PDA

Просмотр полной версии : Qarabağı qaytarmaq uğrunda savaşa girməyə hazır olan könüllülərin siyahısı


QafqazWolf
07.12.2010, 11:44
AZƏRBAYCAN DİASPORU DA SƏFƏRBƏRLİYƏ BAŞLAYIB


Bu günlərdə xaricdəki erməni diasporunun Qarabağda mümkün müharibəyə hazırlıq üçün səfərbərliyə başladığı haqda xəbər vermişdik. Rusiyanın “Regnum” agentliyinin yaydığı xəbərdə deyilirdi ki, 4 ölkədə-Rusiya, Fransa, ABŞ və Uruqvaydakı iri erməni biznesmenləri rezervistlərin və veteranların səfərbər edilməsi üçün koordinasiya mərkəzləri yaradıblar.



Bildirilir ki, əgər Qarabağda müharibə başlasa erməni diasporunun səfərbər etdiyi muzdlular hava nəqliyyatı vasitəsilə İran üzərindən münaqişə zonasına daşınacaq. Artıq bu daşıma üçün konkret plan da hazırlandığı məlum olub. Erməni diasporunun başlatdığı bu səfərbərlik “Preventiv mobilizasiya” adlanır. ProqramIn təşəbbüskarlarından biri, Rusiyada yaşayan erməni milyarderi adının açıqlanmaması şərti ilə agentliyə bildirib ki, işlər bugünlərdə yaradılan beynəlxalq erməni hərəkatı - “Erməni rezervistləri və veteranları İttifaqı” çərçivəsində aparılır. Səfərbərlik hərəkatının fəallarının hesablamalarına görə, bu kampaniyaya dünyanın 38 ölkəsindən 200 minə qədər erməni cəlb oluna bilər.

Məlum olub ki, xaricdəki Azərbaycan diasporu da boş dayanmır və işğal edilmiş Azərbaycan torpaqlarını ermənilərdən azad etmək üçün hələ bu ilin yazından səfərbərliyə başlayıb. Məlumatı “AZE.az” portalı “postsovet ölkələrində bu prosesi koordinasiya edən şəxsə” istinadən yayıb. Bildirilir ki, bu ilin yazından başlayaraq Qarabağı ermənilərdən azad etmək üçün xaricdəki azərbaycanlılar arasından könüllülərin siyahıya alınması gedir. “Bu məsələdə hay-küy qaldırmağı xoşlayan qonşularımızdan fərqli olaraq azərbaycanlılar bu prosesi səs-küysüz, sakit aparır, çünki bu işə geniş diqqət cəlb etməyə ehtiyac yoxdur. Onu deyə bilərəm ki, Azərbaycandan kənarda yaşayan kifayət qədər azərbaycanlı işğal edilmiş ərazilərin azad edilməsi kimi tarixi missiyada iştirak etməyə hazırdır”, - deyə mənbə bildirib.

Mənbə onu da deyib ki, bütün dünyada Ermənistan üçün pul dilənən erməni diasporundan fərqli olaraq azərbaycanlı diasporunun pula ehtiyacı yoxdur. Çünki Azərbaycan dövləti iqtisadi baxımdan kifayət qədər güclüdür, ölkədə maliyyə problemi mövcud deyil: “Lakin lazım gəlsə, diaspor Qarabağ uğrunda müharibə naminə pul də toplaya bilər. Diasporda heç kim şübhə etmir ki, Qarabağ azad olunacaq, bu, zaman məsələsidir. Hər bir azərbaycanlının borcudur ki, bu prosesdə fəal iştirak etsin”.

QafqazWolf
07.12.2010, 11:50
Ура, я давно ждал этой новости. Как появится возможно срочно напишу свое имя себя туда. Умереть за родину - стоит. Смерть - не последняя дистанция в человеческой жизни. Конечно, идем чтоб вернутся как герой а не становится лузером. Так же не против донации денег ради возвращении Карабаха.:3dflagsdotcom_azerb

I am fighting for Karabakh, which ain't myth,
Wearing broken Azeri hearts on my sleeve,
Therefore I am armed to the teeth.

Гончар
07.12.2010, 23:47
Недавно ещё одного добровольца посадили. Инфа точна, спалился на ютуб.