Показать сообщение отдельно
Старый 11.04.2007, 04:41   #533
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 57
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Dünən Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze, bir qrup Xocalı sakini və millət vəkilləri birgə mətbuat konfransı keçirdilər. E.Fətullayevin Xocalı faciəsi qurbanlarını təhqir etdiyini söyləyən T.Çaladzenin sözlərinə görə, bu şəxs "Azərtrikolor" saytında keçirilən forumda sualları cavablandırarkən Xocalı faciəsi zamanı azərbaycanlıların meyitlərinin özümüzünkülər tərəfindən tanınmaz hala salındığını bildirib: "Bundan öncə isə Eynulla Fətullayev "Qarabağ gündəlikləri" yazısında da Xocalı faciəsinin baş verməsində özümüzünkülərin günahkar olduğunu və ermənilərin Xocalı sakinləri üçün humanitar dəhliz ayırdığını iddia edib. Bir sıra mətbu orqanlar məsələnin mahiyyətini kənara qoyaraq mənim Azərbaycan dilini bilməməyimi qabardırlar. Bəli, mən Azərbaycan dilini bilmirəm və əslən azərbaycanlı deyiləm. Amma xocalılar Azərbaycan vətəndaşlarıdırlar və həmin yazıları yazanlar bunu unutmamalıdırlar". T.Çaladze həmin qəzetləri Xocalı faciəsi qurbanlarının təhqir olunması ilə bağlı keçirilən məhkəmə prosesindən obyektiv yazılar yazmağa çağırdı. Onun sözlərinə görə, E.Fətullayevin vəkili İsaxan Aşurov və "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Üzeyir Cəfərov ötən məhkəmə prosesində həyatlarına təhlükə olduqlarını bildiriblər. Bir sıra qəzetlər isə onların xocalılar tərəfindən girov götürülməsinə cəhdlərin edildiyini yazıblar. Belə faktların olmadığını deyən T.Çaladze bildirdi ki, onlar sərbəst şəkildə məhkəmədə iştirak ediblər və telekanalların gözü qarşısında çıxıb gediblər. Millət vəkili Bəxtiyar Sadıqov isə Dağlıq Qarabağ müharibəsi başa çatmamış və son söz deyilməmiş bu kimi məsələlərin ortaya çıxmasından təəssüfləndiyini qeyd etdi. Xocalı faciəsinin azərbaycanlı kişilər üçün ləkə olduğunu söyləyən B.Sadıqov xatırladıb ki, soyqırımın məhz ermənilər tərəfindən törədildiyini danılmaz faktlarla sübut edən sənədlər var: "Bu soyqırıma ümummilli lider Heydər Əliyevin vaxtında lazımi qiymət verilib. Xocalı faciəsinin baş verməsində o vaxtkı prezident Ayaz Mütəllibovun, Rəhim Qazıyevin və AXC-Müsavat hakimiyyətində təmsil olunan digər şəxslərin günahı olub. Amma həmin şəxslər heç biri özümüzünkülərə güllə atmayıblar. Eynulla Fətullayev xəyanətkar jurnalistdir, ümumiyyətlə, bu şəxsin jurnalist adlandırılması düzgün deyil. O, milli mübarizəmiz əleyhinə soyuq müharibə aparan xarici qurumların əlində alət olan, aldığı qrantlar hesabına vicdanını satan bir yazardır. Mən onu jurnalist hesab etmirəm. Ermənilər anlamağa başlayıblar ki, azərbaycanlılar Xocalı soyqırımını dünyaya tanıtdıra biləcəklər. Ona görə də belə bir məqamda Eynulla Fətullayev kimi şəxslərdən istifadə etmək istəyirlər. Ermənilərin maliyyələşdirdiyi ayrı-ayrı fondlar Eynulla Fətullayevə qrantlar verirlər". Millət vəkili Həvva Məmmədova E.Fətullayevə Zori Balayanın Xocalı faciəsi ilə bağlı yazdıqlarını oxumağı məsləhət gördü. Xocalı faciəsinin 20-ci əsrdə törədilən soyqırım olduğunu deyən millət vəkili bildirdi ki, E.Fətullayev Azərbaycan xalqına qarşı soyuq müharibə elan edib: "Ermənilər onun yazdıqlarından əleyhimizə istifadə etmək niyyətindədirlər. Eynulla Fətullayevə ən ağır cəza verilməlidir". 28 şəhid verdiyini xatırladan Xocalı sakini Əsli Məmmədova "Eynulla Fətullayev, niyə şəhidlərimizi təhqir edirsən" – sualını verib. O bildirdi ki, E.Fətullayevdə belə fakt olubsa, niyə onu son 15 ildə açıqlamayıb: "Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində addımlar atılan zaman niyə ortaya çıxırsan? Ona haradansa karlı pul gəlir. İstədiyi vaxt Qarabağa gedir. Azərbaycanın içərisindən də bəzi qüvvələr ona pul verir. Eynullanın azərbaycanlı olması şübhəlidir. Mən hələ belə vicdansızlıq görməmişəm. O yalandan deyir ki, guya Naftalanda Xocalı sakinləri ilə görüşüb və sakinlər həqiqətən ermənilərin onlar üçün humanitar dəhliz ayırdıqlarını söyləyib. Eynulla Naftalana ancaq dincəlməyə gedə bilər. O, xalqımıza böyük ləkə vurur. Bu şəxs azərbaycanlı deyil və əsl Qriqoryandır". Digər Xocalı sakini Fiqurə Rüstəmova da E.Fətullayevin ermənilərə işlədiyini qeyd etdi. O bildirdi ki, bu şəxs ermənilərdən pul alaraq Azərbaycan xalqını təhqir edir: "Belə bir adam Azərbaycanda yaşamamalıdır". Sonda Xocalı sakinləri aprelin 6-da Yasamal Rayon Məhkəməsinin E.Fətullayev barədə çıxardıqları qərara da etiraz etdilər. Onlar bildirdilər ki, bu şəxsin rəhbərlik etdiyi qəzetlərə kəsilən 20 min manat cərimə onlara lazım deyil: "Həmin pulu ermənilərdən alıb bizə verəcək. Biz Eynulla Fətullayev barəsində daha sərt qərarın çıxarılmasını tələb edirik". Xatırladaq ki, aprelin 9-da Yasamal Rayon Məhkəməsində T.Çaladzenin "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddianın hazırlıq iclası keçirilib. O, E.Fətullayevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaçı E.Fətullayev barədə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işi başlanmasını və onun məsuliyyətə cəlb olunmasını tələb edir. Yasamal Rayon Məhkəməsinin aprelin 6-da keçirilən iclasında isə T.Çaladzenin E.Fətullayevə qarşı digər iddiası təmin olunub. Həmin qərara əsasən, baş redaktor və onun sahibi olduğu qəzetlər 20 min manat cərimə edilib.

http://www.525ci.com/aze/2007/04/11/read=43
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием