Показать сообщение отдельно
Старый 27.11.2008, 15:34   #1109
Местный
 
Аватар для Prosecutor
 
Регистрация: 16.08.2006
Сообщений: 4,414
Сказал(а) спасибо: 368
Поблагодарили 457 раз(а) в 305 сообщениях
Вес репутации: 58
Prosecutor на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Хикмет муаллим, как бы вы прокоментировали следующую новость?

www.musavat.com

GİZLİ İQTİDAR-MÜXALİFƏT DANIŞIQLARI GEDİR

Qarabağ məsələsi ölkədə yeni şərait yaradıb

Hakimiyyət siyasi opponentlərinə güzəşt vəd edir, onun dəstəyini istəyir; prezident seçilməyə qoyulan senz də müzakirə predmetidir.

“Hakimiyyət dairələri ilə müxalifətin bəzi aparıcı siyasi təşkilatlarının rəhbərləri arasında həddən artıq konfidensial şəraitdə sıx təmaslar başlayıb. Hazırda tərəflər arasında bir neçə vacib məsələ ətrafında ciddi danışıqlar gedir. Müzakirə predmeti olan məsələlərin siyahısı elə də geniş deyil. Amma bu məsələlər ölkənin, dövlətin və millətin gələcəyi baxımından çox ciddi əhəmiyyətə malik olan mövzularla bağlıdır. Söhbət ilk növbədə Qarabağ məsələsindən gedir. Danışıqların baş tutması, yəni müxalifətin bu təmaslara etiraz etməməsi də əslində elə bununla bağlıdır”.

Bu barədə hakimiyyətə yaxın çevrələrdən məlumat əldə etmişik. Mötəbərliyinə əmin olduğumuz qaynağımızın sözlərinə görə, danışıqlar prosesinə qatılan personalar da ölkənin siyasi piramidasında ən yuxarı səviyyələri təmsil edirlər. Bu isə həm sözügedən kontaktların ciddiyyətini, həm də müzakirə olunan məsələlərin əhəmiyyətini göstərən dəlildir.

Qaynağımızın verdiyi bilgiyə görə, iqtidar-müxalifət danışıqlarının başlanması təşəbbüsü birincilərdən gəlib. “Hakimiyyətin bu jesti səbəbsiz deyil. Qarabağ məsələsinin həlli üçün aparılan 14 illik uzun danışıqlar ”tuneli"nin sonunda indi bir işıq görünməyə başlayıb. Çox böyük ehtimalla, yaxın vaxtlarda, hətta qarşıdakı aylarda Qarabağ məsələsində ciddi bir dönüşün baş verməsi mümkün olacaq. Bunu danışıqlar prosesinin gedişindən və vasitəçi dövlətlərin, ilk növbədə isə Rusiya və ABŞ-ın tutduğu mövqeyin mahiyyətindən də sezmək olar." Fakt budur ki, superdövlətlər Azərbaycanı və Ermənistanı hansı formada olmasından, kimin daha çox güzəştə gedib-getməyəcəyindən asılı olmayaraq nəsə bir anlaşmaya və ya kompromisə mütləq nail olmağa təhrik edir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Sərkisyan 50 partiyanın iştirakı ilə Qarabağ məsələsinin ictimai müzakirəsini təşkil etdi. Azərbaycanda isə bu məsələyə daha ciddi önəm verirlər; proses hələlik gizli aparılır; nəticələr əldə edilsə, açığa da çıxacaq. Əksəriyyət belə düşünür ki, əgər Qarabağa dair anlaşma baş tutsa, ən çox Azərbaycan güzəştə getməlidir. Belə bir vəziyyətdə tamamilə mümkündür ki, Azərbaycan iqtidarı həmin güzəştin və digər ümummilli qərarların məsuliyyət yükünü müxalifətlə də paylaşmaq istəyir.

Bu konteksdə Türkiyənin də fəallaşmasını və Türkiyə-Ermənistan münasibətlərində ciddi hərəkətliliyin yaranmasını yada salsaq, prosesin nə dərəcədə irəli getməsi barədə təxmini təsəvvür əldə etmiş olarıq.

Əlbəttə ki, heç də iddia etmək olmaz ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı de-yure ermənilərə verir. Əslində iqtidarımız düşünür ki, baş verənlər Dağlıq Qarabağ və işğal altındakı digər torpaqların geri qaytarılması prosesidir. Sadəcə manevr edib, müəyyən güzəştlərə (referendum yolu ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və sairə - red.) gedərək erməniləri aldatmaq, daha sonrakı fəaliyyətə vaxt qazanmaq üçün ümummilli birlik əldə etməyə ehtiyac var.

Dağlıq Qarabağla bağlı məsələlərin ciddiləşdiyini erməni cəmiyyəti və düşmən ölkənin müxtəlif quruluşları da öz təpkiləri ilə büruzə verməkdədirlər: “Azərbaycan prezidentinin Türkiyə vasitəsi ilə erməni iqtidarına müəyyən maliyyə kanalları tapması və onları proseslərdə maraqlandıraraq, bir növ yumşaltması Ermənistan cəmiyyətində narahatlıqlar, etirazlar yaratmışdır. Ermənistan tarixində ilk dəfədir ki, siyasi dairələr kifayət qədər ciddi ittihamlarla prezidentlərini satqınçılıqda, Dağlıq Qarabağı və işğaldakı digər torpaqları Azərbaycana güzəştə getməkdə suçlayırlar. Belə bir vəziyyətdə İlham Əliyev öz ölkəsində və cəmiyyətdə mövqelərini bərkitmək, müxalifətin dəstəyini arxasına almaq istəyir. Bu istiqamətdə iqtidarı təmsil edən kifayət qədər ciddi təmsilçilər ölkə müxalifətinin çox əhəmiyyətli qurumları ilə danışıqlar aparırlar. Bu danışıqlar Azərbaycanda siyasi münasibətlərin yeni mərhələsini aça bilər...” Bu fikirlər də özündəki məlumatları bizimlə bölüşməyə razılaşmış iqtidar təmsilçisinə məxsusdur.

Mənbəmizin iddiasına görə, hakimiyyəti təmsil edənlər müxalifətə razılaşma halında çox ciddi güzəştlər də vəd edirlər. Bunları aşağıdakı kimi sıralamaq olar:

- İqtidar-müxalifət münasibətləri tam sivil formaya keçir; bütün problemləri həll etmək üçün ortaq komissiya qurulur;

- Qarşıdakı bələdiyyə və parlament seçkilərinin demokratik keçirilməsinə təminat verilir;

- Bu məqsədlə MSK-nın tərkibinə və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına yenidən baxılır;

- Proporsional seçki sistemi bərpa edilir, MM deputatlarının sayı 175-ə qaldırılır;

- Partiyaların büdcədən maliyyələşdirilməsi məsələsində müxalifətin təklifləri nəzərə alınır;

- Əfv komissiyasında, korrupsiyaya qarşı mübarizə adı altında fəaliyyət göstərən sturukturlarda və Təhlükəsizlik Şurasında (ictimai vəzifə kimi) müxalifət təmsilçilərinin yer alması həll edilir;

- Dövlətçiliyin qurulmasında, torpaqların qorunmasında, müstəqilliyin bərpasında və bu kimi başqa milli əhəmiyyətli proseslərdə rol almış müxalifət fəallarına dövlət təltifləri, prezident təqaüdü verilir;

- Repressiyalara məruz qalmış, hüquqları pozulmuş və hələ də həbsxanalarda olan müxalifətçilərin hüquqlarının bərpası istiqamətində lazım olan addımlar atılır, kompensasiyalar ayrılır...

Qeyd edək ki, iki düşərgə təmsilçiləri arasında gedən gizli danışıqlarda müzakirə predmeti olan ayrı-ayrı məsələlərlə bağlı “Yeni Müsavat” qəzetində müxtəlif yazılar dərc olunub. Eləcə də prezident İlham Əliyevin, PİA rəhbəri Ramiz Mehdiyevin müsahibə və yazılarında müxalifətlə münasibətlərin yeni mərhələsi, partiyaların büdcədən maliyyələşməsi barədə açıq tekslə mövqelər, jestlər ortaya qoyulub.

Sonda əlimizdə olan iki mühüm detalı da öz redaktəmizdə ümumiləşdirərək, maraqlananların və nəticə çıxartmaq istəyən analitiklərin nəzərinə çatdırırıq:

1. Danışıqlarda prezidentin iki dəfədən artıq və daha uzun müddətə seçilməsi ilə bağlı məqam da özünə yer tapıb. Müxalifətə bildiriblər ki, bu konstitusion islahata razılaşsa, onun MM-də təmsilçiliyi və başqa istiqamətlərdəki güzəştləri daha da ciddi olacaq.

2. Danışıqlar hansısa xarici ölkə kəşfiyyatı və siyasi dairələri ilə əməkdaşlığı olmayan müxalifət qüvvələri ilə gedir. Danışıqlarda iştirak edən müxalifət liderlərindən birinin qarşısına onun təşkilatının yenicə əməkdaşlığa başladığı blokla bağlı kompromatlar və təkzib olunmaz faktlar qoyublar. Burada həmin bloka daxil olan iki müxalifətçi təşkilat sədrinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair ciddi dəlillər var. Bununla da müxalifət düşərgəsindəki yeni əməkdaşlıq və birlik mərkəzi çöküb.

Lakin əvəzində daha ciddi bir format qurulmaqdadır. Azərbaycan tarixində ilk dəfə olaraq Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarla bağlı iqtidar-müxalifət dialoqu və əməkdaşlığı başlayıb.
Baxmayaraq ki, proses gizli gedir, çoxları bu əhəmiyyətli məsələyə pıçıltı ilə də olsa, “Allah xeyir versin, millətimizə yararlı olsun...” deyərdi.

Kamran ABBASBƏYLİ
__________________
...у нас очень многое во внешней политике в последние годы с подачи В.В. Путина строилось по принципу русской народной пословицы, боятся – значит, уважают. ... Нет, дело в том, что эта пословица – это не есть русская народная мудрость, это есть русский народный идиотизм, потому что боятся – это не значит уважают, боятся – значит, боятся. Боятся – значит, ненавидят, боятся – значит, избегают.
А. Троицкий

Prosecutor вне форума   Ответить с цитированием