Показать сообщение отдельно
Старый 24.09.2007, 10:03   #41
Местный
 
Аватар для spectator
 
Регистрация: 02.01.2007
Адрес: Baku
Сообщений: 6,559
Сказал(а) спасибо: 344
Поблагодарили 861 раз(а) в 595 сообщениях
Вес репутации: 79
spectator на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

DALĞA GH təhsildə islahatlar tələbiylə aksiya keçirəcək

26 sentyabr 2007-ci il tarixində təhsildə köklü islahatlar keçirilməsi tələbi ilə Dalğa Gənclər Hərəkatı (Dalğa GH) aksiya keçirəcəkdir. Aksiya saat 15:00-da Demokratiya (Sahil) bağında başlayacaq, Nizami küçəsi və Fəvvarələr bağında gəzinti ilə davam edəcək. Aksiya 1 (bir) saat davam edəcək və 16:00-da Demokratiya bağında başa çatacaqdır. Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, plakat qaldırmadan ayaqyalın (ayaqqabısız) gəzinti keçirəcəklər. Bununla gənclər mərmər parkların və maddiyatın yox, təhsilin vacibliyini vurğulayırlar. Aksiyanın tələbləri aşağıdakilardır:

1. Təhsil sahəsinə cavabdeh konkret bir orqanın olması;
2. Boloniya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi
3. Xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi
4. Təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması
5. Dərs saatlarının tələbələrin istləri nəzərə alınaraq müəyyənləşdirilməsi
6. Pedaqoji kadr islahatlarının həyata keçirilməsi
7. “Təhsil Qanunu”nun qəbulunda şəffaflığın sona qədər təmin edilməsi və yaxın zamanlarda qanunun qüvvəyə minməsi
Qeyd edək ki, tələblər aidiyyatı orqanlara yazılı şəkildə təqdim edilmıklə yanaşı KİV vasitəsi ilə də ictimaiyyətə çatdırılacaq.
Aksiyaya Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, gənclər təşkilatlarının, QHT-lərin və ictimaiyyətin tanınmış nümayəndələri, KİV nümayəndələri dəvət olunub. DALĞA bütün gəncləri, tələbələri də aksiyada aktiv iştirak etməyə səsləyir.
Dalga
__________________
VOX POPULI VOX DEYIL

spectator вне форума   Ответить с цитированием