PDA

Просмотр полной версии : Seyid Əzim Şirvani


Басмач
01.07.2009, 10:03
Haradasan, ay Seyid ?? Ishimiz dushub gurbete .....

Çobanın hekayəsi

Yay günü şəhrə gəldi bir çoban,
Dəyənək əldə, seyr edib hər yan.
Nagahan gördü bir nəfər baqqal,
Doldurub buz təbaqə malamal,
Səslənir hər zaman ki, “ay yəxəsər!”
Bu gəlam eylədi çobana əsər.
Buzu ol ehtiramdə görcək,
Yürüyüb vurdu bir neçə dəyənək.
Dedi: - Bax, bax, bizi bilir qanmaz!
Elə bildi çoban bunu tanımaz.
Qışda qırdı qoyun-quzum yeksər,
Burada adını qoyub “yəxəsər”.