26.01.2009, 04:40   #204
 
 
: 16.07.2008
: 155
() : 8
30 () 22
: 12



http://www.kitabxana.org/site/index....&page=1&id=332
Məryəm Oruclu,
Azərbaycanda və Mühacirətdə
Müsavat Partiyasının Fəaliyyəti
(1911-1992)


2. Müsavatın Mühacirətdə Fəaliyyəti

Müsavatın Xarici Bürosunun, Azərbaycan Milli Mərkəzinin Yaranması Və Fəaliyyəti

1920-ci ildə Azərbaycanın işğalından sonra xaricə güclü mü*hacir axını başladı. Bu mühacirlərin əsasını sabiq mülkədarlar, sənaye və ticarət burjuaziyası, Milli Ordunun əsgər və zabitləri, nazirlər, parlament üzvləri, yüksək dövlət məmurları, siyasi Partiya üzvləri, müstəqil əqidəyə malik ziyalilar təşkil edirdi. Xaricdəki milli mühacirət iki əsas qrupa bölünürdü: siyasi və qeyri-siyasi mühacirlər[1]. Bu mühacirlərin heç olmazsa siyasi his*səsini mütəşəkkil hala gətirib müəyyən bir təşkilat ətrafında birləşdirmək vacib bir vəzifə kimi qarşıda dururdu.

1920-ci il istilasından sonra xaricə gedən Azərbaycan müha*cirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon və İstanbul şəhərlərində müxtəlif mühacir cəmiyyətləri qurmuş, lakin bu cəmiyyətlər uzun müddət fəaliyyət göstərməmiş və tezliklə öz fəaliyyətlərini dayandırmışdilar. Yalnız Müsavatın görkəm**li nümayəndələrinin, xüsusilə M.Ə.Rəsulzadənin xaricə mü*ha**cirətindən sonra müxtəlif ölkələrdə nizamsız şəkildə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün olmuşdur.

Milli hökumətin süqutundan sonra həbs olunan, sonra isə Stalin tərəfindən azad etdirilib Moskvaya aparilan M.Ə. Rəsulzadə Gizli Müsavat təşkilatının köməyi ilə xaricə mühacirət etməyə məcbur olmuşdu.

Gizli Müsavat təşkilatının sədr müavini Əbdül Vahab Yurd*sevər yazırdı: Müsavatın gizli Mərkəzi Komi*təsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskva*dan qa*çırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.Ə.Rəsulzadə ilə əlaqə yaradılmışdı. M.Ə.Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Lenin*qrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi[2].

M.Ə.Rəsulzadə Finlandiyadan Fransaya, oradan isə 1922-ci ildə Türkiyəyə gələrək birinci növbədə Müsavatın Xarici Bürosunu təşkil etmiş və 1923-cü ilin iyunundan etibarən Yeni Qafqasya məcmuəsini təsis etmişdir. Əsasən Müsavatın mühacirətdəki üzvlərindən təşkil olunmuş Xarici Bürodan əlavə yeni bir təşkilatın yaradılması vacib bir məsələ kimi qarşıda dururdu. Belə ki, bu dövrdə Azərbaycan mühacirlərinin xeyli hissəsini heç bir siyasi mənsubiyyəti olmayan və müxtəlif təbəqələrə mənsub olan adamlar təşkil edirdi. Bu qisim mühacirləri Azərbaycanın istiqlalı uğrunda mübarizə ideyası ətrafında birləşdirmək və müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanliların bir mərkəzdən idarə olunması zərurəti mey*dana çıxırdı. Bu zərurəti dərk edərək M.Ə.Rəsulzadə 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzini (AMM) yaratmış və bu mərkəzdə Müsavat Partiyasından olmayan şəxslərlə birlikdə milli mübarizəni davam etdirmişdir.

