Показать сообщение отдельно
Старый 27.05.2007, 22:42   #970
Пользователь
 
Регистрация: 16.10.2006
Сообщений: 80
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 13
ucadag на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Salam Hikmət bəy!!!

Xoş gördük sizi, siz məni bəlkə də üzdən tanıyarsız, ancaq mən sizi əyani tanıyıram və çox sadə insan olduğunuza şahidəm. Elə forumda yazdıqlarınızdan da görünür ki, sadəliyinizdən qalmırsız - səmimisiz. Həvəslə sizinlə diskussiya aparanlarla yazışırsız, daha burada "Интервью" verən bəzi tanınmışlar kimi yarımçıq tərk eləmirsiz. "Интервью" siyahısına diqqət yetirənlər kimləri nəzərdə tutduğumu görə bilərlər: E.Namazov, F.Ağayev...

Hikmət bəy, Azərbaycan siyasətində dəyər veriləsi siyasətçilər azdır, onlardan biri də sizsiniz.
Ancaq açığı burada siyasi liderləri (xüsusilə L.Ş.Hacıyeva, Ə.Kərimli) dissident hesab etməyiniz, təəccübləndirdi məni. Bu sizin pessimistliyinizdən irəli gəlir, yoxsa tutarlı arqumentləriniz var? Mümkünsə bu barədə bir az ətraflı yazardınız, çünki tanıdığım qədər, siz əsassız fikir söyləməzsiniz.

Hələlik bu qədər.

Qabaqcadan təşəkkürümü bildirirəm.

Uğurlar!!!
__________________
Hər kəsə öz arşınına görə səlahiyyət verilsə - sui-istifadə halları baş verməz!
Arifə bir işarə kifayət edər! Anlamayana nəyi isə anlatmaq - artıq vaxt itkisidir!

ucadag вне форума   Ответить с цитированием