PDA

Просмотр полной версии : Bizi QERB den ferqlendiren sebebler nedir?, Belke bu ferqlilik altşüurun mehsuludur?


eldazer
28.02.2009, 22:32
Qulaqlarımız şox vaxt bu sözlere öyreşib: “Bu millet düzelen deyil”, “Bizde rüşvetxorluq qanımızdadır”, “Müselmanın qanındadır”, “Biz hemişe boyunduruq altında qalmaqa öyrenceliyik” , “Yaltaq milletik” .
Dogurdandamı bu beledir? Nedir biz şerqlileri qerblilerden ferqlendiren? Belke dogurdan da bütün bunlar alt şüurumuzda oturub müeyyen tarixi prossesler neticesinde? Belke bu deyimlerde heqiqet var? Nedir bu mentalitetin yaranma sebebleri?
Bu barede bir neçe elmi meqalelere müraciet etdim. Maraqlı fikirleri maraqlananlarla da bölüşmeye ehtiyac gördüm.
Bu suallara cavab tapmaq üçün mence Şerq ve Qerb terminlerinin incelenmesine ehtiyac var. Şerq siyasi medeniyyeti haqq ve azadliqlar siyasi terminleri üzerinde qurulmayıb. Şerqde hemişe “edalet” prinsipi hakim olub. Şerq hemışe ona gore Şerq olub ki, burda siyasi system edaletin paylana bilinmesi mexanizması üzerinde qurulub. Qerbde ise ekseine, haqq ve azadlıqlar prinsipi daha quvvede olub. Yeni ferdin haqq ve azadiqlari prioritet olub. Edalet İslamda da esas prinsiptir. Allahin qullarina adil davranışı, Allahın yer üzünde edalet paylaması.
Edalet İslamda esas prinsiplerdendir. Yani sistem ferdin telebleri yox, daha çok teklif üzerinde qurulub. İslamın esasları cemiyyetde laxtalandıgı zamanlarda bu prinsip deformasiya ugrayıb ve edalet prinsipi Allahın edaleti olarak unudulub, hökmdarın edaleti olarak daha çok hallanmaya başlayıb siyasi leksikonda. Eslinde bu tek İslam dövrune aid problem de deyil. Bu bütün Şerqin problemidir. Roma İmperiyası da edalet paylamaq prinsipi üzerinde qurulub. Bu bir Yaxın Şerq , Aralıq denizi hövzesinin siyasi medeniyyetidir. Qerbden ferqli olaraq biz haqq ve edaletlerimiz ugrunda mubarize aparmagı sevmirik. Biz Hökmdarın edaletini gözleyirik. Bu günkü siyasi heyatımız, cemiyyetin gözlentileri de bu siyasi medeniyyetin neticesidir. Biz her şeyi gözleyirik, heş neden razı deyilik amma gözleyirik kimlerse bizim yerimize neyise edecek. Müxalifetden gözleyirik ki bizim yerimize mubarize aparacaq, Minsk qrupundan, Amerikadan, Rusyadan , Türkiyeden gözleyirik ki Qarabag problemini bizim yerimize edaletli hell edecekler. Edalet gözleyirik!
Edalet Şerqde tekce siyasi mexanizm yox, bu hem de bir antalogiyadır. Orta Şerqde ve Romada edalet paylaşımı üzerinde qurulan bu siyasi sistem, istilalar davam ettiyi müddetce işlemişdir. İstilalar neticesinde elde edilen servetlet bölüşümü bu siyasi sistemin var oluşunu devamlı etmışdir. Misal üşün Osmanlı imperiyasını götürek. Ne qeder ki , istilalar davam ede bilmişdir, imperiya yaşamış, böyümüş, inkişaf etmişdir. Ne zaman ki istilaları devam etmek mümkünsüz olmüşdur, system öz özünü yemış, mehv etmişdir. Yeni sistemin esas qida menbeyi istilalardır. Bu gün bizde bu qida menbeyi rolunu oynayan helelik ki neftdir.
Orta esrlere baxsaq, görerik ki, istehsal tarixi bizde olmamışdır. Çünkü, İstehsal munasibetleri arxasınca haqq ve azadlıqlar ugrunda mubarizeni getirir. Bu günkü heyatımızda da teessüf ki monopoliyalar istehsal ve reqabet şertlerinin yaranmasına bu yönde mane olmaqla , eslinde orta esrler siyasi sisteminin devamlılıgının esas sebeblerine şerait yaradır. Şerqin tarixi verginin dövletin esas gelir menbeyi olmasından keçir.Orta esrler İslam şeherlerinde ticaret hakimlerin nezareti altında olub. Her şeherin öz qazisi olub ve bunlar qiymetlere nezaret edir ve teyin edirdiler. İslamın köküne baxsaq, bu eslinde İslama zidd bir şeydir. İslamın en esas dövrü olan, Peygember (s) dövründe bu olmamışdır, qiymet azad bazar münasibetleri neticesinde meydana gelirdi. Bu ticaretin inkişafının esas prinsipidir!
Bu İslam şeherlerinde bele idi. Kend ve teserrufatlarda ise otoqmatik istehsal mövcud idi. Yeni, öz özünü doyuzduracaq istehsal. Artıq qalan her şey merkeze gedirdi. Torpaqlar hökmdarlara mexsus idi.
Bütün bu sistem yuxarıda gösterildiyi kimi, istilalar sayesinde öx varlıgını devam etdirirdi. Bu patrimonial siyasi medeniyyetin nümünesidir. Bele sistemde orta sinif yarana bilmezdi. Orta sinifler inkişafın dinamikasını teşkil eden esas şertdir. Orta sinif modernizasiyanın dinamikasıdır.
Qerb ise eksine , bezilerinin yazdıgı kimi, Böyük Fransız İnqilabından yox, Roma imperiyasının dagılmasından götürür öz başlangıcını. IX esrden başlayaraq, Avropada çoxlu kiçik knyazlıqlar yaranmaga başladı. Siyasetlerin ölçüsü kiçildi. Şerüde ise eks prosses gedirdi bu vaxt. Bu kiçik Avropa şeherleri hakimiyyetsiz pz pz lerini doyduracaq iqtisadiyyatlar qurmaga mecbur oldular.Tekce Prussiya onlarla kiçik knyazlıqlara bölünmüşdü. Bu knyazlıqlar bir birleri ile ticaret qurmaga mecbur idiler. Burdan şeher senetkarlıgının inkişafına bir stimul yarandı. Orta sinif kökünü bu tarixden götürmeye başladı. Reqabet manufaktura ve texnikanın inkişafına stimul oldu. Orta siniflerin yaranması özlüyünde haqq ve azadlqlar prinsipini gündeme getirdi ki, bu sonralar özünün pik nöqtesine Böyük Fransız Burjua İnqilabında çatdı.
Bütün bunlar sonralar göründüyü kimi, Şerq ve Qerb siyasi medeniyyetlerinin esasını teşkil etdi.

Fikilerinizi almaq maraqlı olardı. Razı olub olmadıgınız terefler varmı?

eldazer
01.03.2009, 23:49
Heç kimin fikri yoxdu.

Хикмет Гаджи-заде
02.03.2009, 00:06
Heç kimin fikri yoxdu.

Zehmet olmasa bu posta baxin

http://www.atc.az/forum/showthread.php?t=7733&highlight=%E5%E2%F0%EE%EF%E5%E9%F1%EA%E8%E5+%F6%E5 %ED%ED%EE%F1%F2%E8

А вот еще одна статья про азербайджанскую идентичнойть и моральные ценности

++++++++++++++++++++++++++

НАЦИОНАЛЬНЫЕ ЦЕННОСТИ
И ЕВРОПЕЙСКИЕ ЦЕННОСТИ:
схожесть и границы противоречий.


Хикмет Гаджи-заде
Комитет по Евроинтеграции.
Вице-президент FAR CENTRE.

По мере расширения мирового пространства демократии и приближения его к нашим границам, мы, ощущая неизбежность встречи с «новой цивилизацией», все чаще задаемся вопросом о том, каковы основные моральные ценности, регулирующие общественную жизнь в Западных демократиях? Как живут эти люди? Чем эти ценности и образ жизни схожи и в чем отличаются от наших? И главное, что интересует нас – не придется ли нам поступиться чем-то своим, родным, чтобы стать «европейской демократией». Не разрушится ли, например, от такого столкновения цивилизаций азербайджанская семья?
..................................................
.......................

eldazer
02.03.2009, 00:52
Çox teşekkür edirem Hikmet bey! Meqaleniz problemin daha da ince meqamlarını tehlil edir. Amma yene de iqtisadi prossesler neticede bu şüuraltı tefekkürün deformasiyasına sebeb ola biler. Eslinde maraqlı olan, mövzunun siyasi prosseslere tesir edecek mexanizmaların hazırlana bilmesi yönünde araşdırılmasıdır.