Azərbaycan Milli Mərkəzi Türkiyədə qeyri-leqal fəaliyyət göstərərək öz ətrafında türkçü meylli ziyaliları birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsi ittihadçı və müsavatçılardan təşkil olunmuşdu. Buraya M.Ə. Rəsulzadə, X. Xasməmmədov, M. Vəkilov, Ə. Əmircanov, Ə. Şeyxülislamov daxil idilər. Əmircanov və Şeyxülislamov AMM-in rəhbərliyində olmalarına baxmayaraq, onlar İstanbulda olan ittihadçilara yaxınlaşmağa çalışırdılar[3]. Bununla əlaqədar olaraq, siyasi mühacirətin vahid bir təşkilat ətrafında birləşməsi prosesi ləng gedirdi. Azərbaycan Milli Mərkəzi bir tərəfdən təşkilatlanmağa, digər tərəfdən isə Azərbaycanda cərəyan edən faciələri türk və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyata başlamışdı. Azərbaycan Milli Mərkəzinin sədri M.Ə.Rəsulzadə Milli Mərkəzin Türkiyə, İran və Avropadakı çeşidli fəaliyyətlərindən təmsilçilik quraraq fəaliyyətə keçirmişdir[4]. Milli Mərkəzin əsas məqsədi Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və müstəqil milli Azərbaycan dövlətinin yaradılmasından ibarət olmuşdur. AMM Qafqazın Müstəqilliyi Ko*mitəsi ilə və Milli Əks-inqilabçiların ZaQafqaziya Birliyi Komi*təsi ilə güclü əlaqələr qura bilmişdi. Azərbaycan Milli Mərkəzi Müsavatın Xarici Bürosu ilə sıx əlaqədə fəaliyyət göstərirdi[5].

Müsavatın Xarici Bürosu ilk vaxtlar Partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda öz komitələrini yara*daraq geniş fəaliyyətə keçmişdi. Xarici Büro İstanbulda fəaliyyət göstərirdi. Onun sədri M.Ə.Rəsulzadə, katibi M.B.Məmməd*za*də, xəzinədarı X.Xasməmmədov olmuşdur. Onların hər üçü Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büronun üzv*ləri Şəfi Rüstəmbəyli və Mustafa Vəkilov Rəyasət Heyətinin üzv**ləri ilə birlikdə Xarici Büronun İcraiyyə orqanına daxil idilər ki, bunları da beşlik adlandırırdılar. Məmməd Sadıq Axundzadə və Ab*bas*qulu Kazımzadə Büronun üzvləri kimi fəaliyyət göstərirdilər. İs*tan*bulda Müsavatın digər fəal üzvləri Həsən Fət*tahov, Əmirxan Xan Xoyski, Həmdi Qaraağazadə, Məşədi Əli Rə*****fiyev, Məmməd Ağaoğlu, Mirzə Hacızadə, Səlim Ağasibəyov, Ka**mal Qənizadə, Həsən İbrahimzadə və başqaları fəaliyyət gös*tərirdilər[6]. Xarici Büro konspirasiya məqsədi ilə büro üzv*lərinin bir-*birlərindən Azərbaycandakı gizli təşkilatlar haqqında heç nə soruşmaması haqqında qərar çıxarmışdı[7]. Xarici Bü*ronun Maliyyə ko*mis**siyasına əvvəlcə M.Ə.Rəsulzadə, sonra isə M.Ə.Rəfiyev rəh*bərlik edirdi. Xarici Büronun daxilində maliyyə məsələləri ilə əlaqədar olaraq mübahisələr olduğundan komis*siyaya 1925-ci ilin dekabrından Ş.Rüstəmbəylinin rəhbərlik etməsi qərara alındı[8].

