Показать сообщение отдельно
Старый 23.11.2007, 00:23   #509
Местный
 
Регистрация: 16.02.2007
Сообщений: 146
Манатов: 146
Банк: 0
Всего Манатов: 146
Отправить денежный перевод
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Мои фотоальбомы

По умолчанию

Прелагаю к вашему вниманию статью из сегодняшнего «Мусавата», где адвокат Рамиз Мамедов рассказывает в чем именно состоит суть «измены Родины» Новрузали Мамедова… Читайте внимательно… Я вычеркнул основные моменты с жирными шрифтами…А потом
судите сами, ущемляется ли права талышей на государственном уровне или нет…

22.11.2007 [09:03] http://www.musavat.com/site/#
“TOLIŞİ SƏDO”nun BAŞ REDAKTORU CASUSLUQDA SUÇLANIR
Novruzəli Məmmədovun vəkili: “Cəfəngiyyatın adını ittiham qoyublar”

Bu ilin fevralında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun roman-german dilləri elm-tədris sektorunun müdiri, “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov MTN tərəfindən həbs edilib. Bu həbslə bağlı ictimaiyyətə verilən məlumatlarda bildirilirdi ki, N.Məmmədov xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Bir müddət əvvəl isə iş materiallarının artıq məhkəməyə göndərildiyinə və baş redaktorun cinayətinin sübut olunmasına dair məlumat yayıldı. N.Məmmədovun kimə və hara işləməsi barədə isə konkret söz deyilmədi.
MTN-dən məsələ ilə əlaqədar əlavə məlumat almaq imkanlarının olmaması səbəbindən Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədovla əlaqə saxlamaq qərarına gəldik. Vəkil mətbuata ötürülən informasiyaların yanlış olduğunu iddia etdi: “Novruzəli Məmmədov barədə cinayət işi qanunsuz başlanıb. O, 20 ilə yaxındır ki, “Nicat yolu”, “Tolışi sədo” qəzetlərində baş redaktor kimi çalışıb. O, baş redaktor olmaqla yanaşı dilçi-alim, Talış Mədəniyyət Mərkəzinin sədr müavinidir. Həbsindən əvvəl ona baş redaktoru olduğu “Tolışi sədo” qəzetində sifarişli yazılar verilməsi və əvəzində qəzetinə mütəmadi maliyyə dəstəyi vəd edilib. Lakin Novruzəli Məmmədov bu təklifdən imtina edib və bundan sonra ciddi hədələrlə üzləşib. Fevralın 2-də isə o, MTN-ə aparılıb. MTN-in təcridxanasında qeyri-insani rəftarla üzləşib, saxlandığı yer barədə müdafiəçisinə və ailə üzvlərinə heç bir məlumat verilməyib. İlkin ittihamın məzmununa görə, o, respublikanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatları xarici xüsusi xidmət orqanına ötürüb. Sual verəndə ki bu, hansı məlumatlardır, dedilər ki, talış dili, adət-ənənələri, folkloru, tarixi və sairə haqda “Tolışi sədo” qəzetində yazılar yazıb və qəzeti xarici xüsusi xidmət orqanlarına ötürüb. Novruzəli Məmmədov isə qəzetini heç kimə ötürməyib. Bu haqda fakt da yoxdır. İstintaq 9 aylıq araşdırmadan sonra, nəhayət, başa düşdü ki, burada dövlət sirrini xarici xüsusi xidmət orqanına ötürməklə dövlətə xəyanət cinayətinin tərkibi yoxdur. Buna görə də ona qarşı “düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmə” formasında dövlətə xəyanət ittihamı elan olundu. İstintaqın mövqeyinə görə, ittiham kəşfiyyat məlumatları əsasında sübuta yetirilib. Novruzəli Məmmədovun “dövlətə xəyanətinin” nəticələri isə bunlardır - o, Talış Mədəniyyət Mərkəzinin qeydiyyatdan keçməsi barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib, “Tolışi sədo” qəzetini Ədliyyə Nazirliyində qeydiyyata aldırıb, talış dilində verilişlərin verilməsi barədə İTV-yə ərizə ilə müraciət edib və ən başlıcası “Tolişi sədo” qəzetində talış mənzərələrini əks etdirən şəkillər verib. Bütün bu cəfəngiyyat ittiham adı altında Novruzəli Məmmədova elan olunub. Qəribəsi odur ki, istintaq bunların hamısını xarici ölkədən alınmış tapşırıq kimi qələmə verir”.
Ramiz Məmmədov daha sonra bildirir: “Verilmiş ittihama görə, Novruzəli Məmmədov idmançıların təbliğatı adı altında talışçılığı təbliğ edib. Müstəntiqlər Novruzəli Məmmədovu Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq cəhdində də suçlayır”.
Vəkil onu da dedi ki, məhkəmə bu cinayət işinin mahiyyətini mətbuatdan gizli saxlamağa çalışacaq. Buna görə də məhkəmə baxışının qapalı aparılmasına dair qərar veriləcək. Çox arzu edərdik ki, MTN də bu məsələyə və vəkilin iddialarına dair bir tərəf kimi öz münasibətini açıqlasın.
E.QƏDİMOV
__________________
Давам едир 37...
Даха кескин, даха джидди...
(с)

atropatoloshi вне форума   Ответить с цитированием