Показать сообщение отдельно
Старый 22.01.2008, 01:42   #613
Местный
 
Регистрация: 16.02.2007
Сообщений: 146
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 13
atropatoloshi на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

«TOLIŞİ SƏDO»nun BAŞ REDAKTORU İRANA ETDİYİ SƏFƏRLƏRDƏN DANIŞIB
2008-01-21, 19:03:00


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun və həmin qəzetin məsul katibi Elman Quliyevin işi ilə əlaqədar növbəti qapalı məhkəmə prosesi keçirilib.

Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədovun «Media forum» saytına bildirdiyinə görə, prosesdə saat 12-dən 13-ə qədər N.Məmmədov ifadə verib. O deyib ki, üç dəfə - 1995-ci ildə bir iranlı dostunun dəvətiylə, 1999-cu ildə tat dilinə, 2004-cü ildə isə talış dilinə həsr edilmiş elmi konfranslarla bağlı İran İslam Respublikasında olub.

Müdafiəçisinin sözlərinə görə, N.Məmmədov son elmi konfransda İranın xüsusi xidmət orqanlarının işçiləriylə təmasda olması, Respublika Talış Mədəniyyət Mərkəzinin və «Tolışi sədo» qəzetinin fəaliyyəti ilə əlaqədar onlarla diskussiya aparması barədə istintaqda irəli sürülən ittihamları «heç bir əsası olmayan cəfəngiyyat» adlandırıb.

İstintaq N.Məmmədovu 1998-ci ildə «Tolışi sədo»ya baş redaktorluğu ələ keçirib qəzetdə sifarişli məqalələr çap etdirməkdə də ittiham edib. N.Məmmədov bugünkü prosesdə bu ittihamı da qərəzli və uydurma adlandırıb. Müdafiəçisinin sözlərinə görə, N.Məmmədov bildirib ki, 1994-2001-ci illərdə bu qəzet nəşr olunmayıb, uzun fasilədən sonra ilk sayı 2001-in iyulunda çıxıb. N.Məmmədov qeyd edib ki, «Tolışi sədo»nun çapı onun və rəhbərlərindən biri olduğu Talış Mədəniyyət Mərkəzinin 2001-ci ilin fevralında keçirilən iclasında bərpa edilib.

N.Məmmədov Respublika Talış Mədəniyyət Mərkəzi üçün oifsin 2004-cü il mayında İranda keçirilən korfransdan sonra icarəyə götürülməsi barədə istintaq materiallarında yazılanların da yanlış olduğunu iddia edib. O bildirib ki, maddi imkanları çatmadığından icarəyə götürdükləri ofisi 2004-cü ilin aprelinə qədər boşaldıblar və bundan sonra heç bir ofisləri olmayıb.

Məhkəmə öz işini yanvarın 23-də saat 10-da davam etdirəcək.

Xatırladaq ki, N.Məmmədov və E.Quliyev 2007-ci ilin fevralında tutulublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurlar. Hər iki şəxs MTN-in təcridxanasında saxlanılır.

«Tolişi sədo» qəzeti 1992-ci ildən çap olunur. Təsisçisi Respublika Talış Mədəniyyət Mərkəzi və Novruzəli Məmmədovdur. N.Məmmədov həmçinin Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbərlərindən biridir.
http://www.mediaforum.az/articles.php?lang...080121070325457

__________________
Давам едир 37...
Даха кескин, даха джидди...
(с)

atropatoloshi вне форума   Ответить с цитированием