Bu dövrdə İstanbulda Müsavatın üzvü Azəri-türk jurnalının redaktoru Məmməd Sadıq Axundzadənin sədrliyi ilə yaradılmış Azərbaycan Gənclər Birliyi (AGB) də fəaliyyət göstərirdi. Gənclər təşkilatının işində Azərbaycan Milli Mərkəzinin və Müsavatın Xarici Bürosunun üzvləri Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkilov və Şeyxülislamov da iştirak edirdilər. Birliyin yaradılma*sında əsas məqsəd gəncləri təşkilatlandırmaq, onların milli vətən**pərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, həmçinin birlik üzvlərindən ehtiyacı olanlara maddi yardım göstərməkdən ibarət olmuşdur. Birliyin yerləşdiyi Azəri-türk jurnalının redaksiyasında hər həftənin beşinci günü ümumi yığıncaqlar keçirilir və burada müxtəlif siyasi mövzular müzakirə edilirdi. Redaksiya Müsavatın üzvləri üçün klub rolunu oynayırdı. Türkiyə qanunlarına əsasən, siyasi Partiyaların fəaliyyətinə icazə verilmədiyinə görə burada öz iclaslarını keçirən Müsavatın özü üçün Gənclər Birliyi həm də himayədar rolunu oynayırdı[9]. Eyni za*manda bu dövrdə Müsavatın Səməd Muradov, Nəsrulla Aşurbəyov və Nağı Şeyxzamanovun daxil olduğu Trabzon, Məmməd Əli Əfəndizadənin sədri olduğu Qars, Mustafa Vəkilovun qohumu Yasinin rəhbərlik etdiyi Amasiya, Azərbaycanın Batum*dakı sabiq konsulu doktor Əfəndiyevin daxil olduğu Smirna komi*tələri fəaliyyət göstərirdi.İlk vaxtlar müsavatçılara Türk ocaqları və onun başqanı, Türkiyənin maarif naziri Həmdullah Sübhi Tanrıövər yardım edirdi[10].

Bu dövrdə Partiyanın İranda da komitələri fəaliyyət göstərirdi. Cəfər Cəfərovun sədri olduğu Müstəqil Azərbaycan Tehran komitəsi Məmməd Əli Rəsulzadə və Qulam Şərifov da daxil olmaqla üç nəfərdən ibarət idi. Rəşt və Ənzəli təşkilatları Tehran komitəsinə tabe idilər. Eyni zamanda burada Ərdəbil və Astara təşkilatlarının tabe olduğu Teymur bəy Məlikaslanovun sədrliyi ilə Müstəqil Azərbaycan Təbriz komitəsi də fəaliyyət göstərirdi. Bu Komitəyə, o cümlədən Ağa Zeynal Məmmədov, Məmməd Sadıq Quliyev də daxil idilər. M.Quliyev Partiyanın Xarici Bürosunun qərarı ilə Ərdəbildən Təbrizə göndərilmişdi[11].

Beləliklə, istiqlalın itirilməsindən sonra Türkiyə, İran, Fransa və Polşada məskunlaşan Azərbaycan mühacirləri bolşevizmə qarşı mübarizəni davam etdirərək, siyasi və tarixi ədəbiyyat nəşr etdirib yayır və Azərbaycandakı Müsavat təşkilatlarına müntəzəm olaraq təlimatlar göndərirdilər. Qeyd etmək lazımdır ki, bu dövrdə Türkiyə SSRİ ilə öz təhlükəsizliyi xatirinə dostluq münasibətlərində olduğundan mühacirlər əsasən Avropa döv*lətlərinin yardı*mına arxalanırdılar.
Xaricdə məskunlaşan istiqlalçı mühacir təşkilatlarının əlaqələrinin güclənməsi nəticəsində Prometey, Qafqazın Müstəqilliyi Komitəsi və Qafqaz Konfederasiyası kimi mütəşəkkil təşkilatlar yaradılmışdı. Bu təşkilatlar rus olmayan millətlərin siyasi mübarizəsinin istiqamətləndirilməsində mühüm rol oynamışlar. Pro*metey təşkilatı Müsavatın lideri M.Ə.Rəsulzadənin təşəbbüsü və Polşa hökumətinin köməyi ilə 1926-cı ildə Parisdə yaradılmışdır[12]. Prometey təşkilatına aşağıdakı ölkələrin mü**hacir təşkilatları daxil idi: Ukrayna (Şulqin), Azərbaycan (M.Ə.Rəsulzadə, M.Mehdiyev), Gürcüstan (N.Jordaniya, Q.Qvazova), Türküstan (Çokayev), Dağlilar (M.Sunşev, Xurşilov, Şakmanov), Azad Kazaklar, Karel-Mordvillər, Krım (Seyid Əhmədov) və b. Təşkilata ümumi rəhbərliyi Şakmanov həyata keçirirdi. Prome*tey təşkilatının İstanbulda böyük bir filialı fəaliyyət göstərirdi. Bu filiala müxtəlif millətlərin nümayəndələrindən M.Saxoyev, Seyid Əhmədov, Osman Xoca, M. Vəkilov, Murski və b. daxil idi. Q.Qvazavanın rəhbərliyi altında təşkilatın Prometey adlı jurnalı nəşr olunurdu. M.Ə. Rəsulzadə jurnalda müntəzəm olaraq yazilar, məqalələr dərc etdirirdi. Erməni mühacirləri bu təşkilatda fəaliyyət göstərməkdən imtina etmişlər[13].

