PDA

Просмотр полной версии : Rüşvətsiz həyat


prostak
15.03.2013, 23:58
HAQQINA PULSUZ SAHİB ÇIXMAQ DÜŞÜNDÜYÜNDƏN ASANDI (http://www.azadliq.org/section/corruption/1082.html)

http://gdb.rferl.org/E751B14A-8D12-4DA5-92FD-AEDB2FBB1B28.png

prostak
16.03.2013, 00:04
Sorğunun sualı belədir: "Burda gördüklərinizi rüşvət vermədən əldə etmək olarmı?"

Mixail
16.03.2013, 00:46
Sorğunun sualı belədir: "Burda gördüklərinizi rüşvət vermədən əldə etmək olarmı?"

Олар при желании, только многим уже не хочется, так привыкли.

Scarlett
16.03.2013, 01:49
HAQQINA PULSUZ SAHİB ÇIXMAQ DÜŞÜNDÜYÜNDƏN ASANDI (http://www.azadliq.org/section/corruption/1082.html)

спасибо за ссылку, очень полезная.

prostak
16.03.2013, 11:12
Mən üçüncü variantı seçirəm.

Düzünü desəm, bəzən elə məqamla üzləşirsən ki, qarşındakı adama minnətdar olmaq istəyirsən. Bu da, görünür, bizim həyat tərzimizin natamam olmasından irəli gəlir.

Yəqin ki, situasiya dəyişəndən sonra, yəni hər bir adamın layiqli ə/h alıb, kiminsə əlinə baxmasına ehtiyacı olmayandan sonra belə atavistik "minnətdarlıq" hisslərindən də qurtulacağıq.

Scarlett
16.03.2013, 23:52
mənə lazım olanı rüşvətsiz almışam. bəzən çox çətinliklə də olsa, prinsipiallıq hesabına, hətta mərc gələrək almışam.

Tebessum
17.03.2013, 22:46
Burda gördüklərinizi rüşvət vermədən əldə etmək olarmı?
Düşünürəm ki, çətinliklə və böyük səbir hesabina - olar.

prostak
19.03.2013, 00:48
Belə bir məsələ var.

Artıq 3-4 aydır ki, bir elementar işi yekunlaşdıra bilmirəm. Mürəkkəb iş deyil, rəsmi prosedur 2-3 həftə çəkir və elə də çox məsrəf tələb etmir. Bu prosedurun gerçəkləşdirilməsində də problem yaranmır.

Amma bundan sonra iş qəlizləşir. Loru dildə desək, məsləhət görülür ki, işə başlamazdan qabaq "bu işin ağsaqqalıyla məsləhətləşmək lazımdır". "Məsləhət" də, güman ki, 2 seçimdən ibarətdir - ya qoyulmuş şərtə boyun əyirsən, ya da fikrindən daşınmalı olursan, çünki elə çətinliklər yaradılacaq ki, "məsləhətdən" qaçdığın üçün peşiman olacaqsan.

Burda rüşvətdən söhbət getmir. Sadəcə olaraq kiminsə şərtləri altında işləməlisən. Bax belə bir vəziyyətdə bir dəfə rüşvət verib, yaxa qurtarmaq bir əlçatmaz arzu kimi görünür.

Bir sözlə, tüpürüm bunların görməmiş sifətinə!

Mixail
19.03.2013, 00:53
Rushvet olmasa, hayat darixdirici olar...)

Xan
19.03.2013, 11:45
HAQQINA PULSUZ SAHİB ÇIXMAQ DÜŞÜNDÜYÜNDƏN ASANDI (http://www.azadliq.org/section/corruption/1082.html)

http://gdb.rferl.org/E751B14A-8D12-4DA5-92FD-AEDB2FBB1B28.png

Мой личный опыт по этим категориям.
Sürücülük vəsiqəsi - rüşvətsiz mümkündür, amma çox nadir hallarda və çox çətinliklərlə rastlaşaraq. Adamın vaxtı və səbri çatmırsa, mümkün deyil.
Ş.V. və Pasport - Mümkündür.
Əmlak sənədləri - Mümkündür, amma çətinliklərlə.
Notarius - Mümkündür, amma böyük çətinliklə.
Dövlət işlərinə qəbul - İşim düşməyib, amma bunu korrupsiyasız qeyri-mümkün sayıram. Rüşvət olmasa da, tanışlıq 100% halda lazım olur. Tualet və küçə təmizliyən işlərindən başqa.
Konsulluq işləri - işim düşməyib.
Ovçuluq və silah saxlanması - işim düşməyib.
İxtiralar müəllif hüquqları - işim düşməyib.
Biznes işləri - mümkun deyil.
Məhkəmələr - dostlardan eşitdiyimə görə mümkün deyil.
Komunal xidmətlər və gediş haqqı - mümkündür, müəyyən çətinliklər nadir hallarda olur.
Pensiya - atamdan bilirəm ki mümkündür.
Ərizə formaları - mümkündür.
Cərimələr - mümkündür.
Şikayət üçün ünvanlar - var.

Tebessum
19.03.2013, 21:51
Rosti, goyun o son yazdığınızla dəvələr məşğul olsun:)
P.S. Rüşvət - insanların səbir kasasının ölçü vasitəsidir. Əlbəttə, olduqca eybəcər bir vasitə....