PDA

Просмотр полной версии : Hakimiyyətin təzadlı mövqeyi


Natiq Ceferli
18.11.2009, 23:49
Dünən prezident İ. Əliyev, köçkünlər üçün yeni tikilən evlərin təhvil verilməsi mərasimində çıxış edib. Bu çıxış təzadlarla, prezidentin əvvəlki mövqelərini təkzib etməklə, və başqa fikirlərlə maraq doğurur.

Gəlin birlikdə bu çıxışı təhlil edək:

Beynəlxalq birlik də onlara öz təsir imkanlarını göstərmir. Halbuki bəzi başqa hallarda, buna oxşar hallarda, dünyanın digər yerlərində bir ölkə o biri ölkənin torpaqlarını işğal etdiyi zaman məsələyə beynəlxalq qüvvələr müdaxilə edir. Nəticədə həm siyasi müdaxilə, həm hərbi müdaxilə həll olunur. Amma bizdə belə deyildir. Bunun müxtəlif səbəbləri vardır. Bu səbəbləri biz yaxşı bilirik. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində dünya birliyi erməni işğalına o qədər də ciddi yanaşmır. Ona görə biz bu vəziyyəti çox ciddi təhlil etməliyik və növbəti illər üçün fəaliyyət planımıza müəyyən düzəlişlər etməliyik.
Biz görürük ki, ancaq öz gücümüzə arxalana bilərik, ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalana bilərik.

Göründüyü kimi, bu bəyanat, faktiki olaraq, bizim xarici siyasıtimizin fiaskoya uğramasının bir təsdiqidir. Prezident, Gürcüstana işarə vuraraq deyir ki, onları hamı dəstəklədi, bizi isə dəstəkləyən yoxdur. Bəs bizim məşhur "balanslaşdırılmış" siyasıtimiz nə oldu? Məncə, bu bəyanatla prezident Rusiyanın da onu aldatdığına bir işarə vurur.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün kim bizim torpaqlarımızı işğal edə bilər? Heç kim! Əgər müharibə başlanan zaman Azərbaycanın rəhbərliyində ulu öndər Heydər Əliyev olsaydı, heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi.

Bu isə tarixi saxtalaşdırmaq cəhdidir. İşğal olunan Qarabağ ətrafındakı 7 rayondan 6-sı, Heydər Əliyevin hakimiyyəti dövründə işğal olunub. Birdə ki, H. Əliyev 10 il hakimiyyətdə olanda, niyə bircə kənd də olsa qaytarmadı?


Amma bununla bərabər görürük ki, Ermənistan tərəfi vaxtuzatma taktikasını seçib, vaxt uzadır. Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır.

Bu bəyanat çox maraqlıdır. Prezidentin, hakimiyyətin son 5 ildə ən çox dediyi arqumenti yada salın, "VAXT BİZƏ İŞLƏYİR", indi isə, məlum olur ki, vaxtı ermənilər uzadır. Deməli: a) vaxt bizə işləmirmiş, b) vaxtın heç bir əhəmiyyəti yox imiş, sadəcə bizi aldadıdlarmış, v) ermənilər vaxtı uzadırlarsa, deməli, onla kimsə, nəsə söz verib, q) ya da, vaxtı uzadan bizim hakimiyyətdir, amma bunu ermənilərin üzərinə atır.

Gəlin bu məsələlər haqqında diskussiya aparaq. Əvvəlcədın təşəkkür edirəm.

Natiq Ceferli
21.11.2009, 00:49
Hakimiyyət, öz xarici siyasətinin iflasa uğradığını, atrıq hər gün, dolayısı ilə təsdiqləyir. Gör vəziyyət nə yerdədir ki, hakimiyyət artıq arqumentlər tapmaqda da çətınlık çəkir, və 1990-cı illərin arqumentini səsləndirməkdən belə, artıq utanmır:


Ziyafət Əsgərov: "heç kim xristian Ermənistanı qoyub, müsəlman Azərbaycana kömək etmək istəmir".

Bu məlumat da maraqlıdır:

Hakimiyyət siyasi oriyentasiyasını dəyişirmi?

http://www.azadliq.org/content/article/1883722.html

«MASKA YIRTILIR»

Politoloq Eldar Namazov hesab edir ki, Azərbaycan rəsmilərinin Qərbi kəskin tənqid etməsi təsadüfü deyil. İndi neft pullarından qüdrətlənən hakimiyyət artıq demokratik dünya ilə açıq savaşa girişib:

«Elə bu səbəbdən də həbsdə olan jurnalistlər, bloqçular, siyasi məhbuslar və insan haqları ilə bağlı Qərbin tənqidlərinə belə tonda cavab verirlər. Bu da artıq onların indiyə qədər olduğu kimi demokratiyanın imitasiyası ilə məşğul olmaq istəməmələrinin göstəricisidir. Nə vaxtsa artıq bu məsələ açılmalıydı, maskalar yırtılmalıydı, hamı artıq danışmalıydı. Mən bu bəyanatlardan belə başa düşürəm ki, artıq Azərbaycan imitasiyaya son qoyur və Azərbaycan xəritədə avtoritar dövlət kimi təsdiqlənmək istəyir».


NOVRUZ MƏMMƏDOV AMERİKANI CİDDİ FİKİRLƏŞMƏYƏ ÇAĞIRIR

Novruz Məmmədov Qərbi öz addımlarını ölçüb-biçməyə çağırıb:

«Ərəb ölkələrində BBC-nin keçirdiyi sorğuda hər 10 vətəndaşdan 8-i Amerikaya nifrət etdiyini söyləyib. Bu sorğu üzərində çox ciddi düşünülməlidir».

Novruz Məmmədov Qərbin həbs olunan bloqçulara Dağlıq Qarabağ münaqişəsinə nisbətən daha çox diqqət yetirdiyini, bunun isə ədalətsizlik olduğunu bildirib.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov da Qərbi tənqid edib, deyib ki, dünya birliyi Qarabağ məsələsində Azərbaycanı müdafiə etmir.

Turku Kettola
21.11.2009, 13:51
Gəlin bu məsələlər haqqında diskussiya aparaq. Əvvəlcədın təşəkkür edirəm.


Пора уже стрелять, без излишних дискуссий. Из всех соответствующих моменту видов оружия. Если Ваше общество " Реал " (или какое либо-другое) в рамках общественного "давления" планирует проведение мероприятия под лозунгом - требованием к властям " За немедленное проведение военной операции по освобождению оккупированных территорий " - дайте знать.Могу морально (мысленно вместе), материально (посильное спонсирование производства соответствующего плаката, шаров с изображением пушек и т.д.) и физически (в качестве массовки-присутствия) поучавствовать.