
Sovet cəmiyyətinin tənəzzülünü doğuran amillərə son qoymaq üçün irəli sürülmüş Yenidənqurma siyasəti müəyyən mərhələdə yuxarılarla aşağılar arasında ziddiyyətlərin baş verməsinə gətirib çıxardı. Ziddiyyət yuxarıların bu yeni siyasətə uyğunlaşa bilməməsindən, aşağıların isə artıq köhnəliyi qəbul etmək istəməməsindən irəli gəlirdi. Yenidənqurma ilə müəyyən olunan yeni şəraitdə kommunist rəhbərlər dövlət idarəçiliyini köhnə metod*larla aparmaqda davam edirdilər. Bu isə konkret problemlərin həllindən çox onun daha da dərinləşməsinə səbəb olurdu.

Azərbaycanda konkret Dağlıq Qarabağ münaqişəsini buna misal göstərmək olar. Post-sovet məkanında olan digər Respublikalarla müqayisədə Azərbaycanda bir sıra faktorlarla əlaqədar vəziyyət daha mürəkkəb xarakter almışdı. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni əhalisinin separatizmi vəziyyəti daha da mürəkkəbləşdirdi. Vilayətdə yaşayan ermənilər DQMV-nin Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi tələbləri ilə çıxış edirdilər. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanması üçün katalizator rolunu oynadı. Dağlıq Qarabağla bağlı hadisələr artıq xalqın sosial-iqtisadi problemlərini kölgədə qoyurdu. Mərkəzi Moskva hökumətinin ermənipərəst mövqe tutması və yerli Azərbaycan rəhbərliyinin bu problemin həllində bacarıqsızlıq göstərməsi ölkədə kütləvi mitinqlərin keçirilməsini şərtləndirirdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz tədbirləri başlamışdı. Hərəkat həmin ilin so*nunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı[5].

Bu dövrdə artıq imperiya rəhbərliyi inqilabdan yayınmaq və imperiyanın kortəbii şəkildə dağılmasının qarşısını almaq üçün demokratik islahatlar həyata keçirməyə başlamışdı. Bu proses Rusiyadan fərqli olaraq, digər milli Respublikalarda daha ağrılı şəkildə gedirdi. Belə ki, SSRİ-də hakim xalq hesab olunan ruslar partokratiyaya, yəni kommunist diktaturasına qarşı mübarizə apararaq zümrə hakimiyyətini ləğv etmək və milli hakimiyyəti bərqərar etmək uğrunda çıxış edirdilər. Sovet imperiyasında yaşayan qeyri-rus millətlər isə milli-azadlıq mübarizəsi yolunu tu*taraq Sovet İttifaqından ayrılmaq və milli dövlətçiliyi Bərpa etmək uğrunda mübarizə aparırdılar. İlk vaxtlar Sov. İKP MK-nın irəli sürdüyü yeni siyasi xəttin, demokratiya və aşkarlıq prin*sipinin bəhrəsi olaraq, digər milli Respublikalarda olduğu kimi, Azərbaycanda da bir sıra birlik və cəmiyyətlər meydana çıxmağa başladı.

80-ci illərin axırlarında əsasən Azərbaycan ziyalıları tərəfindən yaradılan bu birlik və cəmiyyətlər sovet cəmiyyətindəki bütün mənfi halları tezliklə aradan qaldırmaq, aşkarlıq və demokratiyanın canlanması, sosial ədalətin bərqərar olması naminə Partiya və dövlət tərəfindən həyata keçirilməyə başlayan yenidən*qurmaya kömək etməyi əsas məqsədləri hesab edirdilər. Belə birliklərdən biri Çənlibel elmi-ədəbi birliyi 1987-ci ilin aprel ayında Bakıda təşkil olunaraq Azərbaycan türklərinin ilk leqal təşkilatı kimi fəaliyyətə başlamışdı. Çənlibel xalq sənəti və folklor həvəskarları birliyi 7 nəfərdən ibarət İdarə heyəti tərəfindən idarə olunurdu. İdarə heyətinə Vurğun Əyyubov, Fuad Ağayev, Bəxtiyar Tuncay, Tofiq Rəsulov, Həsən Merac, Ağası Məmmədov, Ənvər Börüsoy daxil idilər. Sonradan Bəxtiyar Tuncay və Fuad Ağayev İdarə heyətindən çıxarılmış, Tağı Xalis*bəyli, Nemət Pənahov, Məhəmməd Hatəmi İdarə heyətinə daxil edilmişdilər. Maraqlı məşğələlər keçirməyə nail olan Çənlibel birliyi özünə getdikcə daha çox dinləyici cəlb edə bilmişdi. Birinci məşğələdə dinləyicilərin sayı 120-150 nəfər idisə, sonuncu məşğələdə bu rəqəm 300-350 nəfərə çatmışdı. Özünün mədəni-maarif tədbirləri ilə birlik xalqın maariflənməsinə xidmət etmişdi. Birliyin sədri Vurğun Əyyubov olmuşdur.

1988-ci ildə Çənlibel birliyindən ayrılan bir qrup tərəfindən Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - Varlıqın əsası qoyulmuşdu. Bu qrupa Vurğun Əyyubov, Əbülfəz Əliyev, İsa Qəmbərov, Arif Abdullayev, İsmayıl Təriqpeyman, Fəzail Ağa*malıyev və digərləri daxıl idilər. Varlıq 1988-ci ilin noyabrında Azadlıq meydanında keçirilən kütləvi mitinqlər dağıdıldıqdan sonra gizli şəraitdə yaradılmışdı. Bu təşkilat həmin dövrdə Bakıda elan edilmiş fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərirdi. İlk vaxtlar onun 20-25 nəfər üzvü var idi. Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi-Varlıqın yarandığını bildirən Bəyannamədə deyilirdi: Son aylarda baş verən Qarabağ fitnəkarlığı və onunla bağlı hadisələr, Respublika Partiya və dövlət rəhbərlərinin həmin hadisələrə laqeyd münasibəti xalqımızın kəskin hiddətinə və kütləvi nümayişlərə, mitinqlərə səbəb olmuşdur. Yenidənqurmanı həyata keçirmək üçün Azərbaycan demokratik aşkarlıq mərkəzi (Varlıq) yaratmaq xalqımıza su və hava qədər vacibdir[6].

Proqram sənədlərinə görə, Varlıq qarşısında duran vəzifələri 3 istiqamətdə həyata keçirməyi nəzərdə tuturdu. Birincisi, Respublikanın mədəni-maarif işlərində yenidənqurmanı həyata keçirmək üçün aşkarlıq və demokratikləşdirməni ümumxalq hərəkatı*na çevirmək; ikincisi, Respublikanın siyasi-ictimai məsələlərinin həllində geniş xalq kütləsinin yaxından iştirakını təmin etmək; üçün*cüsü, Respublikanın sosial-iqtisadi məsələlərində yeni*dən*qurmanı həyata keçirmək üçün aşkarlıq və demokratiyanı canlandırmaq[7].

