Показать сообщение отдельно
Старый 06.04.2007, 18:50   #340
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 57
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Dünən Yasamal Rayon Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi faciənin tədqiqatçısı Tatyana Çaladzenin "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Xatırladaq ki, Tatyana Çaladze E.Fətullayevə qarşı şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə iddiası qaldırıb. Məhkəmə prosesində E.Fətullayevin nümayəndəsi qismində "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Üzeyir Cəfərov iştirak edib. Hazırlıq mərhələsi başa çatdırıldıqdan sonra məhkəmə istintaqı başlanıb. E.Fətullayevə qarşı iddia qaldıran Tatyana Çaladze bildirib ki, baş redaktor qəzetində qələmə aldığı "Qarabağ həqiqətləri" adlı məqaləsində Xocalı əhalisinin şərəf və ləyaqətinə toxunub. T.Çaladze iddia edir ki, adıçəkilən məqalə E.Fətullayev tərəfindən yazılmayıb. Onun bildirdiyinə görə, həmin məqalə ona ermənilər tərəfindən verilib. T.Çaladze, həmçinin E.Fətullayevin internet saytlarından birinə verdiyi müsahibə haqqında danışaraq həmin müsahibənin Xocalı sakinlərinin qəzəbinə səbəb olduğunu söyləyib: "Adıçəkilən qəzetin baş redaktoru internet saytına verdiyi müsahibədə bildirib ki, Ermənistan silahlı qüvvələri Xocalıya hücum etməmişdən öncə dinc sakinlərə qaçmaq üçün dəhliz verilib. Səsgücləndirici cihazlarla bu barədə onlara xəbərdarlıq edilib və həmin dəhlizdə yer alan qaçqınlara düşmən tərəfdən atəş açılmayıb. E.Fətullayev qətlə yetirilən Xocalı sakinlərinin meyitlərinin bir qisminin ermənilər, digər hissəsinin isə azərbaycanlılar tərəfindən eybəcər vəziyyətə salındığını bildirib. O, yazısında qeyd edib ki, guya, bu barədə ona Naftalan şəhərində məskunlaşan Xocalı sakinləri bilgi veriblər. Ancaq mən belə hesab edirəm ki, E.Fətullayevin dedikləri yalan və iftiradan başqa bir şey deyil. Baş redaktor heç vaxt Xocalı camaatı ilə görüş keçirməyib". İddiaçı "Realnıy Azərbaycan" qəzetinin hər iki tərəfin müzakirələri əsasında hazırlanan rəsmi təkzibin verilməsini, eləcə də Xocalı sakinlərinin və Azərbaycan dövlətinin imicinə dəyən zərəri müəyyənləşdirməklə qəzetin cərimə ödəməsini tələb edib. Fasilədən sonra T.Çaladzenin vəkili Akif Əliyev çıxış edərək E.Fətullayevə qarşı qaldırılan iddianın əsaslı olduğunu vuğulayıb. O da baş redaktorun xocalıların şərəf və ləyaqətinə toxunduğunu bildirib. Prosesdə iştirak edən Xocalı sakinləri E.Fətullayevin vəkilini və nümayəndəsini onu müdafiə etdiklərinə görə qınayıblar. Bundan sonra Üzeyir Cəfərovla vəkil İsaxan Aşurov məhkəməni tərk ediblər. Bu gun hakimin hökm oxuyacağı gözlənilir.
http://www.525ci.com/aze/2007/04/06/read=52
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием