Показать сообщение отдельно
Старый 17.03.2007, 14:28   #18
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,379
Сказал(а) спасибо: 4,389
Поблагодарили 4,346 раз(а) в 3,070 сообщениях
Вес репутации: 260
Scarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человек
Мои фотоальбомы

По умолчанию

HÜSEYN ABDULLAYEV BƏYANAT VERDİ </span>

<span style="font-family:Arial">“Çirkin provokasiyalar məni mövqeyimdən çəkindirə bilməz”

Dünən parlamentdə baş verən məlum insidentdən sonra deputat Hüseyn Abdullayev bəyanat yayıb. Həmin bəyanatı olduğu kimi çap edirik. “Mən bir millət vəkili kimi deputat statusuna uyğun olaraq Nazirlər Kabinetinə göndərmiş olduğum minlərlə sorğunun cavabsız qalma səbəblərini araşdırmaq istədim. Və bildirdim ki, millət vəkillərinin sorğularına məhəl qoyulmursa, onda nəyə görə biz bu hesabatları və qanunları qəbul edirik. Təklifim də bundan ibarət oldu ki, deputat sorğularına aid xüsusi bir nəzarət mexanizmi yaradılsın.
Təəssüf edirəm ki, çıxışımın başa çatmasını gözləməyən bəzi öyrədilmiş və ələ alınmış xalqın və parlamentin iradəsinə zidd mövqedə olan insanlar da tapıldı. Bu cür ünsürlərin hərəkətə gəlməsinə səbəb Azərbaycan xalqını narahat edən olduqca ciddi problemlərə toxunmağımdır. Həmin problemlərdən ən vacibi son aylar üçün çox aktual və dözülməz olan qiymətlərin artması və vergi sistemində yaranmış özbaşınalıq və quldurluqdur. Mən həm də bu hallara aydınlıq gətirilməsini istəyirdim. Təəssüf edirəm ki, bu məsələlərə aydınlıq gətirmək əvəzinə mənə qarşı bu cür çirkin oyunlara əl atılır. Seçicilərimə və əziz xalqıma bildirmək istəyirəm ki, belə çirkin provokasiyalar məni öz sözümü deməkdən çəkindirə bilməz.




Scarlett вне форума