Показать сообщение отдельно
Старый 01.09.2008, 13:13   #576
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 63
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

MƏQALƏLƏR: Ramazan ayının başlaması münasibəti ilə Məscidimizin imamı Q. Süleymanın din qardaşlarına müraciəti

Əziz qardaş və bacılar!
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Artıq hər bir müsəlmanın rəğbətlə gözlədiyi mübarək Ramazan ayının astanasındayıq. Düzdür bu gün (31/08/2008 tarixində) Libiya, Məğrib, Tunis, əl-Cəzair, Çad və Movritaniya kimi müsəlman ölkələri Ramazan ayının başlamasını elan edib, oruc tutublar. Amma digər islam ölkələrində isə orucluq sabah (01/09/2008 tarixində) başlayır. Müsəlman ölkələrində bayramların başlayıb bitməsi fərqli vaxtlara təsadüf etdiyi üçün qədim və müasir mötəbər alimlərin fikirlərinə əsaslanaraq biz öz ölkəmizlə oruc tutur və bayram edirik. Bizim ölkəmizdə də orucluq sabah (01/09/2008 tarixində) başlayır.
Bu münasibətlə sizi təbrik edir və uca Allahdan diləyirəm ki, bizi bu ayı oruc tutub, ibadətlə keçirməyə müvəffəq etsin...Amin!
Məscidimiz müvəqqəti olaraq bağlı olduğu üçün siz təravih namazlarını evinizdə, yaxud yaxınlıqda olan məscidlərdə qıla bilərsiniz. İnşəllah ümid edirik ki, məscidimiz Ramazan ayı əsnasında açılacaq və əvvəlki fəaliyyətini bərpa edəcəkdir.
Hamınıza bu ayı gözəl ibadətlə keçirməyi tövsiyə edirəm.
Məscidimiz və müsəlman qardaşlarınız üçün dua etməyi də unutmayın.
Allah sizi qorusun.
Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием