http://35000000.com/turk/habergoruntule.as...80&katid=49
Dagistan'da anti-Azerbaycan kampaniyasi
Dagistanda nəsr olunan "Çernovik" qəzeti Azərbaycanla bagli tənqidi xarakterli yazilarini davam etdirir. Qəzet bu ildə nəsr olunmus ilk buraxilisindaki "Cənub küləyi" məqaləsində Azərbaycanda yasadigini qeyd etdiyi avar xalqinin adiçəkilməyən nümayəndəsinin müraciətini dərc edib.
Müəllif Car-Balakən adlandirdigi Balakən rayonunda avarlarin sayinin 50 min deyil, 100 min nəfər oldugunu iddia edib. Qəzet Azərbaycanla bagli təxribat xarakterli fikirlər səsləndirməklə yanasi Azərbaycanla Rusiya münasibətlərinə xələl gətirmək üçün bütün səylərini əsirgəmədiyini də etiraf edib.
Hətta çeçenlərin Dagistani parçalamaq və dənizə çixis ideyasinin da Azərbaycandan qaynaqlandigini iddia edən qəzet Dagistandaki Azərbaycan diasporasinin güclənməsinin fakt oldugunu qeyd edib və bundan ehtiyatlanmaga çagirib. Qəzet Dagistan azərbaycanlilarini
köklü xalq statusundan mərhum etməyə, bu xalqi saxurlar, rutullar, aqullar, tatlar və tabasaranlilarin
içində "əritməyə" çagirib.
Dərbənddə fəaliyyət göstərən "Azəri" cəmiyyətinin üzvü Ismayil Həsənov isə APA-nin Dagistan bürosuna açiqlamasinda Dagistan azərbaycanlilarinin Rusiyanin ərazi bütövlüyünə daim hörmətlə yanasdiqlarini, vahid ölkə ideyasinin tərəfdari olduqlarini, Dagistandaki digər xalqlarla mehribanliq səraitində yasamaga tərəfdar olduqlarini qeyd edib: "Heç bir qüvvə bizi təxribata sürükləyə bilməyəcək".
Qaynaq : www.turkustan.org