Показать сообщение отдельно
Старый 19.09.2008, 12:15   #720
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 63
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Sumqayıtda polis özbaşınalığı

Sentyabr 18, 2008 17:01



Hər dəfə seçki öncəsi bele fikir formalaşır ki,bürokratik məmur aparatının və hüquq-mühafizə orqanlarının özbaşınalıq və korrupsiya halları aradan qalxmasa da nisbətən azalacaq.Amma elə deyilmiş,”hamam köhnə hamamdır” ...Kimi istəsələr tutur,kimi istəsələr buraxırlar,bu xalq isə hələ də ,”məndən ötdü qardaşıma dəydi” prinsipi ilə yaşayır.Ona görə də haqsızlıq,ədalətsizlik davam edir.

Polis özbaşınalığı haqqında eşitmişdim,amma özüm şahidi olmadığım üçün inanmırdım.Amma indi inanıram,çünki avqustun 20-də “şanlı”,”təhlükəsizliyimizin keşiyində duran” polisimizin nələrə qadir olduğunu özum gördüm.Axşam saatlarında qardaşım marketimizdə olarkən 7-8 nəfəri çöldə saxlayıb 6-7 nəfərlə içəri daxil olan Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin rəis müavini Rauf Babaşov əlində ona axtarış aparmaq hüququ verən heç bir sənəd olmadan marketdə axtarış aparıb,polisin biri soyuducunun ustünə bir kibrit qutusu qoyaraq guya oradan tapdığını iddia edib və “sən narkotika satırsan “deyib, Süleymanın əllərini qandallayıb,polislərdən biri isə qanuna əməl etməyi tələb edən qardaşımı vurub.Niyə?

Çünki Süleyman deyib ki,sizin axtarış aparmaq hüququnuz yoxdur,bura 1-ci polis bölməsinin ərazisidir,polis olduğunuzu təsdiq edən sənədi təqdim etmirsiniz,əlimi qandallamaq üçün heç bir əsasınız yoxdur.Amma nə faydası?Azərbaycanda hələ də bəzi polislər rinqdə olduğunu zənn edir və poqon gücünə sadə insanları təzyiq altında saxlamaqdan zövq alır.Yaxşı ki,marketdə “skoç”qalmayıbmış,Rauf hətta “bunun ağzını skoçlayın” əmri də veribmiş.Sonra 4-cü polis bölməsinə aparılan qardaşım Süleyman bir neçə saatdan sonra heç bir qeydiyyat aparılmadan,protokol bağlanmadan sərbəst buraxılanda ona kibrit qutusunda narkotika olmadığını bildirərək bu barədə heç kimə məlumat verməmək tapşırılıb.Buna baxmayaraq hər yerə məlumat versək də indiyədək indiyədək ciddi bir araşdırma hiss olunmur.Daxili işlər nazirliyində deyilənə görə, Daxili təhqiqatlar idarəsi adlı bir qurum var və polis özbaşınalığına qarşı mübarızı aparmaq bu qurumun əsas vəzifəsidir.Amma nədənsə bu qurumdan da səs çıxmır..Elə buna görə də həmin polislər və Rauf Babaşov bu gün də iş başındadır.Deməli belə məlum olur ki,bu polislər də nə vaxtsa hansısa bankirə qarşı qanunsuzluq etməlidirlər ki,layiq olduqları cəzanı alsınlar.O vaxta qədər isə neçə-neçə günahsız insan həbsə düşəcək,şərlənəcək,bankrot olacaq məlum deyil.Rəna Nəsibova adlı qadın dövlətə müraciət edəndə onun müraciətlərinə operativ,ədalətli baxılsaydı bəlkə də sonrakı hadisələr baş verməzdi.və Hacı Məmmədov vaxtında cəzasını alardı.Amma olmadı və bu gün də eyni vəziyyətdir.Hələ də,4-cü polis bölməsində dövlət hesabına quraşdırılmış monitora baxış keçirilməyib ki,görək nə baş verib ayın 20-də.Əgər o monitorların bir xeyri olmayacaqdısa onda külli miqdarda dövlət vəsaitini monitor alınıb quraşdırılmasına sərf etmək kimə və nəyə lazım imiş? Jurnalisti,yazıçını həbs etmək olar,amma polis müqəddəsdir,ona toxunmaq olmazmış.İqtisadi inkişaf nazirliyi işçilərinin çeynənmiş və mənasız bir fikri var ki,,sahibkarlıq obyektində bizim nümayəndəni dəvət etmədən heç kim axtarış apara bilməz,axtarış,yoxlama həyata keçirmık istəyən mütləq “nəzarət kitabçası”nda bu barədə qeyd etməli,öz vəsiqəsinin,yoxlama,axtarış hüququ verən sənədin nömrəsini qeyd etməlidir.Amma mən 2005-ci ildən üzu bəri elə hadisələrlə qarşılaşmışam ki,məndə artıq İqtisadi inkişaf nazirliyinin lazımsız bir qurum olması fikri formalaşıb.”Nəzarət kitabçası” isə 4 manata aldığım lazımsız dəftərxana kitabından başqa bir şey deyil.Və ən əsası...Biz hələ də jurnalistin,müəllimin,həkimin,kitabxanaçının,fəhlə və kəndlinin hüquqsuz olduğu cəmiyyətdə yaşayırıq.Belə cəmiyyətə bəzən Allahsızlar,kafirlər cəmiyyəti də deyirlər...

http://obyektiv.azeriblog.com/2008/09/18/s...-ozbashinalighi
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием