Показать сообщение отдельно
Старый 15.09.2007, 23:18   #114
Пользователь
 
Регистрация: 16.10.2006
Сообщений: 80
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 13
ucadag на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Hakimiyyətdən yeni bir biabırçılıq (hakimiyyətin özü onsuz da biabırçılıqdı!)!!!
İstədiyini edir, utanmadan, vicdan (əgər varsa!) əzabı çəkmədən, insaniyyətə heç bir hörmət qoymadan, mənəviyyatın üstündən xətt çəkməklə!!!

Heydər Əliyev Mərkəzi... Bir o qaldı ki şeytana heykəl qoydursunlar!
Ancaq belə də olmalı idi!
Camaat (təbii ki hamısına aid deyil!) zorən, yaltaqlıqla, laqeydliklə, sadəlöhvlüklə (həqiqi inanmaqla), vicdan əzabı çəkmədən deyəndə, hadisələrin axarı belə də olmalı idi!
Sabah əgər (buna çox yaxınlaşmışıq!) “ümummilli lider – 2” fərman versə ki, hər evdə H.Əliyev büstü qoyulmalıdır, hər ailədə “Heydərnamə” olmalıdır, artıq çox gec olacaq, ayılmağa, etiraz etməyə (hamılıqla) hal-taqət qalmayacaq. Qalan ancaq ilham olacaq ki, bundan da çoxları təb kimi istifadə edib bəhrələnməyə çalışacaq (ancaq özü üçün, gələcək nəslini düşünməyərək!)!
Yatın! Hələ də ayılmayın! Təhlükəli mesajlara (siqnallara) fikir verməyin! Bir azdan balaca uşaq (ümummilli lider - 3) sizi saymayıb da, barmağına dolasa da, ilhama gəlib “təb”inizi nümayiş elətdirib yarışa girin: kim daha çox alqışladı, kim daha çox gözə girib özünü nümayiş elətdirib, nəsə çırpışdırdı! “Bəh-bəh”ləri mirvari kimi sıralayıb kitablar, “dastanlar” yazın, nəşr elətdirin (çəkdiyiniz xərcin əvəzini artıqlamasıyla alacaqsız – bilməmiş deyilsiz)!

Heydər Əliyev Mərkəzi – tikməyə “dəyər”!

Çünki: Qarabağ əldən gedir, zəbt edilmiş torpaqlarımızı azad edə bilməmişik, atəşkəsə nail olmuşuq (baxmayaraq ki, MN S.Əbiyev atəşkəsin olmadığını deyir, baxmayaraq ki, az qala hər gün bir şəhid veririk). Camaatın güzəranı bərbad vəziyyətdədir, cüzi maaş artanda, ondan qabaq qiymətlər kəllə-çarxa çıxır. Etirazını bidirilənlərə qarşı bir çox variantlardan istifadə edilməklə (güllələmək, amansızcasına döymək, hiyləgər üsullardan istifadə etməklə şantaj etmək, şərləmək, təzyiq göstərmək) vəhşilik edilir, zor-güc tətbiq olunur. Vəzifənin, pulun hesabına (rüşvət, “nüfuz”) biri digərininin haqqını tapdalayır, alçaldır, nalayiq hərəkətlər eləyir, ancaq cinayətkara “gözün üstə qaşın var” deyən olmur – HƏ-i xilaskar hesab edirik!

Çünki: Səviyyəli, beynəlxalq təşkilatlar Azərbaycandakı durumdan narazıdırlar, siyasi vəziyyətin acınacaqlı, xalqın yaşayış səviyyəsinin aşağı olmasını bildirirlər – HƏ-i dünya səviyyəli siyasətçi, dahi hesab edirik!

Çünki: Xaricdə yaşayan azərbaycanlılara qayğı göstərilmir, “yağışdan çıxıb yağmura düşən”lərin (Rusiyaya üz tutanlar) vəziyyəti ilə maraqlanan olmur, kömək göstərilmir. Cənubi Azərbaycanda soydaşlarımızın haqqı tapdalanır, olmazın müsibətlərə düçar olurlar. – HƏ-i ümummilli lider hesab edirik!

Çünki: Keçmişimiz həqarət olunur, təhrif edilir, dahilərimiz gözdən salınır, tarixdən silinir. Dövlət səviyyəsində layiqincə qeyd olunmalı bayramlar kənarda qalır, əvəzində geydirmə bayramlar (10 may, 15 iyun) təm-təraqla dövlət səviyyəsində qeyd olunur. – HƏ-i ulu öndər hesab edirik!
__________________
Hər kəsə öz arşınına görə səlahiyyət verilsə - sui-istifadə halları baş verməz!
Arifə bir işarə kifayət edər! Anlamayana nəyi isə anlatmaq - artıq vaxt itkisidir!

ucadag вне форума   Ответить с цитированием