Показать сообщение отдельно
Старый 26.09.2007, 12:55   #115
Местный
 
Аватар для spectator
 
Регистрация: 02.01.2007
Адрес: Baku
Сообщений: 6,559
Сказал(а) спасибо: 344
Поблагодарили 860 раз(а) в 595 сообщениях
Вес репутации: 77
spectator на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Правительство представило главе государства проекты государственного бюджета, сводного бюджета, концепцию социально-экономического развития, макроэкономические прогнозы на 2008 и последующие 3 года.

Доходы госбюджета планируются в размере 7.4 млрд манат (+28% к 2007 г.), расходы -- 8.5 млрд манат (+35%). Дефицит бюджета 1.1 млрд манат (примерно 4% от ВВП) будет покрыт за счет трансферта из НФ.

Прогноз сводного бюджета (т.е. включающего местные бюджеты) на 2008 год: доходы 10.5 млрд манат, расходы 10.2 млрад манат.

Насколько я помню, при расчетах средняя цена нефти в 2008 году принята 50 долларов за баррель.
<div class='quotetop'>Цитата</div>
Цитата:
[ 26 Sentyabr 2007 11:33 ]

Azərbaycan hökuməti 2008-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin sosial-iqtisadi inkişaf konsepsiyası və makroiqtisadi proqnozları dövlət başçısının müzakirəsinə təqdim olunub.

Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Kabinetindən bildirilib ki, 2008-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinin gəlirləri 2007-ci ilin analoji proqnozuna nisbətən 27,9% artırılaraq 7,383 mlrd. manata çatdırılıb. Büdcə xərcləri isə 8,509 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da cari il üçün nəzərdə tutulandan 34,7% çoxdur. Nəticədə, 1,126 mlrd. manatlıq büdcə kəsirinin yaranacağı gözlənilir.

Gələn il Azərbaycan iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görüləcək kompleks tədbirlər nəticəsində dövlət büdcəsinin gəlirləri ÜDM-nin 28,2%-i, xərcləri isə ÜDM-nin 32,5%-i səviyyəsində nəzərdə tutulub. Neft sektoru üzrə vergi yığımlarının məbləği cari ilə nisbətən 3% artaraq 2,73 mlrd. manata, qeyri-neft sektoru üzrə isə 42,8% artaraq 2,27 mlrd. manata çatacaq. Dövlət Gömrük Komitəsi üzrə 1,1 mlrd. manat proqnoz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 42,9% çoxdur.

Bununla yanaşı, gələn ilki büdcənin məxaric hissəsində cari xərclərə 4,737 mlrd. manat (ümumi xərclərin 53,7%-i), əsaslı xərclərə isə 3,688 mlrd. manat (43,3%) ayrılacaq. Eyni zamanda, əsaslı vəsait qoyuluşu xərcləri 48,3%, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 30,2%, təhsil xərcləri 28,5%, müdafiə xərcləri 25,4%, sosial müdafiə və sosial təminat xərcləri 21,1%, mənzil-kommunal təsərrüfatı xərcləri 19,5%, səhiyyə xərcləri 18,5%, nəqliyyat və rabitə xərcləri 9,3%, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı xərcləri 3,5% artımla proqnozlaşdırılıb. Sosialyönümlü xərclərin xüsusi çəkisi 32,7% təşkil edir.

Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondundan 1,1 mlrd. manatlıq transfertin ayrılması nəzərə tutulub.

Qeyd edək ki, 2008-ci il üçün nəzərdə tutulan icmal büdcənin gəlirləri 10,508 mlrd. manat, xərcləri isə 10,184 mlrd. manat həcmində proqnozlaşdırılır. [/b]
/APA-Economics/
__________________
VOX POPULI VOX DEYIL

spectator вне форума   Ответить с цитированием