Proqramda yenidənqurmaya mane olan məsələlərin aşkara çıxarılması və həmin məsələlərə qarşı görüləcək işlərin müəyyənləşdirilməsi, Azərbaycan dilinin və digər etnik qrupların dil, mədəniyyət sahələrində inkişafını təmin etmək üçün təkliflərin ha*zırlanması, SSRİ-də hüquqi dövlətin yaradılmasına yardım edilməsi, Partiyanın kadr siyasətini həyata keçirməyə kömək etmək üçün bürokratların aşkara çıxarılması və s. prinsiplər öz əksini ta*pırdı. Proqrama görə, Mərkəz Partiya, hökumət orqanları, icti*mai və yaradıcı təşkilatlarla sıx əlaqəni təmin edərək müəyyən sahələr üzrə birgə iş planının hazırlanmasını nəzərdə tuturdu.

Əsasnaməyə görə, Varlıq ölkədə gedən aşkarlıq, demokratikləşmə və yenidənqurma gedişinin Azərbaycan SSR-də həyata keçirilməsini sürətləndirmə tərəfdarlarını birləşdirən təşkilatdır. Təşkilat Respublikanın milli suverenliyinin təmin olunması uğrunda mübarizə aparır, müxtəlif ictimai-siyasi təşkilatlarla bərabər hüquqda bütün Sovetlərin seçkisində iştirak edir, deputatlığa namizədlər irəli sürür, yığıncaqlar - diskussiyalar, müzakirələr, görüşlər, nümayişlər, mitinqlər təşkil edir, milli bayramları, tarixi hadisələri qeyd edir[8].

Bu zaman Varlıqla bərabər, Azərbaycanda digər qeyri-formal qrup və təşkilatlar da fəaliyyət göstərirdi. 1988-ci ilin yayından etibarən, yaradılan bu qrup və təşkilatlar ayrı-ayrılıqda fəaliyyət göstərir və onlar arasında əlaqələr çox zəif idi. Qarabağ problemi ilə bağlı olaraq xalq kütlələrinin əksər hissəsi fəallaşmış və siyasi mübarizəyə atılmışdı. Respublika rəhbərliyinin Qarabağ prob*le*mini həll etməkdə göstərdiyi acizlik ölkədə mövcud olan qeyri-formal qrup və təşkilatların fəaliyyətini əlaqələndirməyi tələb edirdi. Belə şəraitdə Azərbaycanın ərazi bütövlüyünü və real su*verenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideyası tədricən yaranır və formalaşırdı.

1988-ci ilin yayında Bakı alimlər klubunda fəaliyyət göstərən ziyalılar tərəfindən SSRİ tərkibində suverenliyə nail olmaq şüarını irəli sürən Pribaltika xalq cəbhələri tipli Azərbaycan Xalq Cəbhəsi (AXC) yaratmaq üçün Təşəbbüs qrupu yaradılmışdı. Təşəbbüs qrupu bir neçə ay ərzində AXC-nin Proqram və Nizamnaməsini hazırladı və Azərbaycan xalqının tarixinə dair seminarlar, o cümlədən Azərbaycanın digər qeyri-formal təşkilatlarının konfransını təşkil etdi. Keçirilən çoxsaylı müzakirələrin nəticəsi olaraq 1989-cu il fevralın axırı, martın əvvəllərində AXC təşəbbüs qrupu və Varlıq qrupu arasında siyasi saziş imzalandı və AXC müvəqqəti təşəbbüs mərkəzi (AXC MTM) yaradıldı. Sazişə əsasən AXC MTM-nin işçi orqanı - Koordinasiya şurası yaradıldı və onun tərkibi hər qrupdan 5 nəfər olmaqla 10 nəfərdən ibarət olaraq təsdiq edildi[9].

Bu dövrdə AXC-nin qısa müddətdə geniş xalq kütlələrinin dəstəyinə malik olması Azərbaycan rəhbərliyinin narahatlığına səbəb olurdu. Bu səbəbdən də AXC-nin yaradılması prosesi və onun rəsmi qeydiyyata alınması məsələsi güclü müqavimətlə qarşılaşırdı. Xüsusilə, Sov.İKP MK-nın 1989-cu il aprel Plenumundan sonra Azərbaycanın rəsmi dairələri AXC ideyasını xalq kütlələrinin gözündən salmaq üçün geniş təbliğat kampaniyasına başladılar. Lakin AXC-yə qarşı yönəldilmiş bu kampaniya rəsmi dairələrin gözlədiklərinin əksinə olaraq, cəmiyyətdə AXC-nin nüfuzunun daha da artmasına səbəb olurdu. Xalqın dəstəyinə arxalanan AXC MTM SSRİ-nin digər Respublikalarının müxtəlif qeyri-formal təşkilatlarının nümayəndələri və xarici müxbirlərin iştirakı ilə Bakıda regionda millətlərarası münasibətlərə həsr olunmuş konfrans keçirməyə nail olmuşdu. Eyni zamanda AXC MTM rus və Azərbaycan dillərində qeyri-leqal AXC bülleteni nəşr edir və Dağlıq Qarabağla əlaqədar əsl həqiqəti dünya icti*ma*iyyətinə çatdıran əsas mənbə rolunu oynayırdı.

1989-cu ilin yanvarında Moskva hökumətinin A.Volskinin rəh*bərliyi altında DQMV-də Xüsusi İdarə Komitəsinin (XİK) yara*dılması ilə Azərbaycanın kommunist rəhbərliyi faktiki olaraq DQMV-nin idarəçiliyindən uzaqlaşdırılmış oldu.

A.Volskinin ermənipərəst mövqe tutması muxtar vilayətə axışan erməni yaraqlılarına Azərbaycanlıları DQMV-dən çıxarmaq üçün imkan vermiş oldu. Nəticədə DQMV-nin Azərbaycanlı əhali*si kütləvi şəkildə öz evlərindən qovulmağa başladılar. Azərbaycanın rəsmi dairələrinin bu prosesin qarşısını almaqda göstərdiyi acizlik və bacarıqsızlıq geniş xalq kütlələrini məyus edir və onları DQMV-də Azərbaycanın suverenliyini təmin edə biləcək alternativ qüvvənin tapılması zəruriliyi fikrinə gətirirdi. Bu dövrdə xalq kütlələrinin rəğbətini qazanmağa nail olmuş AXC MTM belə bir qüvvə rolunu oynayırdı.

1989-cu il iyulun 16-da Bakıda yarımleqal şəraitdə AXC-nin təsis konfransı keçirildi. Konfrans Azərbaycan Elmlər Akade*miyası Əlyazmalar İnstitutunun əməkdaşı, tarixçi Əbülfəz Əliyevi AXC sədri seçdi. Konfransda eyni zamanda 15 nəfərdən ibarət İdarə Heyəti seçildi. İdarə heyətinə Sabit Bağırov, İsa Qəmbərov, Rəhim Qazıyev, Tofiq Qasımov, Sülhəddin Əkbərov, Zərdüşt Əlizadə, Leyla Yunusova, Etibar Məmmədov, Nəcəf Nəcə*fov, Nemət Pənahov, Yusif Səmədoğlu, Hikmət Hacızadə, Əlikram Hümbətov, Pənah Hüseynov, Canbaxış Umudov daxil idilər. Konfrans AXC-nin Proqram və Nizamnaməsini qəbul etdi[10].

Proqram sənədlərinə görə, AXC Respublika həyatının bütün sahələrinin köklü şəkildə yenidən qurulması və demokratikləşdirilməsi uğrunda fəaliyyət göstərən ictimai təşkilatdır. Proqramın siyasi hissəsində SSRİ tərkibində Azərbaycan SSR-in siyasi, iqtisadi və mədəni suverenliyinə nail olmaq AXC-nin əsas məqsədi elan olunurdu. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması, tam hüquqi dövlətin təşəkkülü AXC-nin son məqsədi kimi göstərilirdi. Təsis konfransının qəbul etdiyi xüsusi qətnamədə AXC-nin mövqeyi açıqlanaraq göstərilirdi ki, AXC SSRİ tərkibində qalmaqla Respublikanın suverenliyinə nail olmaq prespektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tut*mayacağı halda AXC Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır[11].

İqtisadi sahədə AXC Azərbaycan SSR-in ərazisində yerləşmiş bü*tün müəssisə, təşkilat və idarələri Respublika Ali Sovetinin ta*beliyinə keçirilməsi, Azərbaycanın torpaq, meşə, sular, mineral xammal və digər təbii sərvətlər üzərində tam iqtisadi suverenliyinin Bərpa edilməsi tezislərini əsas götürürdü. Eyni zamanda proq**ramda iqtisadi plüralizm, mülkiyyətin müxtəlif formaları mü*da*fiə edilir, xüsusi mülkiyyət məsələsi isə açıq şəkildə qeyd edilmirdi[12].

1989-cu ilin 29 iyul, 5 və 12 avqustunda Bakının baş mey*danında keçirilən kütləvi mitinqlər AXC-nin artıq geniş xalq kütlələri tərəfindən dəstəkləndiyini və Respublikanın problemlərini həll etməkdə acizlik göstərən rəsmi rəhbərliyə alternativ qüvvə kimi qəbul olunduğunu göstərirdi.

1989-cu il 15 sentyabrda Azərbaycan SSR Ali Sovetinin sessiyasında AXC liderlərinin təzyiqi ilə SSRİ Ali Soveti qarşısında DQMV-də Xüsusi İdarə Komitəsinin ləğv olunması məsələsinin qaldırılması, o cümlədən Azərbaycan SSR-in suve*renliyi, iqtisadi müstəqilliyi və vətəndaşlıq haqqında qanun layi*hələrinin ümumxalq müzakirəsinə vermək haqqında qərar qəbul edildi. Eyni zamanda 1989-cu ilin 5 oktyabrında AXC Azərbaycan SSR Nazirlər Soveti tərəfindən rəsmən qeydə alındı[13]. Bu dövrdə AXC artıq rəsmi hakimiyyət orqanlarından fərqli olaraq, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənirdi və Azərbaycanda ən kütləvi təşkilat kimi proseslərə təsir etmək qabiliyyətinə malik idi. AXC-nin çap etdirdiyi 200 min tirajlıq Azadlıq və 20 min tirajlıq Svoboda qəzetləri ictimai rəyin AXC-nin xeyrinə formalaşması və geniş xalq kütlələri tərəfindən müstəqillik ideyalarının mənimsənilməsi üçün mühüm rol oynayırdı. Bu dövrdə AXC-nin getdikcə artan nüfuzu Azərbaycanda öz dayaqlarından məhrum olmaq istəməyən Moskva hökumətini narahat etməyə bilməzdi. AXC-nin möhkəmlənməsinin qarşısını almaq üçün, mövcud strukturlarını məhv etmək və yerli kommunist rejimini qoruyub saxlamaq üçün SSRİ-nin tarixinə qara hərflərlə yazılmış 20 yanvar faciəsi törədildi. SSRİ Ali Soveti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S.Qor*baçov tərəfindən imzalanmış fərman qəbul etdi və 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeridilərək dinc piketlər təşkil etmiş əhali vəhşicəsinə qırdırıldı[14]. Demokratik hərəkatın 200-dən çox fəalı həbs olundu, AXC gizli fəaliyyətə keçməyə məcbur oldu.

Əksəriyyəti AXC üzvlərindən ibarət olan Demokratik Azərbaycan deputat blokunun təzyiqi altında Ali Sovet 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Eyni zamanda Ali Sovet İqtisadi ittifaq müqaviləsini rədd etdi. AXC və digər müxalifət qüvvələri Ali Sovetin buraxılmasına nail olmasalar da, komblok və demblok üzvlərindən paritet əsasla yaradılmış 50 nəfərdən ibarət tərkibdə Milli Şuranın təşkilinə nail oldular[15]. Bununla da de*mokratik qüvvələr Respublikanın ali qanunverici orqanına nəzarət etmək imkanı qazanmış oldular.

Azərbaycanda 80-ci illərin axırlarında başlanan demokratik hərəkat tarixinin təhlilindən aydın olur ki, bu dövrdə kommunist rejiminə qarşı dayanan Azərbaycan xalqının şanlı mübarizəsinə AXC rəhbərlik etmiş və əsas avanqard qüvvə kimi çıxış etmişdir.
Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar, daha geniş xalq kütlələrinin siyasətə cəlb olunduğu bir dövrdə AXC kortəbii şəkildə başlanmış xalq hərəkatına mütəşəkkillik vermişdir. AXC xalq hərəkatına rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xal*qın mübarizəsini düzgün istiqamətləndirməyə çalışmış və əksər hallarda buna nail olmuşdur. Bununla da əsrin əvvəllərində Müsavatın Azərbaycan xalqının tarixində oynadığı şərəfli rol əsrin sonlarında AXC-yə qismət olmuşdur. Təsadüfi deyil ki, AXC öz fəaliyyəti dövründə əsrin əvvəllərində fəaliyyət göstərən Müsavatın ideyalarını həyata keçirmək uğ*runda mübarizə apardığını dəfələrlə bəyan etmişdir. Məhz AXC-nin yaranmasında da 1918-1920-ci illərin təcrübəsi və ənənələri, o dövrdə formalaşmış milli dövlətçilik ideyaları və bu ideyaların daşıyıcısı olmuş Müsavatın fəaliyyət tarixi ilə bağlı amillər mühüm rol oynamışdır.

Araşdırmalar göstərir ki, milli-demokratik hərəkatın başlanması ilə milli ideologiyanın dirçəldilməsi zərurəti meydana çıxdı. Bu dövr cəmiyyətin iflasa uğrayan kommunist ideologiyasına alter*nativ ideologiya axtarışında olması ilə xarakterizə olunur. Cəmiyyətin müstəqillik və demokratiya tələbləri müsavatçılığın əsas prinsiplərini təşkil edirdi. Buna görə də milli-demokratik hərəkat labüdən müsavatçılığı mənimsəmək zərurəti ilə üzləşmişdi. Beləliklə, Respublikada gedən proseslər uzun illər milli ideologiyanın daşıyıcısı olmuş Müsavatın Bərpasını labüd edirdi.
Azərbaycan Milli-Demokrat Partiyası Yeni Müsavatın
Yaranması Bərpa Prosesinin İlkin Mərhələsi Kimi
Keçmiş SSRİ-də cəmiyyətin demokratikləşdirilməsi prosesi, daha sonra milli-demokratik hərəkat başlayan zaman Müsavat ideyası Azərbaycanda yenidən aktuallaşdı. Uzun illər əks-inqilabçı, xalq düşməni kimi qələmə verilən Müsavat Partiyasına yeni baxış formalaşmağa başladı. Bununla əlaqədar olaraq, milli-demokratik hərəkatın ilk dövrlərində Müsavatın dirçəldilməsi cəhdləri edildi. 1989-cu ildə yaradılmış Birlik cəmiyyəti bu ideyanı reallaşdırmağa çalışırdı. Cəmiyyət Birlik adlı orqanı vasitəsilə müsavatçılığın geniş təbliği üçün mühüm işlər gördü. Nəticədə 1989-cu il oktyabrın 24-də milli-azadlıq hərəkatının bir qrup iştirakçısı (Mənsur Əlisoy, Niyazi İbrahimli, Əh*məd Rza, Bəxtiyar Tuncay, Əziz Qaraca və s.) tərəfindən Azərbaycan Milli-Demokrat Partiyası Yeni Müsavatın (AMDP Yeni Müsavat) yaradıldığı bəyan edildi. Bu Partiyanı yara*danların əsas məqsədi müsavatçılıq ideologiyasını dirçəltmək və Azərbaycanda əski Müsavat Partiyasını Bərpa etmək olmuşdur. Partiyanın yaradıldığını bildirən Bəyannamədə deyilirdi: Müsavatın varisi və zamanın tələbi olan Azərbaycan Milli-Demokrat Partiyası Yeni Müsavat siyasi təşkilat olmaq etibarı ilə vahid və müstəqil Azərbaycan uğrunda mübarizə aparan Partiyadır, Sözdə, fikirdə, işdə birlik prinsipi əsasında fəaliyyət göstərir, siyasi platforma kimi türkçülük, islamçılıq, müasirlik prinsipini qəbul edir.

1990-cı il iyunun 29-30-da AMDP Yeni Müsavatın Gəncə şəhərində təsis konfransı keçirildi. Konfransda 21 kənd və şəhər rayonları təmsil olunmuş, həlledici səslə 26, məşvərətçi səslə 28 nümayəndə, 13 nəfər isə müşahidəçi kimi iştirak etmişdi[16]. Konfransda AMDP Yeni Müsavatın təsis olunduğu elan edilmiş, Partiyanın Məramnamə və Nizamnaməsi qəbul edilmişdir. Proqrama görə, AMDP Yeni Müsavat Rusiya imperiyası ilə İran dövləti arasında bağlanmış və Azərbaycanı iki hissəyə bölmüş 1813 və 1828-ci illər müqavilələrini rədd edir. Hər iki Azərbaycan arasında iqtisadi-siyasi, mədəni və mənəvi əlaqələrin Bərpasını qarşıya məqsəd qoyur, sərhəd rejiminin götürülməsini, sərbəst gediş-gəlişin təmin edilməsini tələb edir[17]. Proqramın siyasi his*səsində 1920-ci il 28 aprel işğalına siyasi və hüquqi qiymət verilməsi, Azərbaycan ərazisində xarici bazaların olmaması, Azərbaycan Demokratik Cümhuriyyətinin Bərpa olunması, qanunvericilik, icraedici hakimiyyətlərinin ayrılması, konstitusiya məhkəməsinin vacibliyi müddəaları öz əksini tapır.

Proqrama görə, Partiya cəmiyyəti düşmən qütblərə bölən antoqonist sinfi mübarizə nəzəriyyələrinə qarşı çıxır, zümrə hakimiyyətini rədd edir, fərdi azadlıq, xüsusi təşəbbüskarlığı və mülkiyyətin toxunulmazlığını qəbul edir. Partiya milli birlik və həm*rəyliyə əsaslanan, cəmiyyətdə gedən dəyişiklikləri özündə əks etdirən milli dövlətçilik konsepsiyasını müdafiə edir[18].

Proqramda əski Müsavat tərəfindən irəli sürülmüş azad Qafqaz Konfederasiyası ideyası təsbit olunmuşdur.

Aqrar sahədə Partiya Azərbaycan kəndlisini torpaq üzərində əsas mülkiyyət sahibi hesab edir və qeydsiz-şərtsiz olaraq tor*pağın kəndliyə qaytarılmasına tərəfdar çıxır.

AMDP Yeni Müsavatın ali orqanı ildə bir dəfə çağırılan qurul*taydır. Qurultaylararası dövrdə qanunverici orqan ayda bir də*fə ça*ğırılan Baş Şura, icraedici orqan isə Katiblər Şurasıdır. Baş Şuraya hər rayon təşkilatından seçilən bir səlahiyyətli nümayəndə daxıl olur. Katiblər Şurası Partiyanın qurultayında seçilən baş icra*edi*ci orqandır. Katiblər Şurası Partiyanın katibləri və mətbuat or*qanlarının redaktorlarından ibarətdir. Katiblər Şurası Partiyanın ümumi xəttinin həyata keçirilməsini icra edir, müxtəlif səviyyələrdə AMDP Yeni Müsavatı təmsil edir və sənədləri imzalayır.

Konfrans AMDP Yeni Müsavatın icraedici orqanı olan Katiblər Şurasının tərkibini təsdiq etmişdir. Katiblər Şurasına Mən*sur Əlisoy, Rasim Mürsəlov, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Əhməd Rza, Rauf Şenol seçilmişlər. Eyni zamanda konfrans Partiyanın qurultayına qədər qəzet redaktorlarının da səlahiyyətlərini təsdiq etdi: 1) Yeni Müsavat qəzeti - Partiyanın ideya-siyasi xəttini müəyyən edən aparıcı orqanın redaktoru Rauf Şenol; 2) Dini təbliğ qəzeti Allahu əkbər - redaktoru Aydın Əlizadə; 3) Yurdum informasiya bülleteni - redaktoru Rəfail Bağırov[19].

Konfrans nümayəndələri 1920-ci il 27-28 aprel hadisələrini işğal hesab etmək haqqında, 1990-cı il 20 yanvar faciəsinə siyasi qiymət verilməsi haqqında, sərhədboyu zonada vəziyyət haqqında, siyasi dustaqlar haqqında, Azərbaycan Ali Sovetinə seçkilər haqqında bəyanatlar qəbul etdilər.

AMDP Yeni Müsavatın Baş Şurasının 1990-cı il dekabrın 21-də keçirilən iclasında Partiyanın Azərbaycan Milli Müsavat adlandırılması haqqında qərar qəbul edildi.

Azərbaycan Milli Müsavat 1991-ci il sentyabrın 21-22-də Gəncə şəhərində I qurultayını keçirmişdir. Qurultayda Katib*lər Şurasının, Baş Şuranın, Yeni Müsavat qəzeti redak*torunun hesabatları dinlənilmiş və Partiyanın adı Azərbaycan Milli Müsavat Partiyası kimi təsdiq edilmişdir. İclasda Partiyanın icraedici və sərəncamverici orqanının AMMP-nin Mərkəzi İcraiyyə Komitəsi (MİK) adlandırılması qərara alınmışdır. Qurul*tayda Mərkəzi İcraiyyə Komitəsinin aşağıdakı tərkibi seçilmişdir: Nəsib Nəsibzadə, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Əhməd Rza, Vaqif İsmayılov, Rasim Mürsəlov, Sahib Əhmədov. Nəsib Nəsib*zadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Müsavatın Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. Eyni zamanda qurultayda aşağıdakı tərkibdə Nəzarət Təftiş Komitəsi seçilmişdir: Azər İbrahimov, Əlövsət Babayev (Talışxanlı), Balababa Allahnəzərov, Kamal Mentürk, Güldar Məmmədov[20].

Qeyd edək ki, müsavatçılığın ideya-nəzəri əsaslarının təbliğində AMDP Yeni Müsavatın böyük xidmətləri olmuşdur. Üzv*lərinin sayının az olmasına baxmayaraq, təşkilat Yeni Müsavat, Allahü Əkbər, Yurdum adlı qəzetlər nəşr etdirərək müsavatçılığın Azərbaycanda təbliğinə müəyyən dərəcədə nail olmuşdur. 1990-cı il yanvar hadisələrindən sonra Partiyanın üzvləri rus ordusunun Azərbaycanda törətdikləri qanlı cinayətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırdılar. Bu məqsədlə bir neçə təşkilat üzvü İrana getmiş, Azadlıq radiosuna məlumatlar vermiş, video-kasetlər yaymışlar[21]. 1990-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Partiyanın sentyabr ayında qəbul etdiyi bəyanatda çoxPartiyalı sistem üçün seçki qanununun qəbul edilməsi, seçki kampaniyasının müddətinin ən azı 3 aya qədər uzadılması və seçkilərin təyin olunduğu günə 3 ay qalmış Bakıda fövqəladə vəziyyətin ləğv edilməsini tələb edirdi[22].

Lakin Partiya Azərbaycan siyasi həyatında kifayət qədər geniş sosial dəstək təmin edə bilmədi. Bu dövrdə Partiyanın üzvlərinin sayı 200-300 nəfərə yaxın idi.

AMMP Mərkəzi İcraiyyə Komitəsinin iclasında N.Nəsibza*dənin təklifi ilə Müsavatın əski adına layiq şəkildə Bərpa edəli bilməməsi məsələsi müzakirə edilmişdir. Müzakirələr zamanı bu, qismən Partiya rəhbərliyinin fəaliyyətsizliyi, siyasi təcrübənin kifayət etməməsi ilə əlaqələndirilmişdir. Bu, digər tərəfdən Azərbaycandakı mövcud siyasi vəziyyətlə də əlaqədar idi. Belə ki, bu dövrdə digər siyasi təşkilatlara nisbətən daha kütləvi və mütəşəkkil təşkilat olan Azərbaycan Xalq Cəbhəsi öz fəaliyyətində müsavatçılıq ideologiyasına əsaslanırdı. Müsavatçılıq ideologiyası ətrafında geniş xalq kütlələrini birləşdirən Azərbaycan Xalq Cəbhəsi siyasi həyatda daha geniş sosial dəstəyə malik idi. Kütləvi təşkilat kimi Azərbaycan Xalq Cəb*həsinin yüksək nüfuzu Azərbaycanda yenicə yaranmış siyasi Partiyaların fəaliyyətini kölgədə qoyurdu. Belə bir şəraitdə Azərbaycan Milli Müsavat Partiyasını əski adına layiq şəkildə Bərpa etmək cəhdləri geniş uğur qazana bilmədi.

Milli Müsavat Xalq Partiyasının Türkiyədəki Divanının 1991-ci il iyulun 10-da keçirilən toplantısında 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli-azadlıq hərəkatına rəhbərlik edən Müsavatın yaranmasının 80 illiyi münasibəti ilə onun rəsmən fəal bir surətdə Ana Vətən Azərbaycanda yenidən siyasi fəaliyyətə başlaması və bu qayda ilə ölkədə təşkilatlanması haqqında qərar qəbul edilmişdi[23].

AMMP Mərkəzi İcraiyyə Komitəsinin 1992-ci il yanvarın 4-də keçirilən iclasında MİK-in sədri Nəsib Nəsibzadə hesabat məru*zəsi edərək, MİK-ni fəaliyyətinin kifayət qədər əhatəli olmaması, bu səbəbdən də Partiyanın təşkilatlanma prosesinin ləng getdiyi haqqında məlumat vermişdir. Bu iclasda Türkiyədəki Müsavatın baş katibi Əhməd Qaraca da iştirak edirdi. Nəsib Nəsibzadə vəziyyətdən çıxış yolu kimi Müsavatın fəaliyyətini Bərpa etmək üçün daha geniş bazada Bərpa Mərkəzini yaratmağı təklif etmişdi.

Əhməd Qaraca mövcud şərtlər daxilində Müsavatın əski adına layiq qurulması və gücləndirilməsi zəruriliyini qeyd edərək, Türkiyədəki Mərkəzin Bakıya köçürülməsinin vacibliyini bildirdi. O, Nəsib Nəsibzadənin təklif etdiyi Bərpa Mərkəzi ideyasını bəyəndiyini qeyd etdi. Beləliklə, qərara alındı ki, Müsavatın Bərpasını sürətləndirmək üçün Bərpa Mərkəzi yaradılsın və onun tərkibi Müsavatın Divanı tərəfindən təsdiq edilsin[24]. Partiyaya geniş sosial dəstək qazandırmaq məqsədilə Azərbaycan Xalq Cəbhəsinin bir sıra nümayəndələri ilə danışıqlar aparıldı və Müsavatın Bərpa Mərkəzi yara*dıldı. Bərpa Mərkəzinin tərkibi aşağıdakı kimi müəyyənləşdirildi: Abbas Abdulla, Arif Hacıyev, Vurğun Əyyubov, İbrahim İbrahi*mov, İsa Qəmbər, İsmayıl Şıxlı, Məryəm Həsənova, Mirbaba Babayev, Mürşüd Məmmədov, Nəsib Nəsibzadə, Niyazi İbrahim*li, Niyazi Mehdi, Rafiq İsmayılov, Rauf Şenol, Rizvan Hüseynov, Sabit Bağırov, Sədrəddin İsmayılov, Tofiq Qasımov, Yusif Səməd*oğlu, Şövkət Tağıyeva, İxtiyar Şirinov.

Müsavatın Türkiyədəki Divanının 1992-ci il martın 21-də keçirilən toplantısında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatında öz yerini tuta bilməsi məqsədi ilə Bərpa Mərkəzinin yuxarıda göstərilən tərkibi təsdiq edilmiş və qərarın həyata keçirilməsi üçün Nəsib Nəsibzadəyə tam səlahiyyət verilmişdir. Divanın qərarında göstərilirdi ki, 5 gün ərzində Partiya qurucuları öz aralarında vəzifə bölgüsünü həyata keçirərək, 21 gün ərzində fəaliyyət haqqında məlumatı Divana bildirəcəklər. Bu rəsmi işlər qurtardıqdan sonra Bərpa Mərkəzi Azərbaycan Respublikasında Müsavatın Divanının yeritdiyi siyasətə uyğun şəkildə Partiyanı təmsil etmək səlahiyyətinə və hüququna malik olacaq*dır. Bununla da Bərpa Mərkəzi hər cür idari, sosial təşkilatlanma, maliyyə mənbələrinin təmini və sərf edilməsi səlahiyyətinə sahib olurdu. Yalnız xarici əlaqələr və milli siyasət sahəsində Partiya Divanının tövsiyyəsinə önəm verilməsi, Partiyanın strategiyasının müəyyən edilməsində Divanın təcrübəsindən yararlanmaq tövsiyə edilirdi. Divan Müsavatın III (Bərpa) qurultayı çağırılana qədər, Partiyanın yeni*dən Bərpası ilə əlaqədar bütün məsələlərdə Bərpa Mərkəzinə fövqəladə səlahiyyət və imza hüququ vermişdi[25].

Beləliklə, 1992-ci ilin martında Müsavatın Bərpa Mərkəzi Türkiyədəki Azərbaycan mühacirətinin nümayəndələri tərəfindən tanınmış və ona Müsavat adından çıxış etmək səlahiyyəti verilmişdi.

Müsavat Bərpa Mərkəzinin 1992-ci il iyunun 28-də keçirilən yığıncağında aşağıdakı tərkibdə rəhbər orqanlar seçilmişdir. Sədr-İsa Qəmbər, birinci katib - Nəsib Nəsibzadə, təşkilati işlər üzrə katib - Sabit Bağırov, ideologiya işləri üzrə katib - Aydın Balayev, əlaqələr üzrə katib - Niyazi İbrahimli, Nəzarət qrupunun sədri - Vurğun Əyyubov, Nəzarət qrupunun üzvləri - Şövkət Tağıyeva, Rizvan Hüseynov, mətbuat üzrə katib - Rauf Şenol[26].

Bərpa Mərkəzinin bəyanatında deyilirdi ki, millətin imanı olan müsavatçılığın proqram məqsədləri - müstəqil, demokratik Azərbaycan dövləti, vahid Azərbaycanın etnik-mədəni bütövlüyü, azad Qafqaz evi, türk xalqlarının mədəni-siyasi birliyi və sosial-iqtisadi sahədə milli təsanüdün əldə edilməsi - yaxın gələcəyin ümdə problemləridir. Bərpa mərkəzi bu yolda mübarizə aparan bütün qüvvələrlə sıx əməkdaşlığa hazır olduğunu, onun həm də Azərbaycan Xalq Cəbhəsindən olan üzvlərinin AXC ideyalarına sadiq qaldığını bəyan edir[27]. Bərpa Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində Bakının 11 rayonunda, Naxçıvan MR-nın 3 rayonunda, bütövlükdə isə 54 şəhər və rayonlarda Bərpa büroları yaradıldı[28]. Bərpanın son mərhələsi olaraq, Partiyanın III (Bərpa) qurultayı*nın keçirilməsi qərarlaşdırıldı.

Dövrün tədqiqi göstərir ki, kommunist ideologiyasına alternativ axtarışları prosesində aktuallaşan müsavatçılığın əsas prinsip*ləri ilk vaxtlar milli-demokratik hərəkatın önündə gedən AXC-nin əsas prinsiplərini təşkil etsə də, konkret olaraq Müsavatın Azərbaycanda Bərpası üçün ilk cəhd 1989-cu ildə Azərbaycan Milli Demokrat Partiyası Yeni Müsavatın yaradıcıları tərəfindən edildi. Yuxarıda göstərdiyimiz səbəblər üzündən Müsavatın Azərbaycanda Bərpası ilə əlaqədar öz mis*siyasını tam yerinə yetirə bilməsə də, bu Partiya müxtəlif mətbuat orqanları təsis edərək, müsavatçılığın ideya-nəzəri əsaslarının təbliğ olunmasında mühüm rol oynadı.

Müsavatın III (Bərpa) Qurultayı

1992-ci il oktyabrın 12-də Müsavat Bərpa Mərkəzinin qərarına əsasən Partiyanın III (Bərpa) qurultayının 1992-ci il no*yab*rın 7-8-də Bakı şəhərində keçirilməsi nəzərdə tutuldu. 1992-ci il noyabrın 6-da Müsavatın III (Bərpa) qurul*tayının sim*volik açılış mərasimi keçirildi. Mərasim indiki Elmlər Akade*miyasının Rəyasət Heyətinin binasında Partiyanın I və II qurul*tay*ları*nın keçirildiyi və bir müddət Mərkəzi Komitənin yerləşdiyi əski İsmailiyyə binasında başlandı. Nümayəndələr burada Azərbaycan Demokratik Respublikasının qurucusu və Müsavatın öndəri M.Ə.Rəsulzadənin ömrünün son illərində xalqı*mıza mü*raciətinin lent yazısını dinləyərək, Şəhidlər xiyabanı*na yollandılar. Həmin gün Azərbaycan Xalq Cəbhəsinin iclas salo*nunda Partiyanın Proqram və Nizamnaməsinin ilkin müzakirəsi keçirildi.

1992-ci il noyabrın 7-də Respublika sarayında Müsavat III (Bərpa) qurultayı 1468 nümayəndənin iştirakı ilə öz işinə başladı. Qurultayda Müsavat Bərpa Mərkəzinin sədri İsa Qəmbərov hesabat məruzəsi ilə çıxış edərək göstərdi ki, Bakının 11 rayonunda, Naxçıvanın 3 rayonunda, ümumiyyətlə, 54 şəhər və rayonda Müsavatın Bərpa büroları yaradılmışdır. İndiyə qədər Partiyaya 2622 üzv qəbul edilmişdir[29].

Partiyanın yeni proqram layihəsini Nəsib Nəsibzadə təqdim etdi. Proqram və Nizamnamə müzakirə edilərək qəbul edildi. Proq*ramın girişində göstərilirdi ki, yeni müsavatçılar nəsli Müsavat ənənəsinə sədaqətini elan etməklə bərabər, dəyişən şəra*itdə yeni vəzifələrə uyğun yeni şüarlar irəli sürür və praqmatizmi əsas prinsip kimi qəbul edir[30].
Yeni Proqram 1936-cı ildə qəbul edilmiş proqramın əsas müd*dəalarını özündə əks etdirir. Proqram 1918-1920-ci illər döv*lət quruculuğu təcrübəsini nəzərə alaraq, güclü Azərbaycan dövlətinin formalaşdırılmasını və onun vətəndaşların xidmətinə tabe etdirilməsini Müsavatın yaxın gələcəkdə əsas məqsədi kimi qarşıya qoyur. Proqramın siyasi hissəsində müstəqil milli dövlətin aşağıdakı atributlarının formalaşdırılması nəzərdə tutulur: milli pasport sistemi, maliyyə, bank və vergi sistemi, gömrük sis***temi, sərhədlərin qorunması, ordu və donanma, milli təhlü*kəsiz*lik xidməti, xarici siyasət orqanları sistemi, milli zəmində inki*şaf edən iqtisadiyyat[31]. Proqram eyni zamanda demokratiyanın əsas şərti kimi azad seçkilərin keçirilməsini, parlamentin haki*miyyət bölgüsü prinsipinə uyğun olaraq ali icraedici orqanlarından ayrı olmasını və müstəqil fəaliyyət gös*tərməsini, məhkəmə haki**miyyətinin müstəqilliyinin təmin edilməsini, çoxPartiyalı sistemin bərqərar olmasını Partiyanın siyasi sahədə əsas vəzifələri kimi göstərir. Proqram Azərbaycanda yaşayan bütün xalqların hü*quq bərabərliyinin qanunla tanınmasını, azsaylı xalqların və etnik qrupların dilinin, mədəniyyətinin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasını xüsusi qeyd edir.

Müstəmləkədən müstəqilliyə, totalitar cəmiyyətdən demokratik cəmiyyətə keçid dövründə milli birlik və vətəndaş həmrəyliyi zəruridir. Buna uyğun olaraq, Partiyanın yeni Proqramında milli təsanüd nəzəriyyəsinə əsaslanan effektiv sosial-iqtisadi islahatların təmin edilməsi nəzərdə tutulmuşdur. Özəlləşdirmə ilə bağlı Proqramda göstərilir ki, özəlləşdirmə uzunmüddətli və çoxmər*hələli proses olmalı, qarışıq formalarda həyata keçirilməli, əmək və sahibkarlıq fəallığını təmin etməklə dinamik iqtisadiyyat sistemi qurmaq naminə aparılmalıdır[32].

Aqrar sahədə Partiya demokratik prinsiplərlə, konkret şəraiti nəzərə almaqla tədricən və çoxpilləli formada gerçəkləşməsi nəzərdə tutulan aqrar islahatları zəruri hesab edir. Proqramda göstərilir: Bu prosesin ilk dövrlərində mövcud təsərrüfatların bazar subyektləri kimi real müstəqilliyini təmin etməklə məqsədə*uyğun hallarda torpaq islahatı aparılmalıdır. Proqramda yaxın gələcək üçün Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri göstərilmişdir. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qonşu ölkələrlə normal münasibətlərin qurulması, Azərbaycanın dünya dövlətləri birliyinin bərabər*hü*quqlu üzvünə çevrilməsi bu istiqamətlərin əsasını təşkil edir. Partiyanın Proqramında Azərbaycanın bölünməsinin tarixi ədalət*sizliyi göstərilir. Partiya Azərbaycanın iki hissəsi arasında hər cür əlaqələrin genişləndirilməsi əsasında milli-mədəni bütövlü*yün təmin edilməsini nəzərdə tutur[33]. Partiya hesab edir ki, Azərbaycan öz xarici siyasətində Azad Qafqaz evi ideyasının reallaşdırılmasına çalışmalıdır. Bütün Qafqazda insan haqları və milli hüquqlar uğrunda mübarizə müdafiə edilməli, münaqişələrin danışıqlar yolu ilə region daxilində həll edilməsinə səy göstərilməlidir. Qeyd edək ki, Müsavatın əvvəllər irəli sürdüyü və müdafiə etdiyi Qafqaz Konfederasiyası ideyası ilə müqayisədə Azad Qafqaz evi ideyası öz aktuallığına görə seçilir. Belə ki, Müsavat Azad Qafqaz evi ideyasını irəli sürərkən müasir dövrün tələblərini nəzərdə tutmuş və reallıqdan çıxış etmişdir.

Müsavat Azərbaycanın xarici siyasətində türk və islam dünyasına yönəlmiş ayrıca siyasi xəttin olmasını zəruri hesab edir. Proqramda göstərilir ki, Azərbaycan dövləti türk və islam dünyasının istiqlal mübarizəsini müdafiə etməli, onların arasında sıx əlaqələrin yaranmasına çalışmalıdır[34].

Nizamnaməyə görə, Partiyanın ali orqanı 2 ildən bir çağırılan qurultaydır. Qurultay Partiyanın Proqram və Nizamnaməsini qəbul edir, Partiyanın fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir, Partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını (MNTK) seçir. Qurultaylararası dövrdə Partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. İki ayda bir dəfədən az olmayaraq çağırılan Məclis öz üzvləri arasından katibləri və Məclisin Divanını seçir və onların hesabatlarını dinləyir, seçkili dövlət orqanlarına namizədlər göstərir. Məclisin iclasları arasındakı dövrdə Partiyanın fəaliyyətinə Məclisin Divanı rəhbərlik edir. Divan Partiyanın başqanı, katibləri və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub, Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Partiyanın cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti baş katibin başçılığı ilə katiblər həyata keçirirlər. Katiblərin hər biri Partiyanın fəaliyyətinin müəyyən hissəsinə (konseptual məsələlər, təşkilati məsələlər, maliyyə, informasiya və b.) rəhbərlik edir. Baş katib Partiyanın icra aparatına rəhbərlik edir və onu təmsil edir[35]. Qurultay Bərpa Mərkəzinin birinci katibi Nəsib Nəsibzadənin təklifi ilə Partiyanın adını konkretləşdirdi. Qurultayın qəbul etdiyi qərarda deyilirdi: Qurultay Partiyanın 81 illik fəaliyyəti dövründə rəsmən bir neçə ad (Müsəlman Demokratik firqəsi-Müsavat, Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat, Milli Azərbaycan Müsavat Xalq firqəsi, Azərbaycan Milli Demokrat Partiyası-Yeni Müsavat, Azərbaycan Milli Müsavat Partiyası) daşıdığını və Müsavat adının dəyişılməzliyini, eyni zamanda Partiyanın bu adla tanındığını nəzərə alaraq Partiyanın rəsmi adını Müsavat Partiyası kimi qəbul edilməsini qərara alır[36].

Qurultay təşkilati məsələyə baxaraq, Bərpa olunmuş Müsavatın sədrini seçdi. Gizli səsvermə yolu ilə İsa Qəmbər əleyhinə yalnız 23 səs almaqla, əksər səs çoxluğu ilə Müsavatın sədri seçildi. Qurultay eyni zamanda Nizamnaməyə uyğun olaraq Müsavatın Mərkəzi Şurasını və Mərkəzi Nəzarət-Təftiş komissiyasını seçdi.

Qurultayda əski Müsavat nəslinin böyük ideoloji-siyasi sərvət yaratdığı qeyd edildi. Bu irsin toplanması, sistemləşdirilməsi və təbliği məqsədi ilə Müsavat irsi adlı komissiyanın yaradılması qərara alındı. Eyni zamanda Müsavatın nəzəri orqanı olan Müsavat bülleteninin çapının davam etdirilməsi qərara alındı.

Qurultay ümummilli problemlər mövzusunda daimi məsləhətləşmələr keçirmək təklifi ilə digər Partiyalara müraciət etdi. Məsləhətləşmələrin ilk mövzusu olaraq Milli birlik və onu təmin etmək yolları probleminin müzakirəsi təklif olunurdu[37].

1992-ci il dekabrın 27-də Müsavat Məclisinin toplan*tı*sı keçirilmiş və Məclisin aşağıdakı komissiyaları yaradılmışdı: 1. Döv*lət quruculuğu və hərbi işlər komissiyası; 2. İqtisadiyyat ko*mis*siyası; 3. Müsavat İrsi komissiyası; 4. Milli Təsanüd ko*missiyası; 5. Xarici siyasət komissiyası.

Qeyd edək ki, Müsavatın bir sıra üzvləri Ə. Elçibəy hakimiyyəti dövründə dövlətdə yüksək vəzifələrdə çalışmış və Respublikada dövlət quruculuğu prosesində fəal iştirak etmişlər. Partiyanın Başqanı İsa Qəmbər 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.

Beləliklə, uzun illərdən sonra Müsavatın Azərbaycanda fəaliyyəti tam Bərpa olundu. Bu Partiyanın müasir siyasi spek*trdə yeri ilə bağlı mülahizələr maraqlıdır. Birinci proqramının əsas müddəalarına və Partiyaların müasir anlamda təsnifatına gö*rə Müsavat mərkəz-sol Partiyası idi. Bununla əlaqədar M.Ə.Rəsulzadə yazırdı: O zamankı Müsavat proqramı əsasda milliyyətçi, istiqlalçı bir proqram olmaqla bərabər, sosial məsələlərdə bəzən hətta firqənin əsl qayəsini təşkil edən milli ümdələrlə təzad təşkil edən ifratlara belə qapılmışdır... O zaman bir tərəf*dən libe*ralizm, digər tərəfdən də internasional sosializm cərəyanlarının zamana hakim təsirlərinə rəğmən, milliyyətçi qalmağı bacaran Müsavat üçün indiki ümumi ruhdan mülhəm olaraq, daha milli bir siyasət və daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri-mümkün idi[38].

İkinci və üçüncü proqramlarına görə Müsavat mərkəz*çi xarakterini qoruyub saxlayaraq, soldan sağa meylləndi və mərkəz-sağ Partiyası kimi formalaşdı.

80-ci illərin axırlarında Azərbaycanda cərəyan edən proseslərin təhlili əsasında aşağıdakı nəticələrə gəlmək olar:

- Yenidənqurma prosesinin yaratdığı münbit şərait, Dağlıq Qarabağda baş verən hadisələr, Mərkəzin və Azərbaycanın ko*mmunist rəhbərliyinin getdikcə dərinləşən problemləri həll edə bilməməsi Azərbaycanda milli-demokratik hərəkatın başlanma*sını şərtləndirdi. Respublikanın qarşılaşdığı ciddi problemlərin həllinin vacibliyi, təbii olaraq, cəmiyyətdə müstəqillik və demokratiya meyllərini yaratdı və proseslərin sonrakı inkişafında bu amilləri milli-demokratik hərəkatın əsas tələblərinə çevirdi.

- Cəmiyyətdə getdikcə iflası dərinləşən kommunist ideologiyasına alternativ olaraq müstəqillik və demokratiya prinsiplərini özündə əks etdirən müsavatçılıq yenidən aktuallaşdı və əski Müsavat Partiyasına yeni baxışlar meydana gəldi. Bu, bir tərəfdən o dövrdə kütləvi ictimai-siyasi təşkilat olan AXC-nin öz fəaliyyətində müsavatçılığa əsaslanmasında, digər tərəfdən isə konkret olaraq Müsavat Partiyasını Azərbaycanda Bərpa etmək cəhdlərində öz əksini tapırdı. Belə cəhd 1989-cu ildə edilsə də, Türkiyədə fəaliyyət göstərən Müsavat rəhbərliyi tərəfindən Azərbaycanda bu Partiyanı Bərpa etmək istəyən şəxslərə səlahiyyət vermək və ölkə daxilində Partiyaya geniş sosial dəstək qazandırmaq üçün bir müddət vaxt tələb olundu. Partiya 1992-ci ildə Azərbaycanda Bərpa olundu və mərkəz - sağ Partiyası kimi formalaşdı.

[1] Ì.Ñ.Ãîðáà÷åâ. Ïåðåñòðîéêà è íîâîå ìûøëåíèå. Ìîñêâà, 1987, səh.17.

[2] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. Bakı, 1997, səh.5.

[3] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. Bakı, 1997, səh.5-6.

[4] Ì.Ñ. Ãîðáà÷åâ. Ïåðåñòðîéêà è íîâîå ìûøëåíèå. Ìîñêâà, 1987, səh.30.

[5] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. səh.18.

[6] Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - "Varlıq"ın Bəyannaməsi və Proqramı. Bakı, 1988, səh.1.

[7] Yenə orada, səh.3.

[8] Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - "Varlıq"ın Əsasnaməsi, Bakı, 1988, səh.5.

[9] "Qurtuluş" jurnalı, N1, Bakı, 1992. səh.3.

[10] Azərbaycan Xalq Cəbhəsinin 16 iyul 1989-cu il Tə'sis konfransının materialları.- "Qurtuluş" jurnalı, ¹3-4, Bakı,1992, səh.2-4.

[11] Azərbaycan Xalq Cəbhəsinin Proqramı. səh.3-5.

[12] Azərbaycan Xalq Cəbhəsinin bülleteni. ¹3, Bakı, 1989, səh.1.

[13] "Qurtuluş" jurnalı, ¹1, Bakı, 1992, səh.6.

[14] A. Balayev. Azərbaycan Xalq Cəbhəsinin yaranması və fəaliyyəti (1988-1991).-"Qurtuluş" jurnalı, ¹1, Bakı, 1992, səh.8.

[15] "Azadlıq" qəzeti, 29.11.1991.

[16] "Yeni Müsavat" qəzeti, noyabr 1989.

[17] Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ın Məramnaməsi,səh.3.

[18] Yenə orada, səh. 4.

[19] "Yeni Müsavat" qəzeti, iyul 1990.

[20] "Yeni Müsavat" qəzeti, dekabr 1991.

[21] N. Yaqublu. Müsavat Partiyasının tarixi. səh. 269.

[22] "Yeni Müsavat" qəzeti, 199O, N1O-11.

[23] "Azerbaycan" jurnalı, ¹285, Ankara, 1994, səh.32.

[24] "Yeni Müsavat" qəzeti, yanvar 1992.

[25] "Azerbaycan" jurnalı, ¹285, Ankara, 1994, səh.33.

[26] "Yeni Müsavat" qəzeti, 09.07.1992.

[27] "Yeni Müsavat" qəzeti, 02.07.1992.

[28] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[29] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[30] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, Gəncə, 1993, səh.4.

[31] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, səh.5.

[32] Yenə orada, səh.8.

[33] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, səh.10.

[34] Yenə orada, səh.11.

[35] Yenə orada, səh. 21-22.

[36] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[37] Yenə orada.

[38] "Azərbaycan" jurnalı, 288, Ankara, 1992, səh. 15