PDA

Просмотр полной версии : Политические анекдоты

antidevil
08.01.2007, 07:16
2003-cü ilin əvvələridir. Heydər Əlilyevin səhhəti daha da kəskinləşib. Bir gün yatanda yuxuda mələk peyda olur və deyir: “Əgər cavanlığa qayıtmaq istəyirsənsə, bunun cəmi bir yolu var o da Kremlin əqrəbləridir. Sən gərək təcili gedəsən Moskvaya, orada Kremlin saatının düz altında dayanasan və bu vaxt kimsə Kremlin əqrəbini geri firlada. Əqrəbin hər 24 saat geri firlanması sənin həyatını düz bir il cavanlaşdıracaq.
Heydər Əliyev çox götür-qoy edir bu yuxuya inansın ya yox amma başqa çarəsi olmadığı üçün üz tutur xəlvətcə Kremlə. Bir təhər dayanır saatın altında. Görur ki, bir azərbaycanlı cavan oğlan yoldan keçir. Yoldan keçənin Eynulla Fətullayev olması ağlına da gəlmədən deyir:
- Ay bala, ay bala, gəl sənə 50 dollar verim, çıx o əqrəbi geri firlat da baban üçün, nə olar?
- Baş üstə əmi, bəs məni tutmazlar? (Eynulla özünü bilməməzliyə vurur)
- Yox bala narahat olma, baban burdadır.
Eynulla dırmaşır saatın üstünə və başlayır əqrəbi fırlatmağa. 35 dövrə firladır.
- Əmi bəsdi?
- Bala yox, bir az da firlad (Əliyev 45 yaşında olduğunu görüb daha da fərəhlənir və cavanlıq arzusunu boğa bilmir). Eynulla 20 dövrə də fırladandan sonra Əliyev 25 yaşında cavan oğlana dönür.
- Bəsdir ay bala, düş aşağı! Bəsdir də, bəsdir !
Eynulla bərkdən qışqıraraq:
- Ay vay, elə bildin aldatdın məni? Elə bildin tanımadım kimsən? İndi səni ana bətnində 4 aylıq uşağa dönderib sonra da verdiyin 50 dollara təcili abort elətdirməsəm mənə də Eynulla deməsinlər.

Bir gün Hacı Əbdülü polis saxlayır. Hacı əsəbi şəkildə maşından düşərək:
- Nə var ala, möş saxlamısan məni?
- Hacı, dünən sən bu yoldan sürətlə keçmisən.
- Sənin başun xarabdı ala? Surət oturub Moskvada. Mən dünən burdan Şeyxlə keçmişəm.

Bakılı oturub evində, əlində təsbeh, televizora baxır. Birdən oğlunu səsləyir:
- Ala Samir, koppoyoğlu! Bura gəl. O nə idi dünən deyirdün bakılılara iş vermirlər. Bəs bu nədü beş il, yeddi il, on üç il…

Milli Məclisdə ictimai televiziya ilə əlaqədar məsələ müzakirə olunur. Deputatlardan biri Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri Nizami Xudiyevdən soruşur:
- İctimai televiziya sizin rəhbərlik etdiyiniz Az TV-dən nə ilə fərqlənəcək?
- Mənim ölənlərimə rəhmət oxutdurmaqla, - deyə N.Xudiyev cavab verir.

“İlham Əliyev MSK tərəfindən prezident elan olunandan sonra bu şad xəbəri ilk öncə həyat yoldaşı ilə bolüşmək istəyir və evə zəng vurur:

- Salam Mehriban, mən prezident seçildim.
- Doğrudan? Həqiqətən?
- Heç olmasa sən dillənmə…”

Ziyadli
08.01.2007, 21:06

Цитата(antidevil @ 8.1.2007, 6:16) 27382

- Ay vay, elə bildin aldatdın məni? Elə bildin tanımadım kimsən? İndi səni ana bətnində 4 aylıq uşağa dönderib sonra da verdiyin 50 dollara təcili abort elətdirməsəm mənə də Eynulla deməsinlər.

[/b][/quote]
Дешевый анекдот. Прошу бесвкусицу сюда больше не постить.

Geroyev
09.01.2007, 00:59
- Prezidentin yanina olar?
- Prezidentin yani zanatdi... bir azdan sonra gelin...

QafqazWolf
09.01.2007, 01:03
Новый анекдот,сам придумал..

Azerbaycan torpagi cox zengindir ancaq qeribedir ki,burda qiymetlerden bashqa 1 shey artmir :20: