Показать сообщение отдельно
Старый 10.05.2007, 13:06   #569
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 57
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

<div class='quotetop'>Цитата(Хикмет Гаджи-заде @ 8.5.2007, 12:11) [snapback]57549[/snapback]</div>
Цитата:
Xalqin adindan danishma

Emosiyalara uyma
[/b]
Xalq – kimdir axı bu xalq? Qanunvericiliyə əsasən, mənim onun adından danışmaq hüququm, əlbəttə ki, yoxdur (dıputat deyiləm), amma elə sizin də, bəy! Qəribədir, bəs onun özünün necə, danışmağa haqqı, ən əsası, dili var? Varsa, göstərin mənə konkret olaraq onu – kimdir o – xalq və o nə dildə, necə, harada və kimlə danışır? Ümumiyyətlə mənə bir mənbə göstərin ki, orada xalqın özünü və sözünü görüm. Varmı belə yer və hal? Yoxdur, ola da bilməz! Çünki elə “DÖVLƏT”, “MİLLƏT” kimi “XALQIN SÖZÜ” də mücərrəd anlayışdır. XALQ bizim - MƏN, SƏN, O-nun cəmidirsə, MƏN elə XALQAM!

Mənə isə mənin mövqeyimlə hesablaşmadan əvəzimdən mənim yolumda özünü şanouz (nənəmin sözüdür) edən sizlərdən, ən azı, hesab soruşmağa haqqım var. Əvvəla, bəsdir boynumuza minnət qoydunuz! Sizdən bizi təmsil etməyi dillənməmişdik. Meydana atılıb sinəsinə döyənlər sizlər idiniz, biz isə itaətkarcasına hər dediyinizə əməl etdik. "Öl" dediz, öldük, "Qal" dediz, qaldıq... daha hə etməli idik ki? Biz sizləri deyil, sizlər bizləri SATDINIZ! bU nəticəyə görə də sizlər məsuliyyət daşıyırsınız, sizlər! Özü də, təkcə bizim – Xalqın deyil, Tarix qarşısında da!

Əgər sizlər arxanızda olan və uğrunuzda ölümə getməyə hazır 1989-93 illərin AZƏRBAYCAN XALQI ilə, sizlərdən üz döndərib çarəsizliyə qapılmış 1994-2007 illərin xalqı arasındakı fərqin səbəblərini hələ də anlamamısınızsa, yazıqlar olsun sizlərə!

İndi siz deyin, emosiyalara uyan bizmiyik, ya siz?
__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием