Показать сообщение отдельно
Старый 08.12.2007, 03:15   #206
Местный
 
Регистрация: 24.07.2006
Адрес: Лянкяран
Сообщений: 222
Сказал(а) спасибо: 1
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 15
мусаватист на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

по сообщению "Йени Мусават"

KUNQUROVANIN ÖLÜMÜ İLƏ BAĞLI ARAŞDIRMA DAVAM EDİR
Novella Cəfəroğlu: “Proses başa çatandan sonra bizə məlumat verəcəklər”



Həbsxanada dünyasını dəyişmiş keçmiş ADP-çi Faina Kunqurovanın bacısı Zeynəb Vəkilovanın baş prokuror Zakir Qaralova müraciət ünvanladığı barədə yazmışdıq. O, bacısının ölümünün əsl səbəblərinin araşdırılmasını istəyib. Belə ki, mərhumun yaxınları onun ürək çatışmazlığından dünyasını dəyişməsinə inanmırlar.
Onu da qeyd edək ki, baş prokurora ünvanlanan müraciətin sürəti Avropa Şurasına və ölkədə fəaliyyət göstərən insan haqları təşkilatlarına təqdim olunub.
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bizimlə söhbətində F.Kunqurovanın bacısının məktubunun işçi qrupuna çatdığını təsdiqlədi: “Müraciət prokurorluğun İşçi Qrupundakı nümayəndəsinə təqdim edilib. Onlar araşdırıb bizə məlumat verəcəklər. Bundan əvvəl Ədliyyə Nazirliyinə həmin məsələ barədə yazmışdıq. Onlar isə ekspertizanın rəyi əsasında Fainanın ürək çatışmazlığından öldüyünü bildirmişdilər. Mərhum idmançı olduğu üçün şübhə doğurmuşdu. Düzdür, hələ əlimizə sənəd verməyiblər. Amma araşdırma gedir. Proses başa çatandan sonra bizə məlumat verəcəklər”.
N.Cəfəroğlu sonda F.Kunqurovanın ölümü ilə bağlı bütün məsələlər barədə beynalxaq təşkilatlara məlumat çatdırıldığını da söylədi.

мусаватист вне форума   Ответить с цитированием