PDA

Просмотр полной версии : Муниципальные выборы в Азербайджане


Scarlett
23.12.2014, 14:32
если страсти на столько накалились, что "агбирчек" женщины ведут себя как уличные девки, то на этот раз у муниципалитета будут полномочия.

https://www.youtube.com/watch?v=unN4wuPkKyg

Dismiss
23.12.2014, 14:40
если страсти на столько накалились, что "агбирчек" женщины ведут себя как уличные девки, то на этот раз у муниципалитета будут полномочия.Такие наглые лгуньи, врут и не краснеют. Истерички чертовы, те, кто поручил им заниматься фальсификациями, знали, кому поручать. Костьми лягут, но выслужатся перед своими хозяевами.

Scarlett
23.12.2014, 15:47
Такие наглые лгуньи, врут и не краснеют. Истерички чертовы, те, кто поручил им заниматься фальсификациями, знали, кому поручать. Костьми лягут, но выслужатся перед своими хозяевами.
этот скандал уже обыграли, так как будто оппозиция специально подослала эту женщину чтоб устроить провокацию, но ни как не вяжется в придуманную им сказку, почему тогда так рьяно, как уличные девки пытались избить журналиста работники избирательной комиссии ради этой провокаторши ..)))))

Molla Nəsrəddin
23.12.2014, 17:13
Вся фишка в том, что эти лячярки учителя. А, ведь, таких нельзя подпускать к детям на пушечный выстрел.

Scarlett
23.12.2014, 19:07
Вся фишка в том, что эти лячярки учителя. А, ведь, таких нельзя подпускать к детям на пушечный выстрел.

в соц сетях Ефруз меллиме стала звездой, ее узнали ученики и пользуются случаем высказать свое отвращение кней.

Oğuz
23.12.2014, 20:04
в соц сетях Ефруз меллиме стала звездой, ее узнали ученики и пользуются случаем высказать свое отвращение кней.

Xahiş edirəm, müəllim adını bu məxluqla bir yerdə çəkməyəsiniz. Bu biabırçılıqdır. Mən şokdayam.

Bunlar yalaqlanmağı, nökərçiliyi belə adam kimi edə bilmirlər. Yəni bunlar üçün bir dəyər, meyar, qırmızı xətt yoxdur?

Yəni bundan sonra bu məxluq adam arasına necə çıxacaq?

Xan
24.12.2014, 09:13
Müəllimin adını çəksək də, çəkməsək də - bunun müəllim vəzifəsində olduğu bir faktdır. İndi gəlin özümüzə sual verək - bunun kimi insanların müəllimlikdən uzaq olması üçün nə edə bilərik?

Bir də ki... Müəlllim demişkən. Azərbaycan cəmiyyətində son 3-4 il ərzində bu, daha doğrusu "məllım" sözünün mənasını tam batırıblar. Bu proses 30-40 il əvvəl başlamışdır, indi də davam edir. Hətta bir qədər təhrif olunub da sözün mənası bugünlərdə.
Hər bir yerdə görmək olar. Adama yaxınlaşır kimsə, deyir "məllim". Supermerketdə satıcı mənə "məllim" deyir. Dayanacaqda maşınlara baxan deyir "məllim sür". Hansısa dövlət müəssisəsinə gəlirsən deyirlər "buyurun məllim". Mənim haram məllimdir?
Bir il əvvəl, ADNA-daki 2009-cu il hadisələrini anmağa gələn gəncləri polis kobudluqla qovurdu. Gənclərdən biri polis rəisinə belə deyirdi "məllim itələməyin, xahiş edirəm". Tüpürüm belə məllimə, və ona "məllim" deyənə.
Bir yaxın dostum söz dedi mənə, həmişə mən də istifadə edirəm o vaxtdan. Telefonla zəng etdim ona, deyirm "nətərsən məllim?", o da qayıtdı "Allah bizi məllimlərdən qorusun".

Doğurdan da, belə "məllimlərdən" Allah bizi qorusun.

Oğuz
24.12.2014, 12:33
Xan, başqa bir qəribə tendensiya da müşahidə olunmaqdadır: cəmiyyətdə kişilər (subyektlər) arasında işlənilməli etiket-müraciət ifadələri formalaşmadan məhv olur:

1. Yoldaş - bolşevizm və sovetizm qalığı olaraq artıq ikrah doğurur.

2. Bəy - siyasiləşdirilib və gözdən salınıb, müxalifətçı "damğası" kimi səslənir.

3. Müəllim - tərifini siz verdiniz...

Səbəb? Niyə bizdə mədəni-sosial münasibətlər institutlaşmır və uyğun olaraq da terminologiya, ifadə, müraciət növləri formalaşmır?

Biz millət olaraq hələ də kütlədən sosioloji topluma çevrilməmişik. (Və ya buna imkan verilməyib)... Çevrilsəydik və bu təkamül qanunları ilə formalaşsaydı təbii qaydada sosial-mədəni təbəqələşmə gedər, eləcə də münasibətlər mexanizmi və formaları yaranardı...

Türkiyədə əsrlər boyu bu institut formalaşıb. Osmanlı dövründə insanlar sosial mənsubiyyətlərini, ümumiyyətlə, hər mənada kimliklərini formada - geyimlərində, atributlarında, saç-saqqal düzümündə və s. ifadə ediblər. Adama baxanda bilinib ki, bu kimdir - məmurdur, tacirdir, ziyalıdır, hərbçidir, zadəgandır, bəydir, xidmətçidir, nökərdir, və s. Beləcə, hər kəsə - hər sosial təbəqəyə müvafiq, uyğun gələn mədəni müraciət formaları yaranıb.

İndi də bu ənənələr - məzmunu forma ilə ifadə etmək (xüsusilə siyasi-ideoloji) üsulları qismən qalıb. Amma sosial mənsubiyyət və statusa - yəni məzmuna uyğun müraciət formaları, demək olar ki, olduğu kimi saxlanılıb.

Türklər hər adama xoca, əfəndi, bəy, bəy-əfəndi, ağabəy (abi), yaxud "sayın filankəs" deyə müraciət etməz. Hər bir müraciətin xüsusi təyinatı var. Bu prinsip məişət müraciətlərində (məhlədə, həyətdə) də qorunub, fərqli müraciət formaları stausa (yaxınlığa, verilən dəyərə görə) dəyişir.

Hətta şəxsi - iki nəfər arasındakı özəl münasibətlərdə belə onlar örnək olacaq dərəcədə geniş çeşidli müraciət formalarından istifadə edirlər. Türk ailələrində ər-arvadın bir-birinə "aşkım", "həyatım", "bir tanem", "canım", "sultanım" və s. kimi müraciət formaları adi və formalaşmış haldır.

***

Bəs, biz nə etməliyik? - Vallah, bilmirəm. Daha heç nə bilmirəm...

Dismiss
24.12.2014, 14:27
в соц сетях Ефруз меллиме стала звездой, ее узнали ученики и пользуются случаем высказать свое отвращение кней.И уже есть демотиваторы на тему "Ты записался добровольцем?" с Эфруз на плакате.)