Qeyd etmək lazımdır ki, Avropa dövlətlərinin yardımına arxalanaraq, Müsavat Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlaldan sonra Qafqaz işlərini aparacaq Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Bolşeviklərə qarşı vahid blok yaratmaq məqsədi güdən Qafqaz Konfederasiyası sazişi 1934-cü ildə Brüsseldə imzalanmışdır[14]. Sazişi Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə və Ə.M. Topçu*başı, Şimali Qafqaz tərəfindən M.Q.Sunşev, İbrahim Çumşov, Tausul*tan Şakman, Gürcüstan tərəfindən Noy Jordaniya və Gürcüstanın Parisdə səfiri olmuş A.Çxenkeli imzalamışlar. Ermənistan Qafqaz Konfederasiyası Şurasına daxil olmaqdan imtina etmişdi[15]. Qafqaz Konfederasiyası Şurası üç+bir prinsipi ilə yaradılmışdı: Azərbaycan, Gürcüstan, Dağlilar+Polşa. Polşa Şuranın üzvlərinin fəaliyyətini əlaqələndirir və onlara maliyyə yardımı göstərirdi. Təşkilatda hərbi, mətbuat, hüquq şöbələri fəaliyyət göstərirdi. Eyni zamanda burada operativ işləri həyata keçirmək üçün M.Q.Sunşev, İ.Salamoda və M. Mehdiyevdən ibarət üçlük mövcud olmuşdur[16].

Qeyd edək ki, xaricdə məskunlaşmağa məcbur olmuş müha*cirləri birləşdirən bu təşkilatlar Rusiyada bolşevizmə qarşı mübarizədə xalqların fəaliyyətini istiqamətləndirir və onları milli istiqlal uğrunda mübarizəyə hazırlayırdı. Bu məqsədlə Sovet Rusiyasında gizli fəaliyyət göstərən istiqlalçı təşkilatlarla əlaqələr yaradılır, onlara qəzet, jurnal, siyasi ədəbiyyat və təlimatlar göndərilirdi.
Mühacirət həyatında M.Ə.Rəsulzadənin direktivi ilə 1923-1928-ci illərdə Yeni Qafqasya, 1928-ci ildə Azəri türk, 1929-1931-ci illərdə Odlu Yurd, 1930-1931-ci illərdə Bildiriş jurnal və qəzetləri nəşr edilmişdir. O cümlədən 1934-cü ilin axırlarından etibarən aylıq Qurtuluş məcmuəsi, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə türkcə, almanca, fransızca, rusca, farsca müxtəlif kitab, bəyannamə və məqalələr, Müsavatın maddi və mənəvi yardımı ilə İstanbulda Azərbaycan Yurd Bilgisi adı altında aylıq elmi bir məcmuə nəşr olunmuşdur. Partiya orqanı olaraq fransız dilində Azərbaycan və türkcə Müsavat adlı bülleten təsis edilmişdi[17].

M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Müsavatın xaricdə fəaliyyətinin xeyli genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Azərbaycanda ÇK-nın beşillik fəaliyyətindən bəhs edən Bağırov Müsavatın xaricdəki fəaliyyəti üzərində dayanaraq göstərirdi: Azərbaycanın əks-inqilabçiları M.Ə.Rəsulzadənin ətrafına toplanaraq öz irticaçı fəaliyyətlərinə başlamışlar. Onlar fürsət düşdükcə fəhlə-kəndli Şura hökumətinə zərər vurmağa çalışırlar[18]. 1925-ci ildə Sovet İt*tifaqının xarici işlər komissarı Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayında etdiyi çıxışında göstərirdi: Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətinin gücləndiyini qeyd etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə olan intriqalara etiraz etmişik və buna, nəhayət, xitam verilməsini tələb etmişik[19].

Bu dövrdə beynəlxalq aləmdə Türkiyənin vəziyyətinin pis olması və böyük imperialist dövlətləri tərəfindən təzyiqlərin artması Türkiyəni eyni vəziyyətdə olan Sovet İttifaqı ilə yaxınlaşdırırdı. Onlar ümumi düşmənə qarşı mübarizədə bir-birlərinə müttəfiq kimi baxırdılar. 1921-ci ildə Moskvada RSFSR-lə Türkiyə arasında dostluq haqqında, 1925-ci ildə isə Sovet İttifaqı ilə Türkiyə arasında üç il müddətinə hücum etməmək və neytrallıq haqqında imzalanan müqavilələr bunun nəticəsi olaraq meydana çıxdı[20]. Sovet İttifaqının təsiri ilə Türkiyənin müsavatçılara təzyiqləri artır və nəticədə onların fəaliyyəti xeyli məhdud*laşırdı. 1927-ci ildə Türkiyə hökuməti Yeni Qafqasyanın nəşrini qadağan etdi və Azərbaycan Milli Mərkəzinə göstərdiyi yardımı dayandırdı. Türkiyə ilə Sovet İttifaqı arasında bağlanan sazişin gizli bir hissəsinə əsasən, 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Azərbaycan mühacirlərini Polşa hökuməti böyük həvəslə qəbul etdi. Müsavatın lideri M.Ə.Rəsulzadə dost bir ölkənin rəhbəri kimi himayəyə alındı[21].

Arxiv materiallarından aydın olur ki, Müsavatın Xarici Bürosunun İranda yaradılmış Tehran və Təbriz komitələri geniş antisovet fəaliyyət göstərərək, Sovet hökumətinə qarşı istiqlal mübarizəsi aparmışlar. Bu dövrdə İrandakı müsavatçılar içərisində fars və türk təmayülləri arasında mübarizə müşahidə olunurdu. Fars meylli qüvvələrə parlamentin sabiq üzvü, molla Mirzə Səlim Axundzadə rəhbərlik edirdi. Mirzə Səlim Axundza*dənin arxasında rəsmi olaraq İran hökumətinin yerli nümayəndələri dayanırdılar. Onlar fars təmayüllü qüvvələrin təsir dairəsini genişləndirmək məqsədi ilə bu qüvvələrə maddi kömək göstərirdilər. Türk təmayüllü qüvvələrə isə Məmməd Sadıq Quliyev rəh*bərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.S.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olunmuşdu. O, burada öz ətrafına ideyalı müsavatçıları toplamışdı. Mirzə Səlim Axundzadədən fərqli olaraq, M.S.Quliyev Xarici Büronun köməyindən istifadə edirdi[22]. 1933-1934-cü illərdən etibarən, fars təmayüllü qrup Zülqədərovun rəhbərliyi al*tında fəaliyyət göstərirdi.Qrup daha çox müstəqil fəaliyyət gös*tərməyə çalışır və Müsavatın adını dəyişərək Milli İstiqlal sözü ilə əvəz etmək təşəbbüsü ilə çıxış edirdi. Zül*qədərov qrupu bunu Müsavat sözünün Azərbaycanda gözdən salınması ilə əlaqələndirirdi[23]. Bununla Xarici Büro İrandakı Təbriz və Ərdəbil komitələri vasitəsilə yerli təşkilatlara konkret direk*tivlər göndərərək, onların Sovet hökumətinə qarşı mübarizə əzmini qoruyub saxlamağa çalışırdı.

Müsavatın Xarici Bürosu və AMM müxtəlif ölkələrə səpələnmiş Azərbaycan siyasi mühacirətinin bir mərkəzdən idarə olunma*sına çalışırdı və bu istiqamətdə fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan mühacirətinin İstanbul qrupu (M.Ə.Rəsulzadə) ilə Paris qrupu (Ə.Topçubaşı, C.Hacıbəyli, Ə. Şeyxülislamov) ara*sında müəyyən narazılıq və soyuqluq nəzərə çarpırdı. Belə ki, Paris qrupu özünü Azərbaycanın əsas təmsilçisi hesab edərək, daha çox müstəqil fəaliyyətə üstünlük verirdi. Bununla əlaqədar M. Ə. Rəsulzadə 1928-ci ildə Parisə gedərək qrupun nümayəndələri ilə görüşmüş və bir mərkəzdən idarə olunma prinsipinin zəruriliyinə onları inandıra bilmişdi. Nəticədə Paris qrupu hər cəhətcə özünün tabe bir müəssisə halında Milli Mərkəzin ən böyük və hakim milli müəssisəsi olduğu qərarına gəldi[24].

1931-1932-ci illərdən sonra Azərbaycanın daxilində və xaricində Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Bu, bir tərəfdən Azərbaycan Dövlət Siyasi İdarəsinin müntəzəm olaraq keçirdiyi həbslər və sürgünlərlə, digər tərəfdən isə Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilində mövcud olan fikir ayrılığı və ixtilafların dərinləşməsi ilə əlaqədar idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri M.Ə.Rəsulzadəyə müxalifət mövqeyində dayanırdı. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini ləngidirdi. Narazılığı ara*dan qaldırmaq məqsədilə 1928-ci ildə Partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı Partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Lakin əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdığına görə Ş. Rüstəmbəyli, X. Xasməmmədov, M. Sadıq İstanbul təşkilatından xaric edildilər[25]. Ş. Rüstəmbəylinin yazdığına görə, firqəçilərdən bir qrupu da onlara qoşularaq ayrıldı[26]. Lakin tezliklə bir neçə nüfuzlu şəxsin barışdırıcılıq mövqeyi nəticəsində Partiyada parçalanmanın qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi formal olaraq Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçürülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilirdi. Arxiv materiallarından aydın olur ki, əslində bu mübarizə Partiyaya rəh*bərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Qruplar arasında getdikcə güclənən mübarizə 1934-cü ildə Partiyadan bir qrupun xaric edilməsinə gətirib çıxardı. M.Ə.Rəsulzadə isə bu barədə yazırdı: Şəfibəy*çilik kənardan belə təsəvvür yaradırdı ki, guya Müsavat artıq parçalanmış, bir tərəfdə Müsavat, digər tərəfdə isə Ədəmi-Mərkəziyyət qalmışdır[27].

1934-cü ildə Şəfi bəy Rüstəmbəyli Azərbaycan millətçilərinin sənədlərini SSRİ-də yaşayan qardaşına ötürməkdə günahlandırılaraq Partiyadan xaric edildi. Buna cavab olaraq Ş.Rüstəmbəyli Azərbaycan Milli Mərkəzinin və Müsavatın lideri M.Ə. Rəsulzadənin ünvanına təhqir xarakterli məktub göndərdi[28]. Eyni zamanda, Ş. Rüstəmbəyli 1934-cü ildə Yıxılan bütlər, yenə həmin ildə N. Şeyxzamanlı Biz və onlar kitablarını nəşr etdirərək, Partiya liderinə böhtan xarakterli ittihamlar irəli sürdülər. Bu ittihamlara qarşı M.Ə.Rəsulzadə 1934-cü ildə Şəfibəyçilik kita*bı*nı yazaraq, şəfibəyçiliyi Milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalar kimi qiymətləndirdi[29].

Müsavatçılar SSRİ-nin təkidi və tələbi ilə Türkiyəni tərk etdikdən sonra Türkiyə hökumətinin qərarı ilə İstanbulda nəşr olunan Odlu Yurd, Azəri Türk, Bildiriş , Yeni Türküstan məcmuə və qəzetləri bağlandı. M.Ə.Rəsulzadə 1932-ci ilin yanvarın 10-da Berlində nəşr etdirdiyi İstiqlal qəzetində bu münasibətlə Qısılmayan bir səs adlı məqalə dərc etdirdi. Məqalədə M.Ə.Rəsulzadə göstərirdi ki, Türkiyə taktikasının dəyişəcəyinə intizarən Azərbaycan milli hərəkatının səsi, təbii olaraq qısıq qala bilməz. Berlində çıxan bu qəzet İstanbulda bağlanan qəzet və məcmuələrin gördükləri vəzifəni davam etdirməyə mükəlləfdir[30].

Arxiv materiallarından aydın olur ki, Polşa Baş Qərargahının II şöbəsi Müsavat Partiyasını və onun mətbuat orqanlarını maliyyələşdirmişdir. Bu kömək nəticəsində Partiya rəhbərləri təşkilatın işini qurmuş və hətta gənc şagirdlər üçün təqaüd təyin etmişdilər[31].

1936-cı ilin avqustunda Varşavada Milli Müsavat Xalq Partiyasının konfransı keçirildi[32]. Konfrans ilk olaraq katib və üç nə*fərdən ibarət Mandat komissiyası seçmiş, eyni zamanda iclasları və çıxışları tənzim edən reqlament qəbul etmişdi.

Konfransın ikinci iclasında M.Ə.Rəsulzadə Milli Hərəkatda Partiya mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, Partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini qeyd etdi.

Konfrans Partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək ilk növbədə Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəyli haqqında vaxtı ilə Partiya rəhbərliyinin çıxardığı Partiyadan xaric edilmə qərarını təsdiq etdi. Sonra isə Partiya liderini təhqir etmiş Nağı Şeyxzamanlı, Xəlil Xasməmmədli və Səlim Ağasıbəyli Partiya sıralarından xaric edildilər[33].

Konfrans Partiyanın 7 nəfərdən ibarət Divanını seçdi. Partiya liderlərinin təklifi ilə sonradan daha iki nəfərin Divan üzvlüyünə cəlb edilə bilməsi haqqında qərar qəbul edildi[34].

Partiyanın lideri M.Ə.Rəsulzadə Müsavatın proq*ramında dəyişikliklər edilməsi zərurətini qeyd etdi. Partiyanın əvvəlki proqramının qəbulundan keçən müddət ərzində milli və beynəlxalq sahədə baş verən fövqəladə hadisələri özündə əks etdirən Yeni Proqram Əsasları konfransda müzakirə edilərək qəbul edildi. Yeni Proqram Əsasları 1917-ci il proq*ramından Partiyanın məqsədlərini daha aydın ifadə etməsi ilə fərqlənirdi.

Partiya 1917-ci ildə qəbul edilmiş proqramında Rusiya daxilində federativ dövlət qurumunun yaradılmasını önə çəkirsə, yeni proqramda demokratik prinsiplərə əsaslanan müstəqil Azərbaycan dövlətinin yaradılmasını əsas götürür.

1917-ci il proqramında Müsavat Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz etməz tezisi ilə çıxış edirdi. Yeni proqramda bu tezis təkmilləşdirilərək Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtula*caq, qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır şəklində ifadə olunmuşdur[35]. Yeni Proqram Əsaslarında müsavatçılığın böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyindən ibarət olduğu göstərilir[36]. Özünün birinci proqramında millətin siniflərdən ibarət olduğunu və Müsavatın zəhmətkeş xalqın mənafeyini müdafiə etdiyini bildirən Müsavat Yeni Proqram Əsaslarında daha mükəmməl olan Milli Təsanüd nəzəriyyəsini irəli sürür. Milli Təsanüd fərdlə ümumi mənafelərinin uzlaşdırılması, hər cür sinif və zümrə hakimiyyətinin rədd edilməsi haqqında nəzəriyyədir. Proqramda göstərilir: Müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə hakimiyyətini rədd edər[37].

Yeni Proqram Əsasları sözdə sülhpərvər cildə girən Sovet hökumətinin iç üzünü həm daxildə, həm də xaricdə hər cür vasitə ilə açıb göstərir, bolşevizm əleyhinə olan beynəlxalq təşkilatlarla əlaqə yaradıb Azərbaycanın istiqlal mübarizəsini bütün dünyada beynəlmiləl məsələ səviyyəsinə qaldırmağın zəruriliyini qeyd edir. Eyni zamanda Milli İstiqlalı Bərpa etmək və onu hər cür təhlükələrdən qorumaq üçün siyasi müqəddəratları eyni olan Qafqaz xalqları ilə konfederativ əsasda bağlılığın vacibliyi gös*tərilir. Varşava konfransı müsavatçılığın ideoloji cəhətdən dol*ğunlaşmasında və Partiya daxilindəki ixtilafların aradan qaldırılma*sında mühüm rol oynadı. Belə ki, 1936-cı il konfransından sonra Partiya daxilində ixtilafların olması ilə bağlı heç bir fakt yoxdur.

Araşdırmalar göstərir ki, Aprel işğalından sonra Müsavat Türkiyə, İran, Fransa və Polşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətra*fında birləşdirməyə çalışmış və buna nail olmuşdur. Müha*cirətdə Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi yaradılmış və Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütə*şəkkil mübarizəsi təmin edilmişdir. Partiyanın Xarici Bürosu və AMM Azərbaycandakı Gizli Müsavat Təşkilatı ilə əlaqələr yara*daraq ona təlimatlar göndərmiş və təşkilatın Sovet hakimiyyətinə qarşı mübarizəsini istiqamətləndirmişdir. Eyni zamanda Partiya bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak etmişdir.

Mühacirət həyatının çətinliklərinə baxmayaraq, Müsavat öz konfransını keçirmiş və Azərbaycanın müstəqilliyinin Bərpasını qarşısına əsas məqsəd qoyan yeni proqramını qəbul etmişdir. Partiya rəhbərliyi Partiyadaxili ixtilafları aradan qaldırmağa nail olaraq, müxtəlif ölkələrdə yaradılmış komitələrin fəaliyyətini əlaqələndirmək missiyasının öhdəsindən gələ bilmişdir.

[1] M. B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 163.

[2] Ə.V. Yurtsever. Gizli "Müsavat" teşkilatının harakteristikk vazıfaları. səh.18.

[3] ASPİHDA, f. 1, siyahı85, iş 656, v. 33.

[4] A. Karaca. "Azerbaycan milli kurtuluş haraketinin mühaciret hayatından". -"Azerbaycan" jurnalı, sayı 282, səh. 68.

[5] X.İbrahimli., R.Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", ¹1(5),Bakı,1993, səh.7.

[6] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.21.

[7] ASPİHDA, f. 1, siyahı 85, iş 745, v. 36.

[8] X. İbrahimli. Azərbaycan siyasi mühacirəti. Bakı, 1996, s. 108.

[9] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.22-23.

[10] ASPİHDA, f. 1, siyahı 85, iş 462, v. 597.

[11] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.23-24.

[12] Mühlen, Patrik Von zuz.Camalihac ile Kızıyıldız arasında. Ankara,1984,səh.20.

[13] Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi (AMTN), f.7,siyahı 2, iş 344, v.5

[14] Yenə orada, f.7, siyahı1, iş168, v.22.

[15] A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış. səh. 69.

[16] X. İbrahimli., R. Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", 1(5), Bakı,1993, səh. 8-9.

[17] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 182.

[18] "Kommunist" qəzeti, 07.06.1925.

[19] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 175.

[20] Èñòîðèÿ ìåəäóíàðîäíûõ îòíîøåíèé è âíåøíåé ïîëèòèêè ÑÑÑÐ. Ò.1,Ì.,1986, səh.93.

[21] A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış, səh.23.

[22] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi. f.1, siyahı19, iş 8923, v.2-3.

[23] AMTN arxivi, Azərbaycan Dövlət Siyasi İdarəsinin məxfi-siyasi şöbəsinin məruzəsi. f. 308, siyahı 19, iş 9, v. 47.

[24] M. E. Resulzade. Şefibeyçilik. Varşava, 1934, səh. 24.

[25] M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh 24.

[26] Ş.Rüstembeyli. Yıkılan putlar. İstanbul, 1934, səh. 29.

[27] M. E.Resulzade. Şefibəyçilik. Varşava,1934, səh 64.

[28] AMTN arxivi, f. 7, siyahı 1, iş 1241, v. 125-127.

[29] M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh. 3.

[30] A. Karaca. Azerbaycanın yakın tarihinə kısa bir bakış. səh.24.

[31] AMTN arxivi, f. 416, siyahı 1, iş 321, v.104.

[32] AMTN arxivi, siyahı 2, iş 78, v.3.

[33] "Müsavat bülteni", N1, Varşava, 1936, səh. 6.

[34] Yenə orada, səh. 7.

[35] "Müsavat bülteni", N 1, Varşava, 1936, səh. 5.

[36] Yenə orada, səh. 9.

[37] Yenə orada, səh. 5.