Показать сообщение отдельно
Старый 20.08.2008, 17:47   #169
Местный
 
Аватар для Captain Kidd
 
Регистрация: 30.06.2008
Адрес: Baku
Сообщений: 1,090
Сказал(а) спасибо: 81
Поблагодарили 112 раз(а) в 76 сообщениях
Вес репутации: 21
Captain Kidd на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

QAMƏT SÜLEYMANOV HƏLƏ 2007-ci İLİN OKTYABRINDA ƏBU-BƏKR MƏSCİDİN İCMASINDA RADİKALLAR OLDUĞUNU BİLDİRİB
BAKI/19.08.08/TURAN: Bakıda vəhabi məscidi kimi tanınan "Əbu-Bəkr" məscidinə 2008-ci il avqustun 17-si gecə qumbara atılıb. Azərbaycanda ilk dəfə idi ki, məscidə qumbara atılırdı. Bu qumbaranın atılması nəticədir, bunun səbəbləri barədə müxtəlif versiyalar irəli sürmək olar. Amma öncə Azərbaycanda vəhabiliyin tarixinə nəzər salaq. Bu cərəyanın tarixi Azərbaycanda qədim deyil. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən və dünyaya açıldıqdan sonra bu cərəyan Azərbaycana Səudiyyə Ərəbistanı, Əfqanıstan və Şimali Qafqaz "marşrutu" ilə daxil olub. Bu cərəyan son 1-2 ildə daha çox öz daxili çəkişmələrilə məşğul idi.
Yeri gəlmişkən, "Əbu-Bəkr" məscidinin imamı, daha çox liberal mövqeli sayılan Hacı Qamət Süleymanov hələ 10 ay öncə TURANA müsahibəsində sələfilər daxilində bir sıra qrupların ətrafa radikal münasbitlərinə görə özlərini "qanundan kənar" qoyduqlarını bildirib. Q.Süleymanov bu qruplar sırasında "xəvarici müasirin" (müasir xəvariclər), "cəmaəti əl-təkfir vəl-hicrət" (kafirlər və hicrət camaatı), "ixvan" və s. kimi qrpuların adlarını çəkərək, onların fəaliyyətinin təhlükəli olduğunu bəyan edib. Həm də bu təhlükənin real olduğunu göstərə bilmək üçün bu qrupların hakimiyyət məsələsini ortaya qoyduqlarını, silaha belə əl atmaqdan çəkinmədiklərini vurğulayıb. Bu təhlükənin əsaslı olduğunu deyən Q.Süleymanov bu qruplara qarşı hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da mübarizə aparmalı olduqlarını vurğulayıb. O, adı çəkilən bu qrupların daha çox Sumqayıt şəhərində, Zaqatalada və elcə də digər şimal rayonlarında cəmləşdilklərini önə çəkib. Buna qədərsə ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ölkədə "vəhabi təhlükəsi" olması barədə xəbərdarlıq edirdilər.
Demək olar ki, 90-cı illərin sonlarından bu cərəyanın nümayəndələri ölkənin şimal rayonlarında güc strukturlarına qarşı silahlı basqınlara, əhaliyə təzyiqlərə əl atıblar və əhalini öz iradələrinə tabe etmək üçün vahimə yaratmaq üsulları işə salınıb. Belə qruplara qarşı aparlıan əməliyyatlarda silahla yanaşı, həmişə radikal məzmunlu ədəbiyyatların üzə çıxması özünü göstərirdi, amma əhali həmişə bu kitablarda nələr yazılmasından xəbərsiz qalıb. Belə silahlı qruplar bir neçə nəfərdən tutmuş geniş tərkibli dəstələr şəklində fəaliyyət göstərirdi. Müdafiə Nazirliyinin inkar etməsinə baxmayaraq, hətta orduya kimi sirayət edən bu məsələ ordudan zabitin silah götürərək qaçması və axtarış zamanı bu şəxslə yanaşı daha bir neçə nəfərin də tutulması ildə müşaiyət olunub. Daxil İşlər Nazirliyi keçən ilin sonlarına yaxın bu məscidə toplaşanların fəaliyyət və davranışlarının narahatlıq doğurması barədə bəyanat yayıb.
Elə adı çəkilən həmin müsahibədən cəmi bir ay sonra hansı qrupa mənsub olması bilinməsə də, silahlı qrupa başçılıq edən ərəb mənşəli Əbu-Cəfər əl-Bədəvi və bir qədər sonra bu qrupa aid 18 QAMƏT SÜLEYMANOV HƏLƏ 2007-ci İLİN OKTYABRINDA ƏBU-BƏKR MƏSCİDİN İCMASINDA RADİKALLAR OLDUĞUNU BİLDİRİB
BAKI/19.08.08/TURAN: Bakıda vəhabi məscidi kimi tanınan "Əbu-Bəkr" məscidinə 2008-ci il avqustun 17-si gecə qumbara atılıb. Azərbaycanda ilk dəfə idi ki, məscidə qumbara atılırdı. Bu qumbaranın atılması nəticədir, bunun səbəbləri barədə müxtəlif versiyalar irəli sürmək olar. Amma öncə Azərbaycanda vəhabiliyin tarixinə nəzər salaq. Bu cərəyanın tarixi Azərbaycanda qədim deyil. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən və dünyaya açıldıqdan sonra bu cərəyan Azərbaycana Səudiyyə Ərəbistanı, Əfqanıstan və Şimali Qafqaz "marşrutu" ilə daxil olub. Bu cərəyan son 1-2 ildə daha çox öz daxili çəkişmələrilə məşğul idi.
Yeri gəlmişkən, "Əbu-Bəkr" məscidinin imamı, daha çox liberal mövqeli sayılan Hacı Qamət Süleymanov hələ 10 ay öncə TURANA müsahibəsində sələfilər daxilində bir sıra qrupların ətrafa radikal münasbitlərinə görə özlərini "qanundan kənar" qoyduqlarını bildirib. Q.Süleymanov bu qruplar sırasında "xəvarici müasirin" (müasir xəvariclər), "cəmaəti əl-təkfir vəl-hicrət" (kafirlər və hicrət camaatı), "ixvan" və s. kimi qrpuların adlarını çəkərək, onların fəaliyyətinin təhlükəli olduğunu bəyan edib. Həm də bu təhlükənin real olduğunu göstərə bilmək üçün bu qrupların hakimiyyət məsələsini ortaya qoyduqlarını, silaha belə əl atmaqdan çəkinmədiklərini vurğulayıb. Bu təhlükənin əsaslı olduğunu deyən Q.Süleymanov bu qruplara qarşı hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da mübarizə aparmalı olduqlarını vurğulayıb. O, adı çəkilən bu qrupların daha çox Sumqayıt şəhərində, Zaqatalada və elcə də digər şimal rayonlarında cəmləşdilklərini önə çəkib. Buna qədərsə ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ölkədə "vəhabi təhlükəsi" olması barədə xəbərdarlıq edirdilər.
Demək olar ki, 90-cı illərin sonlarından bu cərəyanın nümayəndələri ölkənin şimal rayonlarında güc strukturlarına qarşı silahlı basqınlara, əhaliyə təzyiqlərə əl atıblar və əhalini öz iradələrinə tabe etmək üçün vahimə yaratmaq üsulları işə salınıb. Belə qruplara qarşı aparlıan əməliyyatlarda silahla yanaşı, həmişə radikal məzmunlu ədəbiyyatların üzə çıxması özünü göstərirdi, amma əhali həmişə bu kitablarda nələr yazılmasından xəbərsiz qalıb. Belə silahlı qruplar bir neçə nəfərdən tutmuş geniş tərkibli dəstələr şəklində fəaliyyət göstərirdi. Müdafiə Nazirliyinin inkar etməsinə baxmayaraq, hətta orduya kimi sirayət edən bu məsələ ordudan zabitin silah götürərək qaçması və axtarış zamanı bu şəxslə yanaşı daha bir neçə nəfərin də tutulması ildə müşaiyət olunub. Daxil İşlər Nazirliyi keçən ilin sonlarına yaxın bu məscidə toplaşanların fəaliyyət və davranışlarının narahatlıq doğurması barədə bəyanat yayıb.
Elə adı çəkilən həmin müsahibədən cəmi bir ay sonra hansı qrupa mənsub olması bilinməsə də, silahlı qrupa başçılıq edən ərəb mənşəli Əbu-Cəfər əl-Bədəvi və bir qədər sonra bu qrupa aid 18 nəfər həbsə alınıb. Biz başa düşürük ki, xüsusi xidmət orqanları müəyyən nüansları nəzərə alaraq bu şəxslərin hər hansı dini cərəyana aid olduğunu inkar edirlər. Amma, bu cərəyanın aqressiv davranışı ilə bağlı çoxsalyı sübutlar var. Bu həbsdən sonra Azərbaycanda özünü sələfi sayanlar arasında uçurum daha da dərinləşib. Fikir ayrılığı konkret şəxslərə dindənkənar damğaların vurulması müstəvisinə keçib. Keçən ilin sonlarından etibarən Q.Süleymanova qarşı mübarizə internet saytlarına keçib. Q.Süleymanov özü isə belə radikal mövqeli saytların olması barədə hələ adı çəkilən müsahibəsində danışmışdı. Bu cərəyanın nümayəndələri və onların aralarında baş verən məsələlər barəsində son iki-üç ayın kadr arxasında qalan məsələləri barədə isə ölkə mətbuatı xəbərlər yayırdı və burada ən çox diqqət çəkən məsələ ayrı-ayrı saytların Q.Süleymanova hücuma keçməsi və ona qarşı dini fətvaya səbəb olan ifadələrin yer almasıdır. Həmin saytlarda Q.Sülyemanova münasibətdə dindən kənar olmaq anlamı verən "zındıq" damğası vurulurdu və dindən az-çox xəbəri olan şəxslər bunun arxasında nəyin durduğunu yəqin ki, yaxşı bilirlər. Bu, təkcə hədə-qorxu deyildi, həm də konkret əmələ keçmək üçün xəbərdarlıq idi və bu barədə ölkə mətbuatında xəbərlər özünə yer alıb. Bu qısaca ekskurs etdiyimiz tarixçə onu göstərir ki, son bir ilə yaxın müddətdə bu cərəyan daxilində münasibtələrin aydınlaşdırılması əsas xətt olub və burada tərəflər kimin söz sahibi olması məsələsini "prioritet"ə çeviriblər. Qəti də olmasa, demək olar ki, "Əbu-Bəkr" məscidində partlayan qumbara bura təsadüfən atılmayıb və aparılan təhqiqatlar bunun arxasında adı çəkilən radikal qruplardan birinin durması barədə nəticəni də ortaya qoya bilər.

__________________
Дурак - это человек, считающий себя умнее меня.

Captain Kidd вне форума   Ответить с цитированием