Показать сообщение отдельно
Старый 17.07.2007, 16:03   #20
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 57
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

<div class='quotetop'>Цитата(Fireland @ 17.7.2007, 14:03) [snapback]70330[/snapback]</div>
Цитата:
Durna,

Curcustanda yashayan azerilerin coxu gerideqalmish, savadsiz ve tenbeldirler. Gurcu dilini de demek olar ki bilmirler. Bu cur gulunc veziyyetin aradan qaldirilmasi ucun, ciddi ishin aparilmasi vacibdir.
[/b]
Fərz edək ki, siz deyən kimidir, Gürcüstanda yaşayan azərbaycanlıların – “azerilerin coxu gerideqalmish, savadsiz ve tenbeldirler” (onu da qeyd edim ki, çox məsuliyyətsiz bəyanatdır) – belədirsə, bəs SƏBƏB nədir? Onlar başqa xəmirdən yoğrulublar, ya necə - necə olur ki, EYNİ MİLLƏT ermənistanda İRƏLİGETMİŞ, SAVADLI VƏ İŞGÜZARDIR, Gürcüstanda “azerilerin coxu gerideqalmish, savadsiz ve tenbeldirler”?

Sizin səthi qiymət verdiyiniz problemin kökündə Azərbaycan dövlətinin yalnış siyasəti, eləcə də gürcü şovinizmi durur. Gürcülər böyük bir etnik toplumun – azərbaycanlıların ölkədən bu sayaq “mədəni” deportasiyasında maraqlıdırlar. Erməni millitarizmi gürcü şovinizmı ilə müqayisədə bəlkə də toya getməlidir. Onlara просто ставка edən yoxdur...

Sual olunur, Azərbaycanın dövlət səviyyəsində Gürcüstana bu qədər güclü təsir və təzyiq imkanları ola-ola niyə bunlardan istifadə etmir? Strateji müttəfiqimiz niyə azərbaycanlıların normal-sivil təhsil sistemi ilə əhatə olunmasına meyl göstərmir, siyasətdə, iqtisadiyyatda fəal iştirakına çalışmır? ? Niyə də etsin ki, məgər bunu Azərbaycanda yerlilərə qarşı edən var?

Maraqlıdır, necə olur ki, Gürcüstandakı ““azerilerin coxu gerideqalmish, savadsiz ve tenbel...” ola-ola SAVADLI, ANCAQ YERLİ azerilərə nisbətən Azərbaycanda daha çox RƏSMİ POST tuturlar? (doğrudur, son illər gürcüstanlıların klanı sıxışdırılmağa başlanılıb – səbəbi qəlizidir, amma dövlət maraqlardan doğmayıb)
Qəribə də olsa, aborigenlərə nisbətən (Ermənistandan və Gürcüstandan) gəlmələr dövlət strukurlarında (və hər yerdə) daha sıx təmsil olunublar, bu tendensiya hələ də davam etməkdədir...Bura etnik ayrı-seçkiliyi də əlavə etmək olar...

Bəlkə, bir balığın başına da nəzər yetirəsiz?..


__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием