Показать сообщение отдельно
Старый 24.03.2007, 03:51   #17
Местный
 
Регистрация: 21.10.2006
Сообщений: 229
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 15
sveiks на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Так и не дождавшись, обещанного суда от узеирова, и исключительно в утешение для него, что я " не сбегу из республики" пришлось потрудиться самой и подать на него в суд! </span>

И вообще, как хорошо, что этого рецидивиста(дважды судимого--за взятку и избиение, издевательство над рядовым), уже уволили из армии!


<span style="font-family:Arial">Bakı şəhər Yasamal rayon məhkəməsinə

İddiaçı: Çaladze Tatyana
Ünvan: Bakı şəhəri,.
Cavabdehlər:
1.Fətullayev Eynulla Emin oğlu
Ünvan: Bakı şəhəri,

2. Cəfərov Üzeyir
Ünvan:


İDDİA ƏRİZƏSİ
/şərəf, ləyaqətin və işgüzar nüfuzunun müdafiəsi barədə/

Mən Naftalan şəhərində məskunlaşmış Xocalı soyqırmında zərəçəkmişlərin adından Bakı ş.Yasamal rayon məhkəməsinə müraciət edərək “Realnıy Azərbaycan” qazetini redaktoru Eynulla Fətullayevin 2005-ci ildən başlayaraq KİV-də mütamadi olaraq Qarabağ uğrunda gedən müharibənin həmçinin Xocalıda baş verən hadisələrin təhrif olunmuş formada işıqlandırılması nəticəsində Xocalı faciəsi qurbanlarının, həmin faciə zamanı qətlə yetirilənlərin və onların qohumlarının, Qarabağ müharibəsi vetranlarının, Azırbaycan Milli ordusu əsgərlərinin və bütün Azərbaycan xalqının təhqir edilmiş şərəf və ləyaqətinin müdafiəsi barədə iddia əırizəsi vermişdim.
Bundan sonra “Realnıy Azərbaycan” 16 mart qazetinin 2007ci il tarixli buraxılışında verilən materiallarla yanaşı 17 mart 2007ci il tarixdə qazetin saytında (www.realazer.net) “Узеир Джафаров: Чем Челадзе занималась в Карабахе, мы выясним в суде” (Üzeyir Cəfərov: Çeladze Qarabağda nə ilə məşğul olduğunu məhkəmədə müəyyən edəcəyik) başlığı altında Üzeyir Cəfərovun “Realnıy Azərbaycan” qazetinin muxbiri kimi qələmə verilmiş Sevinc Əlizadə adlı şəxsə verdiyi müsahibəsi dərc edildi.
Buna oxşar məqalələr “Müsavat ” qazetinin 03 mart 2007-ci il tarixli 54 saylı və “Azadlıq” qazetinin 03 mart 2007-ci il tarixli 47 saylı buraxılışlarında dərc olunmuşdur.
Əvvəlcədən qeyd etmək istəyirəm ki, Sevinc Əlizadə adlı muxbir həqiqətdə yoxdur, bu cavabdeh Eynulla Fətullayev tərəfindən uydurulmuş addır. Bu məqalənin Yasamal rayon məhkəməsində 15 mart 2007-ci il tarixində keçirilmiş hazırlıq iclasından sonra inernetlə yayımlanması təsadüf deyil.
Həmin məqalədə mənim barəmdə təhqiramiz ifadələr isifadə olunmaqla, məzmunca əxlaq normalarına sığmayan və özü-özündə böhtan xarakterli olan fikirlər öz əksini tapmışdır.
Məqalədə “Ehtiyyatda olan zabitlər” cəmiyyətin üzvü Üzeyir Cəfərovun mənim ünvanıma deyilmiş sözlər aşağıdakı kimi yazılmıdır:
---“.......zabitlər evsiz-eşiksiz qala-qala əxlaqı şübhə doğuran bir qadın müdafiə nazirliyinin köməyi ilə maşın və ev əldə edir”.
--- “.....o, Qarabağda olub, lakin orada vuruşmayıb.......Mən hesab edirəm ki, Tatyana Çeladze Qarabağda tamamilə başqa funksiyaları həyata keçirirdi, konkret olaraq orada nə ilə məşğul olduğunu biz məhkəmədə müəyyən edib içtimayyətin nəzərinə çatdıracağıq.”
Bu sözlərlə cavabdeh Üzeyir Cəfərov mənim qadın ləyaqətimi ləkələmək, cəmiyyətdə mənim barədə xoşagəlməz fikirlər yaratmaq məqsədini güdmüşdür.
Bununla belə, cavabdeh Ü.Cəfərov adı çəkilən müsahibədə məni yalançı adlandıraraq, içtimaiyyəti aldatmaqda ittiham etmişdir. Onun bildirdiyinə görə mən müharibə iştirakçısı deyiləm, başqa dövlətin vətəndaşı olduğum halda qanunsuz olaraq Müdafiə nazirliyi tərəfindən mənə müharibə veteranının vəsiqəsi, şəhərin mərkəzində isə Azadlığ prospektində ev verilmişdir. Daha sonra o qeyd edir ki, həmin mənzili mənə verməklə məmurlar cinayət etmişlər. ---“...T.Ciladze Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycanda dolayı yollarla mənzil almağa mümkün olduğunu anlayaraq, bu yaxınlarda, qısa bir müddətdə, vətəndaşlığı da aldı.”
Qeyd olunan müsahibədə mənim ünvanıma başdan ayağa yalan və böhtanlardan başqa heçnə deyilməmişdir.
Mən həqiqətən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməklə, demək olar ki, bütün bölgələrdə olmuşam. Axırıncı dəfə Fizuli rayonundan azərbaycan döyüşçüləri ilə birlikdə mühasirədən çıxmışam. Eyni zamanda mən “Baltiyskoye vremya” qazetinin müxbiri olmaqla həmin qazetə Qarabağ müharibəsini əks etdirən məqalələr və fotoşəkillər vermişəm. 1993-cü və 1994-cü illərdə Azərbaycan respublikası Müdafiə nazirliyi tərəfindən mənim çəkdiyim şəkillərdən ibarət olan «Карабах: война в лицах» iki cildlik fotoalbom nəşr olundu. Həmin fotoalbom yenidən 2005-ci ildə çap olundu. Albomda mən əsgərlə yanaşı hərbi geyimdə şəkil çəkdirmişəm. !995-ci ildə Azərbaycan nəşriyatında Qarabağ gerçəkliyini əks etdirən “Состраданьe” adlı kitabım çap olundu.
Mənzilin və maşının alınmasında isə mənim tərəfimdən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh mənim haradan mənzil aldığımı dəqiq bilməyərək, qabaqcadan yalan olduğunu bilə-bilə, həmin mənzilin qanunsuz olaraq mənə veilməsi barədə məlumat yaymışdır.
Jurnalist kimi Azərbaycan içtimaiyyəti kifayyət qədər məni tanıyır.
Cavabdeh E.E. Fətullayevə məxsus olan www.realazer.net internet saytında şərh oliunan məqalə ilə mənim şərəf və ləyaqətimi işguzar nüfuzumu ləkələyən məlumatlar yayımlanmışdır.
AR Mulki Məcəlləsinin 23-cü maddəsinə əsasən KM4 Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir (madə 23.2.)
Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4.)
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusial dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı, milli, irqi, sosialədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallaar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməl törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Həmin Qanunun 60-cı maddəsinə əsasən kütləvi informasiya azadlığından və jurnalistin hüquqlarından sui-istifadəyə görə kütləvi infoprmasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Yuxarıda göstərilənləri nəzərə alaraq AR Mülki Məcəlləsinin 23-cü, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 60-cı maddələrinə əsasən

X A H İ Ş E D İ R Ə M

Cvabdehlər Eynulla Emin oğlu Fətullayevin www.realazer.net internet saytında, Üzeyir Cəfərovun isə 03 mart 2007-ci il tarixli 54 saylı “. Müsavat ” və 03 mart 2007-ci il tarixli 47 saylı “Azadlıq” qazetinində və www.realazer.net mənim şərəf və ləyaqətimi, Işguzar nüfuzumu ləkələyən məqalələri həmin kütləvi informasiya vasitələrində təkzib olunmaqla yanaşı məndən rəsmi olaraq üzr istəməsi vəzifəsi cavabdelərin üzərinə qoyulmaqla, mənə dəymiş mənəvi ziyan kimi onların hər birindən mənim xeyrimə 15 000 (on beş min) AZN manatı məbləğində pulun tutlması barədə gətnamə çıxarasınz.

Qoşma:
1.Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
2. İddia ərizəsinin surəti -3 nüsxə;
3. Cavabdehlərin yaşadıqları yer barədə arayışlar – 2 ədəd;
4. İnternet saytından çıxarış;
5. Müsavat qazetinin 03 mart 2007-ci il tarixli 54 saylı buraxılışı;
6. “Azadlıq” qazetinin 03 mart 2007-ci il tarixli 47 saylı buraxılışı.


İddiaçı Çaladze T. Y.

19 mart 2007-ci il.


Может быть, кто нибудь знает, с суммы от судебной компенсации удерживаются налоги?
__________________
НЕ В СИЛЕ БОГ , А В ПРАВДЕ


...увы, в природе встречаются шакалы, считающие себя волками...

sveiks вне форума   Ответить с цитированием