PDA

Просмотр полной версии : Mikayıl Müşfiq


Басмач
27.06.2009, 01:10
Burada unudulmaz shair Mikayil Mushfiqin sheirlerini yazin !
http://philatelia.ru/pict/cat5/dir1/3489ru.jpg (http://philatelia.ru/pict/cat5/dir1/3489ru.jpg)

"Yene o bag olaydi"

Ardi gelsin, Silent, Spectator !!

Raven
27.06.2009, 01:12
şeirləri yazın!!!

Басмач
27.06.2009, 01:31
Cavan getdi ! Repressiyanin qurbani .......

http://www.baku.ru/city/parapet/images/_-1970-7166703.jpg (http://www.baku.ru/city/parapet/images/_-1970-7166703.jpg)

ночной дозор
27.06.2009, 04:46
Burada unudulmaz shair Mikayil Mushfiqin sheirlerini yazin !
http://philatelia.ru/pict/cat5/dir1/3489ru.jpg (http://philatelia.ru/pict/cat5/dir1/3489ru.jpg)

"Yene o bag olaydi"

Ardi gelsin, Silent, Spectator !!


YENƏ O BAĞ OLAYDI!

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim,
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham...
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq ruhun ehtiyacından,
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli!
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud,
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək.
Yolumuzdan daş-kəsək
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı;
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin, baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyr edəlim bir ara...
Gecələr sayrışarkən ulduzlar lalə kimi,
İşıqlar jalə kimi
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq isti yay fəsilləri
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz,
Şəklindəki sulardan baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq,
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində,
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi;
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini,
Gecələr darayaydı saçlarını, ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar – göyləri aşaraq dönə-dönə –
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən
Bu insan oğlu bilsən
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim;
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham...
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

ночной дозор
27.06.2009, 04:51
Tam Adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə
Doğum Tarixi5 iyun (http://az.wikipedia.org/wiki/5_iyun), 1908 (http://az.wikipedia.org/wiki/1908)
Doğum YeriBakı (http://az.wikipedia.org/wiki/Bak%C4%B1)
Ölüm Tarixi6 yanvar (http://az.wikipedia.org/wiki/6_yanvar), 1938 (http://az.wikipedia.org/wiki/1938)
Ölüm Səbəbi repressiya edilib



BULUD QARŞISINDA..

Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!
Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!

Həyəcan az deyildir onsuz da içərimdə,
Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,
Səndən umacağım yox, dolaşıb üzərimdə
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!

Düşün, uzun qissədir bu gəncliyin qissəsi,
İstəməm gurultunu, mənim səsim mis səsi,
Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!


Dolaşma başucumda bir qara qüvvət kimi,
Aydın yoluma çıxma bir dərin zülmət kimi,
Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!

Tebessum
27.06.2009, 07:17
ночной дозор, Yenə o bağ olaydi - möhtəşəm!!! Sanki sudur, sızılır həzin-həzin... Bu şeirə heç musiqi də lazım deyil - elə özü musiqidir...

Басмач, halaldır! :)

Ziyadli
27.06.2009, 10:37
Ziyadli, burada türk dillerinde olmayan yazılar silinir.
(http://javascript%3Cb%3E%3C/b%3E:insertNick%28%27Ziyadli%27,%20%27270566%27%29 ;)

Басмач
28.06.2009, 02:38
Yene rusja ???

Deyesen forumun qaydalari biz, gara millet uchun yazilib !!

Басмач
29.06.2009, 20:58
Hочной Дозор, teshekkur !!:ae:
Tebessum, bu movzunu yashatmaq lazimdir ! :welcome:

Басмач
01.07.2009, 09:57
ÇATMAQ, ÖTMƏK

İndi biz cahanla çıxmışıq yarışa,
Qoy etsin el-aləm bizləri tamaşa.
Deyirlər Amerka göylərə ucalmış,
Üfüqlər onların önündə alçalmış.
Deyirlər insanla, həyatla bərabər
Nyu-York şəhrində yürüyür səkilər.
Deyirlər göy yerə, yer göyə qatılmış,
Yaşayış fordların qoynuna atılmış
Qoy sürsün atını həvəslə Amerka;
Biz qızıl bir ata minərək bambaşqa
Bir hızla sıçradıq enişdən, yoxuşdan,
Fərqimiz olmadan qanadlı bir quşdan.
O çapdı, biz çapdıq, o getdi, biz getdik,
Az getdik, üz getdik, nəhayət düz getdik!

Papa Karlo
13.05.2012, 22:51
Əminə Yusifqızı - Yenə O Bağ Olaydi ( Mikayıl Müşfiq ) Arzuya bax sevgilim


http://mlook.ru/7Vgm4aj_dIY/emine_yusifqz_yene_o_ba_olaydi_mikail_mfiq_arzuya_ bax_sevgilim.html#axzz1ulwz3KoJ

DISI
13.05.2012, 23:20
Əminə Yusifqızı - Yenə O Bağ Olaydi ( Mikayıl Müşfiq ) Arzuya bax sevgilim


http://mlook.ru/7Vgm4aj_dIY/emine_yusifqz_yene_o_ba_olaydi_mikail_mfiq_arzuya_ bax_sevgilim.html#axzz1ulwz3KoJ

Прекрасные стихи, прекрасное исполнение!

Papa Karlo
05.06.2013, 22:23
Bu gün Mikayıl Müşfiqin doğum günüdür (http://www.milli.az/news/culture/193224.html)
Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

http://s017.radikal.ru/i418/1306/39/64ea2a85b4ae.jpg (http://www.radikal.ru)

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.