Показать сообщение отдельно
Старый 10.09.2008, 13:30   #706
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 63
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

«Əbu Bəkr» ətrafında dərin ziddiyət



İmzatoplama kampaniyasına başçılıq edən jurnalist kimdir?

Ətrafda yaşayanların bir hissəsi məscidin bağlanmasını, bəziləri isə fəaliyyət göstərməsini istəyirlər

Ötən ay ibadət zamanı içərisinə qumbara atılan “Əbu Bəkr” məscidinin ətrafında yaranan ajiotaj səngimək bilmir. Həftə sonu yayılan bir informasiyada məscidin yerləşdiyi Ülvü Bünyadzadə küçəsindəki sakinlərin “Əbu Bəkr”i bağlamaq xahişi ilə dövlət başçısına müraciət etməyə hazırlaşdıqları göstərildi. Dünən isə məsələ daha da konkretləşdi.
APA 70 sakinin imzası ilə prezidentə yollanan müraciətin mətnini yaydı. Müraciətdə göstərilirdi: “Ailələrimiz, qocalar, körpələr daim qorxu altında yaşayırlar, həmin şəxslərin kütləvi toplaşması və avtomobillərinin yaratdığı tıxaclar səbəbindən evdən küçəyə çıxmağa belə imkan yoxdur. Sakinlər xəstələndikləri halda hətta təcili yardım maşını küçəyə girə bilmir. Yanğın və təbii fəlakət baş verərsə, bu, kütləvi qırğına səbəb olacaq. Bundan başqa, vəhhabi təriqətə mənsub şəxslər övladlarımızı təsirləri altına salır, onları öz tərəflərinə çəkirlər. Bir sözlə, bu məscidin fəaliyyəti vətəndaşlara və dövlətin təhlükəsizliyinə, sabitliyə əngəldir. Bunları nəzərə alaraq, məscidin bir daha fəaliyyət göstərməməsi barədə göstəriş verməyinizi xahiş edirik”.

Polis məsciddə

Agentlik hələ sakinlərin müraciətini yaymadığı, günorta saatlarında biz vəziyyətlə əyani tanış olmaq üçün “Əbu Bəkr”d ə olduq. Məlum olduğu kimi istintaq tədbirləri ilə əlaqədar olaraq məscid, partlayışdan həmən sonra (17 avqust) bağlanıb. Məscidin qarşısında post patrul xidmətinə məxsus bir maşın dayanmışdı. İçəridə isə iki polis çavuşu stolda yayxanmış halda oturub, ayaqlarını uzadaraq söhbət edirdilər. Məscidin kənarında mağazaların çoxu bağlı idi. Fəaliyyətə olanları da vardı, orda 4-5 dindar gözə dəyirdi. Söhbətlərindən hiss edilirdi ki, polisin saqqal qırxma kampaniyasının səngiməsindən danışırlar.” İstəyirsən lap şöbənin qabağında 50 dəfə oyan - bu yan get. Vsyo uje. Dəyən yoxdur”.

Allahın və bəndənin işinə qarışmayan adam


Məscidin aşağı hissəsində küçənin kənarında qarşımıza çıxan bir yaşlı nənə oldu. Salamlaşıb ondan imzalarla bağlı sorğu-sual edirəm. 8 ildir burda yaşayan və əslən Qubadlı rayonundan olan qadın deyir ki, məsələdən xəbərsizdir: “Bala, mən evimdən çölə çıxmıram. Xəstə adamam. Nə Allahla işim var, nə də bəndəylə”.
“Bəs bura gələn ibadət edənlər sizə mane olurdularmı?
"Mənə? Yox. Niyə yalandan camaata şər atım. Mənə heç kim mane olmayıb, bəlkə də kimsə narahatdır, nə deyim...”
“ Namaza gələnlərin səs-küyü bərk olur?”
“ Bala, Allaha namaz qılırlar da. Mənin heç bir sözüm yoxdur. Evimə girib otururam, heç nə də görmürəm”.

“Kanalizasiyanın murdarladığı yolda namaz qılmazlar”

Yaşlı xaladan ayrılıb yolun kənarında öz oğlu ilə əyləşən birinə üz tuturam ( adını deməsə də peşəsini gizlətmir- diş həkimidir). Həkim müraciəti imzalamayıb, amma bunun səbəbi heç də imza verən məhəllə sakinləri ilə həmrəy olmamaq deyil: “Evdə olmamışam. Bu dəqiqə versinlər canla-başla qol çəkərəm”.
Səbəblər haqqında həkim ürəkdolusu danışır: “Cümə günləri burada həyat iflic olur; nə keçə bilirsən, nə gələ. İraq olsun, həmin an kiminsə təcili yardıma ehtiyacı olsa, ölməlidir. Yaxud, birdən yanğın oldu? Piyadanın keçmədiyi yoldan maşın necə keçə bilər?”
Həmsöhbətimiz deyir ki, məscidin bağlanma tələbi heç də burada ibadətə gələnlərin Azərbaycan üçün gəlmə sayılan təriqətə sahib olmaları deyil: “Beş il bundan əvvəl də bu təriqət idi də bura gələnlər. İndi vəziyyət dözülməz həddə çatıb. Siz özünüz burda yaşasanız, bizim halı anlayarsınız. Biz ibadətə qarşı deyilik, sadəcə istəyirik ki, ibadət də öz adına layiq aparılsın. Özünüz fikirləşin, kanalizasiyanın hər gün murdarladığı yolun üstündə namaz qılmaq islama nə dərəcədə uyğundur? Yaxud, başqasının yolunu kəsməklə edilən ibadət?”
Həkim etiraf edir ki, bəzən ibadətə gələnlərlə yerli sakinlər arasında xoşagəlməz mübahisələr də olurmuş: “Mənim məktəbli oğlum bir dəfə “şortik”lə çıxıb küçəyə. Yekə-yekə kişilər başlayıblar onu sözə tutmağa ki, get kişi paltarı geyin. Belə olmaz axı. Mən onlara dedim ki, qardaş, mən sənin uzun saqqalına bir söz demirəm ki, bəs sən niyə öz həyətimdə geyimimizə qarışırsan?”

“Məscid bağlanıb, çox rahatıq”

“Əbu Bəkr” məscidinin fəaliyyətindən daha bir narazı sakin bizimlə söhbət etdi. Uzun illər YAP-ın rayon şöbələrindən birinə rəhbərlik edən və hazırda da dövlət qulluğunda işləyən həmsöhbətimiz dilə-dişə düşməməkdən ötrü xahiş edir ki, adını çəkməyək. Razılaşırıq və o danışır: ” Dəfələrlə Qamətin özünə demişik ki, belə olmaz. Adamları küçənin ortasında toplaşıb çərək yeyirlər, su içirlər. Axı bizim qadınımız, qızımız var, onlar həmin topanın içindən keçməyə abır eləyirlər. Dəfələrlə demişik, fayda yoxdur. İnanın ki, indi çox rahatıq”.
Bu həmsöhbətimizdən imzayığma təşəbbüsünün necə yarandığını xəbər aldıq. Deməsinə görə, bunun üçün “yuxarılardan” heç bir komanda gəlməyib: “Aşağı məhəllədə bir jurnalist yaşayır. O gün axşam gəldi ki, belə bir şey yazmışam, imzalayarsınızmı? Hamı razılığın bildirib qol çəkdi»

Məhəmməd adlı başqa bir sakin isə imzatoplamadan xəbərsiz olduğunu və xəbəri olsa belə, imza verməyəcəyini dedi: “Bu insanlar hamısı azərbaycanlıdır. Sabah müharibə başlasa birinci onlar Qarabağa gedəcək. Amma bu bir həqiqətdir ki, cümə namazlarında 3 ildir ki, burda yol-iriz kəsilir. Bu da sakinlərə problem yaradır».
«Çıxış yolunu nədə görürsünüz?»
« Şəxsən mən hesab edirəm ki, bu məscidi daha layiqli və daha geniş yerə köçürmək lazımdır. Məsələn, Bakı-Sumqayıt yoluna. Çünki, bu məscid çox perspektivlidir, getdikcə ona ibadətə gələnlərin sayı artır. Ona görə dövlətimiz bu insanların qayğısına qalmalı, daha geniş yerdə fəaliyyət göstərmələrinə kömək etməlidir”.

Qamət Süleyman: “Qonşularımızın bizə qarşı olmasına inanmıram”

Sonda qeyd edək ki, “Əbu Bəkr” məscidinin imamı sakinlərin onlardan narazı qalması haqda deyilənləri, yazılanları qəbul etmir. O, mətbuata verdiyi müsahibədə məscid əhli ilə ətraf camaatı illər ərzində qaynayıb-qarışdığını söyləyib: ”Qonşularımızın belə bir fikrə düşməsi əsla mümkün deyil. Onlar necə bizdən narazıdırlar ki, əksəriyyəti obyektlərini bizim qardaşlarımıza icarəyə veriblər. Yəni, bu zamana qədər bizim qonşularımızla aramızda nəinki narazılığımız olub, əksinə, hər zaman biz məhəllə sakinlərinin problemlərinə də yardımçı olmağa çalışmışıq. Məhəllə sakinlərinin şad günündə də, dar günündə də onların yanında olmuşuq. Onların dəfn mərasimləri hər zaman bizim məscidin həyətində keçirilib. Məscidimizin axundu təmənnasız olaraq, hər zaman onların yas mərasimlərini aparıb”

G. Natiq
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием