Показать сообщение отдельно
Старый 27.08.2008, 13:32   #387
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 63
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Ağır Cinayətlərin müstəntiqi dindarları şantaj edir?</span>

<span style="color:#990000">Dünən 4, 9, 11, 37 nömrəli polis bölmələrində isə onların saqqallarını zorla qırxıblar


QayNar: Bu gün "Qaynar.info"-nun poçtuna Gəray Cəfərov adlı oxucumuzdan müraciət daxil olub. Müraciətdən bəlli olur ki, G.Cəfərov "Əbu Bəkr" məscidində ibadət eləyən şəxslərdən biridir. O, son zamanlar yaradanan situasiyadan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının sui-istifadə etdiyini yazır, onların haqsız yerə incidildiyini qeyd edir.
Müraciətdə deyilir: "Artıq mən və mənim kimi düşünən insanlar Azərbaycan vətəndaşlığından imtina etmək həddinə gəlib çatmışıq. Bu ölkədə missionerlər qədər də qiymətimiz yoxdur. Hər kəs onlara hörmət edir, ancaq biz hər yerdə döyülürük, söyülürük.
Nə vaxta qədər polis bölmələrində namaz qılıb, saqqal saxladığımıza görə, işgəncə görəcəyik?! Cinayətimiz varsa, ortaya qoyub həbs etsinlər, ancaq bu işgəncəyə son verilsin.
Bizim yaramız sağalmadan, polis bölmələrinə çağrılıb sorğu-sual edilməyimizi başa düşsək də, terrordan canını güclə qurtaran, bədənində hələ də qəlpə daşıyan bizlər işgəncəli sorğu-suallara tutuluruq."

Müraciətdə daha sonra konkret faktdan söhbət açılır: "Polis bölmələrində qardaşlarımız təhqir olunur, bir tərəfdən də Ağır Cinayətlərə dair İşlər Üzrə Prokurorluğun Elxan Abdurrahmanov adlı müstəntiqi bizi həyata nifrət etdirir. Bu şəxs Hacıbala adlı bir xəvaricin cinayət işi ilə əlaqədar bu şəxslə heç bir bağlılığımız olmadığı halda qardaşlarımızı qanunsuz olaraq çağırış vərəqəsiz çağırır, "mənim telefon zəngim (onun iş telefonu: 4413129) çağırış deməkdir" deyə insanları hədələyir. Onun sözünə inanıb gedən qardaşlarımızın şəxsiyyət vəsiqəsini alır. Ondan sonra əsl problem başlayır. Şirin dillə şəxsiyyət vəsiqəsini alan Elxan Abdurrahmanov ondan sonra dindar qardaşlarımızı şantaj etməyə başlayır. Onlardan əvvəlcə 5000 manat rüşvət istəyən Elxan Abdurrahmanov adamına görə 100 manat günorta yeməyi puluna qədər "skidka" edir. Bunu da verməyən qardaşlarımıza "Hacıbalaya deyərəm, üzünə durğuzaram" deyərək hədə-qorxu gəlir.

Biz terror qurbanlarıyıq. Heç bir camaatın başına gəlməyən müsibətlər bizim başımıza gəlib. Biz dövlətimizi sevirik. Biz siyasətə qarışmırıq. Terrora qarşı mübarizə apardığımız üçün terrorun hədəfi biz olmuşuq. Ancaq bəzi polislərin və prokurorluq işçilərinin bizə qarşı ədalətsiz və insafsız münasibəti, saqqallarımızın zorla qırxıdılması (bu, dünən 4, 9, 11, 37 və s. nömrəli polis bölmələrində bu baş verib) bizə ögey münasibətdən xəbər verir. Terrora məruz qalan da, terrora məruz qaldığımız üçün cəzalandırılan da bizik.

Mən öz adımdan və qardaşlarımız adından daxili işlər naziri cənab Ramil Usubovdan, baş prokuror cənab Zakir Qaralovdan xahiş edirik ki, tabeliliklərində olan zalım işçilərinin bizə qarşı zülmünə son qoysunlar. Ya da bizə desinlər, çıxaq canımız qədər sevdiyimiz, torpaqlarının bütövlüyü uğrunda yüzlərlə şəhid verdiyimiz vətənimizdən çıxaq gedək. " // T.İsmayılov, QayNar
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием