Показать сообщение отдельно
Старый 14.01.2008, 23:55   #509
Пользователь
 
Регистрация: 16.10.2006
Сообщений: 80
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 16
ucadag на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

<div class='quotetop'>Цитата(Dismiss @ 13.1.2008, 22:26) [snapback]104076[/snapback]</div>
Цитата:
ucadag

Для того, чтобы ответить на вопрос, почему до сих пор нет азербайджаноязычной версии передачи, нужно учесть тот факт, что времена бюджетного телевидения канули в лету и сейчас каждая передача - это коммерческий проект, у которого есть свои спонсоры. Как мы знаем, ЧГК спонсирует АТАБанк и Азерсель, плюс Министерство молодежи и спорта оплачивает стоимость половины оборудования. Так вот, эти организации не могут себе позволить вкладывать деньги в заведомо проигрышный проект, ибо они продают то, что может окупиться. А окупается на данный момент именно русскоязычная версия программы.

[/b]
Dismiss xanım, bunlar azərbaycan versiyasını hazırlayıblar ki sponsor da tapıla?
“окупается на данный момент именно русскоязычная версия программы” – çünki bunu təqdim ediblər.
Bir də əgər söhbət Dövlətin maraqlarına xidmət edən qərardan gedirsə, artıq burada verilişin alınıb-alınmaması heç bir rol oynamır.
Mən sizin əvvəlki postunuza uyğun cavab vermişdim. Orda verilişin hazırlanmasını qabartmışdınız.
O ki qaldı sponsor məsələsinə, bununla da sizinlə razı deyiləm. Rus dilində olan verilişə, intellekt verilişlərinə üstünlük verənlər, ancaq bu dili bilməyənlər (belələri rusdillilərlə müqayisədə müqayisəyə gəlməyəcək qədər çoxluq təşkil edir) baxa bilmirlər. Veriliş azərbaycanca hazırlansa, buna həm də rusdillilər baxa biləcək – çünki öz dilimizi bilirlər! Bir misal: rusların “Поле-Чудес”inə oxşar bizdə azərbaycan dilində “Dəyirman” verilişini hazırlayıblar, sizcə bu verilişi rus dilində hazırlasaydılar daha baxımlı olacaqdır? – Əksinə!
“Все, кто бывал на сайте ЧГК должны обратить внимание на мольбы организаторов о том, чтобы вопросы предоставлялись на азербайджанском языке и на азербайджанскую тематику” – sizin vurğuladıyınız bu sayt hansı dildədir? Sizcə rus dilində olan sayta bu dili bilməyənlər maraq göstərib, daxil olub sual verəcəklər? Bu sayta daxil olan rusdillilər isə (təbii ki hamısına aid deyil!), nə öz dilimizdə, nə də Azərbaycan haqqında sual verməyəcəklər!!!
Konstitusiyaya gəlincə, bu qərarda heç bir qanun pozuntusuna yol verilməyib. Hər şeydən əvvəl Dövlət maraqlarıdır! Hökumətin borcudur ki, öz (dövlət) dilimizi kənar dillərin fəsadlarından qorusun! Eyni məntiqlə yanaşsaq (yəni başqa dillərin hər yerdə sərbəst istifadəsinə icazə verilsə), onda gərək reklam və elanlar da kim hansı dildə istəsə, elə o dildə də versin, daha niyə tərcümə edirlər ki? Çöl (наружный) reklamları cürbəcür əcnəbi dillərdə yazılsın. Daha bunun harası Azərbaycan oldu? Bəs Milli maraqlar, azərbaycan dilinin əsas dil olması? Ona görə də Dövlət maraqları (yeri gəlmişkən, elə Konstitusiyada da bu var!) naminə hər şeyin bir həddi olmalıdır! (Düzdür, bizdə əksəriyyət vaxtı hakimiyyəti bu maraqlandırmır, ancaq bu dəfə verdikləri qərar doğrudur, baxmayaraq ki bunu çoxdan etməliydilər). Hər kəs bilməlidir ki, Dövlətin nəzarətində olan məsələlər, Dövlət maraqlarına xidmət etməlidir!
__________________
Hər kəsə öz arşınına görə səlahiyyət verilsə - sui-istifadə halları baş verməz!
Arifə bir işarə kifayət edər! Anlamayana nəyi isə anlatmaq - artıq vaxt itkisidir!

ucadag вне форума   Ответить с цитированием