26.01.2009, 03:10   #192
 
   -
 
: 07.03.2007
: 10,235
() : 1,088
2,198 () 1,381
: 114
 -



:
Pan
:
Pan
Müsavat Partiyası: Ölkədə və Mühacirətdə (1911-1940) - I
Müsavat Partiyası: Ölkədə və Mühacirətdə (1940-1992) - II

"" 1934-.
, .

+++++++++++++++++++++++


Məhəməd Əmin Rəsulzad




Azərbaycan Beynəlxalq Universiteti, Maliyyə-Kredit fakultəsi, I kurs tələbəsi Sadiqov Qurban




1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, ADR-in süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), Müsavat Partiyasının Xarici Bürosunu yaratdı və Müsavatın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə Prometey təşkilatı yaradıldı. Promotey sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. 1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti, Əsrimizin Səyavuşu, İstiqlal məfkurəsi və gənclik kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstanbulda Yeni Qafqaziya jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi, Millət və Bolşevizm və Qafqasya türkləri kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə Azəri türkü (1928-1931), sonra isə Odlu yurdu (1929-1930) jurnalları və həftəlik Bildiriş (1929-1931) qəzeti də nəşr edilməkdə idi. O, 1931-ci ildə sovet hökümətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. 1932-ci ildə Rəsulzadənin siyasi fəaliyyətinin Polşa dövrü başladı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada Müsavatın qurultay səlahiyyətli konfransını keçirdi. M.Ə.Rəsulzadə konfransda Milli hərəkatda Firqə mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, şəxslər müvəqqəti, ideologiya əbədidir tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Ruminiyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək məqsədilə Milli Azərbaycan Komitəsini yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə alınmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı Azərbaycan Demokrat Birliyi cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı Türkiyə-Azərbaycan cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Kofransında iştirak etdi. Konransın qərarına əsasən, Azərbaycan, Gürcüstan, və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək ADR-in yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də Amerikanın səsi radiosu ilə Azərbaycan xalqına müraciət etdi.
M.Ə.Rəsulzadə mühacirətdə olduğu dövrdə siyasi fəaliyyətlə yanaşı ədəbi fəaliyyətini də davam etdirmişdir. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində Azərbaycan və istiqlaliyyəti və rus dilində Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm kitabları çap olundu. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən İstiqlal (1932-1934) qəzeti və Qurtuluş (1934-1938) jurnalı çap edilirdi. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan Azərbaycan respublikası haqqında bəzi qeydlər adlı kitabı da böyük maraq doğurur. Onun 1936-cı ildə Berlində Çağdaş Azərbaycan ədəbiyyatı məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində Azərbaycan problemi və 1939-cu ildə Varşavada polyak dilində çıxmış Azərbaycanın hüriyyət savaşı kitablarının adlarını çəkməmək olmaz. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş İslam-türk ensiklopediyasının 1-ci cildində Azərbaycan ləhcəsi adlı məqaləsi dərc edilmişdir. M.Ə.Rəsulzadənin 1949-cu ildə Ankarada Azərbaycanın kültür kələnkləri adlı kitabı işıq üzü görmüşdür. Onun Çağdaş Azərbaycan ədəbiyyatı (1950-ci il) və Çağdaş Azərbaycan tarixi (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada Azərbaycan şairi Nizami adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan Ukrayna toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində Azərbaycan Respublikası məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, Türk tarix qurumu və Türk dili qurumu ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan Azərbaycan jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, 2-ci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan Qafqaz (1932-1938) və fransızca buraxılan Prometey (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan M.Ə.Rəsulzadə, Yalvac oğlu, Məhəmməd Əmin, M.Əlif Rəsulzadə və s. qeyd etmək olar.
Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ömrünün sonunadək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir.
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə Azərbaycan Azərbaycan Azərbaycan deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan S.H. Tağızadə Sühən jurnalında yazırdı: Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir[FONT='Times New Roman','serif'][1][/font].
1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada M.Ə.Rəsulzadənin Milli təsanüd (Milli həmrəylik) adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə Əsrimizin Səyavuşu və 1990-cı ildə isə Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyük oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin Əsrimizin Səyavuşu[FONT='Times New Roman','serif'][2][/font], Çağdaş Azərbaycan ədəbiyyatı və Çağdaş Azərbaycan tarixi[FONT='Times New Roman','serif'][3][/font] əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.


[FONT='Times New Roman','serif'][1][/font] (Sühən jurnalı, Tehran, 4, 1955-ci il)

[FONT='Times New Roman','serif'][2][/font] (Türk dilindən tərcümə edən Mayis Əlizadə)

[FONT='Times New Roman','serif'][3][/font] (Hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əlioğludur)


 -