Показать сообщение отдельно
Старый 07.08.2008, 10:50   #30
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 60
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

<div class='quotetop'>Цитата(Хикмет Гаджи-заде @ 6.8.2008, 22:44) [snapback]145613[/snapback]</div>
Цитата:
Bunu dunyada hech kes bilmir

Hech kes bilmir ki, niye bezi milltler g@yde balonlarla uchur, biz ise avtomobil minmiyoruz

Bu tarixin muammasidir

Bunu ancaq bir babar izaxi var - ceografik determenizm (bu teoriyani ingilis tarixchisi A.Toynby ireli surub)

Yani her shey etraf muhitden asilidir

gun ki vurur musurmanin gul tepesine o da bu sebebden tembelleshir ve saire

Heqiqi deyarem aaaaaa

Bashqa izahat yoxdur
[/b]
Bəy, yazıq olmuşuq... Rus imperializmi çox millətlərin başını yedi, onlarla kiçik xalq ya assimilyasiya, ya də ümumiyyətlə məhv olub getdi... Leninizm (xiyar imperializmi) genetik mühəndislikdən də təhlükəli oldu tarix üçün. Təkamül üzərində zorla əməliyyat, özü də qəssab baltası ilə aparılan beyin əməliyyatı hələ uzun müddət özünü göstərəcək. Çünki məzmunda dəyişiklik görmürəm... Bu yandan da amerikan xiyarı... Sosial bərabərlik də, demokratiya da, a bəy, təkamüllə qazanılır, şüarla yox...

Düz 100 il bundan qabaq savadsız, geridə qalmış deyilən Azərbaycanda ayrı-ayrılıqda adları tarixin şərəfli səhifələrinə yazılmış böyük şəxsiyyətlər olub. Özü də çox sayda! Hanı onlar, niyə bu gün onlar yoxdur? (Nümunələr tapmaq olar, amma labüd yox, istisna halında)


Birinci dünya müharibəsinə qədər Azərbaycana olan münasibətlə daha sonrakı münasibəti müqayisə edəndə dəhşətə gəlməmək olmur. Kimsə Türkiyə qarışıq Anadolu-Kavkaz-(daha sonra Orta Asiya boyu) türk müsəlman varlığını məqsədyönlü şəkildə məhv etmək istəyib. Milyonlarla insanımız öldürülüb. Deyilən ərazı sözün əsil manasında türk-müsəlman qanı ilə suvarılıb... Azərbaycan başdan ayağa şumlanıb... Təkcə İran ərazisində 1 000 000 türk-müsəlman qətlə yetirilib... Ümumilikdə isə mənim təxmini hesablamalarıma görə, Azərbaycan əhalisi də daxil ən azı 3 milyon insanın canı alınıb - türk-müsəlma olduqları üçün... (müraribə itkiləri xaric)

Leninizm eyni siyasəti daha elmi-praktik əsaslarla (repressiya dövrü) həyata keçirib. Bİr neçə yüz min də onda qırılıb. Özü də kimlər... Bir milləti fiziki məhv etmək mümkün deyil, amma onun başını, yəni milli-ictimai şüurunu qurutmaqla onun axırına çıxmaq olar. Neçə ki, bizim demək olar ki axırımıza çıxıblar...

İkinci dünya müharibəsi - deyirlər müraribəyə 700 000 azərbaycanlı göndərilib. Belə çıxır ki, məmləkətdə başı papaqlı 3-5 kişi qalıbmış...

Qarabağ müharibəsi. Teatr. Nəticəsi qabaqcadan bəlli qanlı, rekvizit və butaforu real teatr - məncə, bu müharibədə ölənlərin sayı etiraf olunandan 2-3 dəfə çoxdur... + 100 minlərlə qaçqın, didərgin...

Deportasiyalar, sürgünlər, represiyalar... Kimlər ölkə ərazisində yerləşdirilib və yerləşdirilir, kimlər təqib olunub və olunur.. Bir Allah bilir bunun miqyasını... nə isə...

Yerdə nə qaldı? Hə, Əli bəyin da...+rı...

Doğru buyurursunuz, ətraf mühit önəmli faktordur. Amma bu ətraf mühitin formalaşdırılması, məzmun və ya formasının dəyişdirilməsinin maşın-mexanizmi bizim əlimizdə deyil, olmayacaq da... Çünki nə onu bizə öz xoşuna verən, nə də bizim onu alacaq qədər gücümüz var...

Belə bir şəraitdə, dediyiniz mühitdə vəziyyəti dəyişdirə biləcək individuumların yetişməsinə də ümid azdır...

Sizə öz bağımdan danışım. Faydalı nə əkirəmsə (meyvə ağacları, gül-çiçək) çətin ərsə gəlir. Gül əkirəm, bir müddət sonra baxıram ki, alaq otlarının, nə bilim hər cür yabanı yaramaz bitkinin içində batıb gedir. Qırıb təmizləyirsən, bir həftə sonra gəlib görürsən ki, bə əvvəlkindən də yuxarı qalxıblar bu yaramazlar... Özü də kütləvi şəkildə... Meyvə ağacı əkirsən, ya boy atmır, ya da payızın günündə çiçək açıb ölür...

Ətraf mühit – torpaq zaydır, baxımsızdır, hər cür zir-zibilin inkişafı üçün münbitdir... Torpaq sahibi şəraiti düzəltməyin yolunu bilir. Amma buna bəs edəcək gücü, vəsaiti yoxdur...

Gözləyək, görək nə olur. Bəlkə bir gün bizim də yatmış bəxtimiz oyana... Hərçənd belə şəraitdə çətin...
__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием