Показать сообщение отдельно
Старый 16.04.2007, 23:10   #159
Местный
 
Аватар для spectator
 
Регистрация: 02.01.2007
Адрес: Baku
Сообщений: 6,559
Сказал(а) спасибо: 344
Поблагодарили 860 раз(а) в 595 сообщениях
Вес репутации: 77
spectator на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Президент утвердил госпрограмму обучения молодежи за рубежом

<div class='quotetop'>Цитата</div>
Цитата:
“2007-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ DÖVLƏT PROQRAMI”NIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilsin.

3. Bu Sərəncamla təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilsin.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 445, № 7, maddə 620) 2-ci bəndində “Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri” sözlərindən sonra “Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri” sözləri və “Azad Rəhimov -Azərbaycan Respublikasının gənclər və idman naziri” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2007-ci il. [/b]
__________________
VOX POPULI VOX DEYIL

spectator вне форума   Ответить с цитированием